Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-372/2024 27.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 iclas kаtibliyi, İddiaçı və vəkili X5 və Cavabdeh və vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh qаrşı “nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 070364 nömrəli 05 yanvar 2019-cu il tarixli nikah qeydinin pozulmasına və azyaşlı uşaqları xx.xx.2018-ci il doğum tarixli X14 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmasına və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün 23 oktyabr 2023-cü il tarixdən hər uşaq üçün hər ay sabit pul məbləğində 200 manat alimentin cavabdehdən tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh ilə 05 yanvar 2015-ci ildə rəsmi nigaha girmişlər. Ondan 22 noyabr 2016-cı il doğum tarixli X14 və xx.xx.2018-ci il təvəllüdlü X15 ad-soyadlı övladları dünyaya gəlmişdir. X2, qızı Zəhra Hüseynli isə əri Cavabdeh himayəsindədir. Onlar ailə olaraq bir neçə aydır ki,birlikdə yaşamırlar. Ailə münasibətləri 3 aydan artıqdır ki, pozulmuşdur. Hətda onun Cavabdehla münasibətləri düz gəlmədiyi üçün 2019-cu ildə boşanıblar 2020-ci ildə yaxın qohumları təkidi ilə yenidən evlənərək rəsmi nikaha girmişlər. Nikahının pozulması tələbinin əsası odur ki, cavabdehlə birgə yaşayış artıq mümkün deyildir. Onun yaşadığı ailə tərzi o şəkildədir ki, onu mütamadi olaraq təhqir və zor altında saxlayır. Onlar artıq bu cür yaşayışdan bezib. Hər gün həyatı, dincliyi, güzəranı acınacaqlı bir həyat tərzi ilə keçir. O, bu həyat tərzində artıq yaşaya bilmir. Cavabdeh ona qarşı daima hörmətsizlik-amiranəlik edir, hesab edir ki,ailənin saxlanılması bu şəkildə mümkün deyil. Bu baxımdan da boşanmaq qərarına gəlmişdir. Ailəmizin bundan sonra bərpası mümkün deyildir. Onların yenidən ailə kimi bir yerdə yaşamaqları faktiki olaraq qeyri-mümkündür. Çünki onunla artıq belə yaşamaq istəmir. Ona görə də hal-hazırkı nikah qeydinin pozulmasında qəti fikirdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, qanun necədirsə ona uyğun yəni- hər uşaq üçün hər ay 200 manat aliment tələb etdiyini qeyd etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddianın məzmununa uyğun izahat verərək, bildirmişdir ki, iddianı müdafiə edir və. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, alimenti verməyə imkanı yoxdur əgər uşağları saxlaya bilmirsə ona versin özü saxlayacaq. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqöiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA******* Fin xxxxxxx nömrəli,kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı – xx.xx.1978-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cı ildə Bərdə rayonu, doğulmuşdur, Bərdə rayonu, Məmmədli kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 100.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 39406496 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı mediyasiya sessiyası üçün 50.40 manat məbləğində mediasiya xərci ödəmşdir. İş materiallarında olan № 820067nömrəli xx.xx.2016-cı il tarixli №14 arayışınan görünür ki, X11 xx.xx.2016-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixl №070364 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2015-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Goranboy 1 saylı Mediasiya X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023-01242 nömrəli X4 edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X4 etmişdir, Cavabdeh isə X4 etməmişdir. İş materiallarında olan Tərtər RİB-nın Xoruzlu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 249 saylı arayınan görünür ki,İddiaçı Tərtər Rayonu Xoruzlu kəndində müvəqqəti yaşayır. İş materiallarında olan Bərdə RİB-nın Məmmədli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 823 saylı arayınan görünür ki, Cavabdeh Bərdə rayonu Məmmədli kəndində müvəqqəti yaşayır. İş materiallarında olan Azərbaycan Respublika Tərtər Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 05 yanvar 2019-cu il tarixdə 070364 nömrəli Bərdə rayon Çıxarış akt qeydləri kitabında bağlanmış nikahın pozulmasına və birgə nikahlarından xx.xx.2016-ci il tarixdə anadan olmuş X11, xx.xx.2018-ci il tarixdə anadan olmuş X12 adlı uşaqların onun himayəsində saxlanılmasına, azyaşlı övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh, hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir (Konstitusiyanın 34-cü maddəsi). Konstitusiyanın qeyd edilən normaları insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları, iddiaçının və cavabdehin nikahın pozulmasında təkid etməsini nəzərə alaraq hesab edir ki, tərəflərə barışıq əldə edilməsi üçün qanunla nəzərdə tutulmaqla əlavə olaraq 3 ay vaxt verilməsinə ehtiyac yoxdur və iddiaçı X9 ilə Cavabdeh arasında Bərdə rayon 05 yanvar 2019-cu il tarixdə qeydə alınmış rəsmi nikah pozulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Avropa Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.6-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Kоnstitusiyаnın 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşaqlarının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə uşаqların sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа iddiаçının uşaqlarına dа şamil olunur. Beləliklə, məhkəmə hesаb edir ki, uşaqların hazırda iddiaçı olan anaları ilə yaşaması, cavabdehin uşaqların iddiaçıda saxlanmasına etiraz etməməsi, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаqlara qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаraq, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 cavabdehdən alınıb iddiaçının himayəsinə verilməli və xx.xx.2018ci il tarixdə anadan olmuş X15 ilə birlikdə iddiaçı (anaları) İddiaçı himayəsində və yanında saxlanılmalı, xx.xx.2016-cı il tarixdə anadan olmuş X11, xx.xx.2018-ci il tarixdə anadan olmuş X15 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində аliment tutulmаlı, alimentin tutulma müddəti xx.xx.2018-ci il tarixdə anadan olmuş X15 adlı uşağa görə iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü ildən, xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 ilə bağlı hissədə isə uşaq cavabdehdən alınıb iddiaçının himayəsinə verildiyi vaxtdan etibarən hesablanmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan alimentin məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvabdehdən alimentlə bağlı hissədə 60.80 manat dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilmədiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə son olaraq iş üzrə tərəflərə nikah pozulduqdan sonra onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyini izah edir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bərdə rayonu 05 yanvar 2019-cu il tarixdə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X14 Cavabdeh alınıb iddiaçının himayəsinə verilməklə xx.xx.2018-ci il tarixdə anadan olmuş X15 ilə birlikdə (anaları) İddiaçı himayəsində və yanında saxlanılsın. xx.xx.2016-cı il tarixdə anadan olmuş X14, xx.xx.2018-ci il tarixdə anadan olmuş X15 adlı övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin tutulma müddəti xx.xx.2018-ci il tarixdə anadan olmuş X15 adlı uşağa görə iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü ildən, xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 ilə bağlı hissədə isə uşaq cavabdehdən alınıb iddiaçının himayəsinə verildiyi vaxtdan etibarən tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-372/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-372/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver