Məhkəmə qərarları › İş №2(021)-424/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-424/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-424/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, arxın açılması və və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən arxın açılmasına və ona dəymiş ziyanın- 4025 manatın ödənilməsinə və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Mirzəcəfərli kənd sakinidir. Cavabdeh onun qonşusudur. Bərdə rayon Mirzəcəfərli kənində 2.96 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə ******* nömrəli çıxarış da verilmişdir. O, həmin torpaq sahəsini əkib-becərərərk təsərrüdala məşğul olur. Bu vaxta qədər həmin torpaq sahəsini sahənin kənarından keçən su arxı ilə suvarırmış. Lakin 10.11.2020-ci il tarixdən cavabdeh həmin su arxını doldurararq onun su arxından istifadə etməsinə maneə olmuşdur. Cavabdehin hərəkəti nəticəsində əkin sahəsini suvara bilmədiyindən əkinləri məhv olmağa başlamışdır. 2 hektar torpaq sahəsinə 500 kq arpa səpmişdir. Əgər həmin əkin sahəsini suvarsa idi 8 ton arpa əldə edə bilərdi ki, bu da 3600 manat edir (8 ton x 0.45 qəpik). Torpaq sagəsinə səpdiyi 500 kq arpanı isə 0.45 qəpikdən 225 manata almışdır. Həmçinin əkini əkmək üçün 80 manat, əkini malalamaq üçün 40 manat, arx çəkmək üçün 40 manat, əkinin səpini üçün isə 40 manat olmaqla, cəmi 200 manat xərc çəkmişdir. Beləliklə ona dəymiş ziyan 4025 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayon Mirzəcəfərli kəndində anadan olmuşdur. Bərdə rayon Mirzəcəfərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 874 saylı 17.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mirzəcəfərli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 31.03.2019-cu il tarixli A№ 359362 saylı Reyestr nömrəsi **********81 olan Torpaq sahəsiinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon Mirzəcəfərli kəndində yerləşən 2.96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. (Plan və ölçünün tərtib edilməsinə əsas: Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ********** 22.11.2016; Bərdə Regional ASAN Xidmət Mərkəzinin xüsusi notariusu. Daşınmaz əmlakın bağışlanma müqaviləsi 4Ə-1502, 24.09.2018) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Mirzəcəfərli kəndində kənd təsərrüfat təyinatlı 2.96 ha torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna dair JN-0099 sayli KOD 61014018 saylı Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə Bərdə rayon Mirzəcəfərli kənd sakinləri Cavabdeh və X1 təsərrüfatı məhsulları istehsalı üçün 0.88 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC-nin “mübahisəli torpaq sahəsində arxın açılmasının müəyyən edilməsi barədə” 244 saylı 11.11.2021-ci il tarixli Rəyinin nəticə hissəsində qeyd olunmuşdur: İddiaçı ilə birlikdə Bərdə rayon Mirzəcəfərli kəndində 2.96 ha toepaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, su arxı Cavabdeh tərəfindən doldurulmuş və su arxı bağlanmışdır. Bunun nəticəsində qeyd olunan torpaq sahəsinin suvarmasında maneəçilik yaranır. (aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir) İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, arxın açılması və maddi ziyan tələblərindən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və arxın açılması hissəsində təmin olunmalıdır. Belə ki, mütəxəsis rəyində qeyd olunmuşdur ki, İddiaçı ilə birlikdə Bərdə rayon Mirzəcəfərli kəndində 2.96 ha toepaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, su arxı Cavabdeh tərəfindən doldurulmuş və su arxı bağlanmışdır. Bunun nəticəsində qeyd olunan torpaq sahəsinin suvarmasında maneəçilik yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, maddi ziyan tələbi heç bir aqronom rəyi olmadan qeyri-müəyyən formada iddiaçının öz mülahizəsinə əsasən irəli sürülmüşdür. Buna görə də iddia tələbi bu hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən 2.96 ha torpaq sahəsinə gedən su yolunun təbii axımı cavabdeh Cavabdeh hesabına bərpa edilməli, cavabdeh Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya aid edilməlidir. İddia qismən təmin olunduğundan iş üzrə 150 manat ekspertiz xərci cavabdeh Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMCnin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, arxın açılması və maddi ziyan” tələbinə dair iddia tələbi qismən təmin edisin. İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən 2.96 ha torpaq sahəsinə gedən su yolunun təbii axımı cavabdeh Cavabdeh hesabına açılsın, cavabdeh Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh bdullayev Əkrəm Maarif oğlundan tutularaq alınaraq İddiaçı ödənilsin. İş üzrə 150 manat mütəxəsis xərci cavabdeh Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar