Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-444/2022 21.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payının ayrılıb naturada tanıdılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Bərdə rayonu Cəyirli kəndində yerləşən 3.71 ha pay torpaq sahəsindən onun payının ayrılıb naturada tanıdılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1993-cü ildə Bərdə rayonu Cəyirli kəndində anadan olub. Kəndlərində İslahat gedərkən Bərdə rayon Aqrar İstehsalat komissiyasının 1999-cu il 16 iyun tarixli 07 saylı qərarı ilə onların ailəsinə 3,71 ha torpaq sahısi verilmişdir. Həmin torpaq sahəsinə isə JN-150 Kod :61005088 saylı Dövlət Aktı verildi. Qeyd olunmuş torpaq sahəsindən bütün ailə üzvləri imtina etmişlərdir. O 16 noyabr 2011 ci ildə ailə qurub Ağdam rayonuna köçüb. Hal-hazırda ona düşən pay torpağını atasına bağışlamaq istəyir. Ancaq hazırki iş üzrə cavabdeh bacısı Cavabdeh bununla razılaşmır. Yaranmış mübahisəyə görə məhkəməyə müraciət etməkdə məqsədi, ona düşən pay torpağının ayrılması və naturada tanınmasıdır. Məhkəmə iclasında İddiaçı Niazmi qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul edir. Bərdə rayonu, Cəyirli kəndində yerləşən 3.71 ha pay torpaq sahəsindən onunda payı məhkəmə qaydasında ayrılıb verilmişdir. İddiaçı da topağının ayrılmasına etiraz etmir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X13, X14, X20, X15, X7 və X8 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1993-cü ildə Bərdə rayonu, Cəyirli kəndində doğulmuşdur, Ağdam rayonu, Qarapirim kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İ 722601 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 ilə X17 16 noyabr 2011-ci ildə 112 nömrəli akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 690070 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 xx xxxx 1993-cü ildə doğulmuşdur, atası X21, anası X9r. İş materiallarına əlavə olunmuş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Yeni İmamqulubəyli qəbəsə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 819 nömrəli, 07 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Yeni İmamqulubəyli qəsəbəsində 490 nömrəli evdə müvəqqəti qeydiyyata durmaqla yaşayır. İş materiallarına əlavə olunmuş JN 150 KOD 61005088 nömrəli Torpağın Mülkiyyət hüquna dair Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayonu, Cəyirli kənd sakinləri X10, X4, X11, X18, X12, Cavabdeh, X5, X2 və X3 mülkiyyətinə 3.71 ha kənd təsərrüfat məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-802/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, JN-150 KOD 61005088 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Bərdə rayonu, Cəyirli kəndinddə yerləşən ümumi paylı mülkiyyətdə olan 3,71 torpaq sahəsinin 1/9 hissəsi 0,14 ha iddiaçı X1 naturada ayrılmaqla verilərək, sərhədləri müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-444/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, **********04 nömrəli məktubda mütəxəssis rəyinin verilməsi üçün 110.50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsi tərəfindən verilmiş rəy 18 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir kiTorpağa Mülkiyyət Hüququna dair JN-150 Dövlət aktı ilə iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş 3.71 ha torpaq sahəsi kompleks yerqurluşu layihəsinə əsasən üç konturdan ayrılmışdır. İddiaçı və cavabdehin mübahisələndirdiyi və naturada göstərdiyi 2.55 ha torpaq sahəsinin koordinatları ilə sənəd üzrə onların mülkiyyətinə verilmiş 2.21 ha torpaq sahəsinin koordinatları və sahə ölçüsü arasında fərq olduğundan və elektron məlumat bazasında mövcud torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən isə 2.12 ha qeyd edilmişdir. Odur ki, JN-150 saylı Dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 3.71 ha torpaq sahəsi cavabdehlər tərəfindən bölgü layihəsinə uyğun istifadə edilmədiyindən, hal-hazırda elektron məlumat bazasında mövcud torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı və cavabdehlərin birgə mülkiyyətlərinə verilmişdir. Birinci hissəsi olan 2.12 ha, ikinci hissəsi olan 0.19 ha və üçüncü hissəsi olan 1.31 hektar torpaq sahələri payçılar arasında şimal yaxud cənub hissədən normaya və suvarma istiqamətinə uyğun olmaqla hər biri ayrıayrılıqda naturada 1/9 hissəyə ayrılması mümkündür. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payının ayrılıb naturada tanıdılması tələbi barədə iddiası sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payının ayrılıb naturada tanıdılması tələbinə dair iddiası üzrə Bərdə rayonu, Cəyirli kəndində yerləşən 3.71 ha torpaq sahəsinin naturada ayrılması mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinə sasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin hüququ əsasında mənsubudur.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla paylı mülkiyyətdir. (Mülki Məcəllə 213.1, 213.2, 213.3) Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar hazırkı işdə mövcud olmaqla bu hallar Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq iddianın təmin edilməsi üçün əsasdır. Hazırkı iddiaya düzgün hüquqi qiymət verilməsi, o cümlədən Mülki Məcəllənin 220-ci maddəsinin müddəalarının düzgün təsfir edilməsi üçün həmin Məcəllənin 220-ci maddəsinin ümumi məzmunu əsas götürülməlidir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydada tələb edə bilər Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X19 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payının ayrılıb naturada tanıdılması tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payının ayrılıb naturada tanıdılması tələbinə dair iddiası təmin edilsin. Bərdə rayonu Cəyirli kəndində yerləşən 3.71 ha pay torpaq sahəsindən şimal hissədən normaya və suvarma istiqamətinə uyğun olmaqla İddiaçı 1/9 hissədə payı ayrılsın və həmin pay iddiaçıya tanıdılsın. İş üzrə 110.50 manat ekspertiza xərci Cavabdeh tutularaq X36 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-444/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-444/2022
21.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver