Məhkəmə qərarları › İş №2(021)-4504/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4504/2025

15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4504/2025 15.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X12 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: avtomobil, mülkiyyət Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı İsmayil oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X12 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı İsmayil oğlu cavabdehlər Cavabdeh1 və X12 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 8(021)-719/2023 saylı qəradadının ləğv edilməsi və onun faktiki istifadəsində və sahibliyində olan QAZ 33021 markalı **-TL-*** dövlət qeydiyyat nişanlı yük maşınının üzərinə qoyulmuş həbsin götürülməsinə və həmin avomaşına mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İsmayil oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO “Agbank" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X5, Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh1 Valiqulu oğlundan və X3 müştərək qaydada 6102.91 manat əsas, 78,96 manat faiz borcu olmaqla cəmi 6181,87 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 83.08 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 07.03 2023-cü il tarixli, 2(021)-940/2023 saylı qətnaməsi ilə cavabdehlər X2, Cavabdeh1 və X3 müştərək qaydada 6,102.91 manat asas, 78,96 manat faiz borcu olmaqla cəmi 6181,87 manat kredit borcu və ödənilmiş 83.08 manat dövlət rüsumu tutularaq iddiaçı "LPO"Agbank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Bununla bağlı Bərdə rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 8(021)- 719/2023 saylı saylı qərardadına əsasən onun faktiki istifadəsində və sahibliyində olan QAZ 33021 markalı 10- TL- 296 dövlət qeydiyyat nişanlı yük maşınına həbs qoyulmuşdur. Ona məxsus QAZ 33021 markalı **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını xx.xx.2023-cü ildə borcludan almışdır. O, avtomaşını cavabdehdən 3500 manat pula almış, alarkən həmin avtomobilə həbs qoyulmamışdır. Həmin avtomaşın onun ailəsinin qazanc mənbəyi olaraq ailənin dolanışığı üçün istifadə edir. Onun avtomaşınının üzərinə qoyulmuş həsb qanunsuzdur. Belə ki, avtomaşın formal olaraq cavabdehin adında olmasına baxmayaraq o, vicdanlı alıcı kimi həmin avtomaşını 2023-cü ilin 11 noyabr ayında cavabdehə 3500 manat pul ödəməklə etibarnamə əsasında sahiblik hüququ əldə etmişdir. Qazel markalı köhnə avtomaşınları alıb təmir edib satır. Bu səbədən də avtomaşını satacağına görə adına rəsmiləşdirmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 1xx.xx.2026-cı il tarixli 2(021)4504\2025 saylı qərardadı ilə mülki işə Bərdə rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 8(021)-719/2023 saylı qəradadının ləğv edilməsi və QAZ 33021 markalı **-TL-*** dövlət qeydiyyat nişanlı yük maşınının üzərinə qoyulmuş həbsin götürülməsi tələbi hissəsində xitam verilmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı İsmayil oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul edir. O, 2023-cü ilin noyabr ayında həmin avtomobili 4000 manata İddiaçı İsmayil oğluna satmışdır. İddiaçı özü təklif etmişdir ki, avtomobili etibarnamə ilə satsın. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh X12 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh X12 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz göndərərək, bildirmişdir ki, cavabdeh X8 ilə bağlanmış 115.LN.1676.171219.00005 saylı kredit müqaviləsinə əsasən Bərdə Rayon Məhkəməsi 07.03 2023-cü il tarixli, 2(021)- 940/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş kredit borcunun tam ödənilməsi bugünə kimi təmin olunmamışdır. Qətnamənin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulmuşdur. Bu səbəbdən də qanuni qüvvəyə minmiş qətnamənin icra edilməməsini nəzərə alaraq hazır ki iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İsmayil oğlu xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Seriya MV №002956 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İsmayil oğlu müharibə veteranıdır. AC №360016 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 33021" yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. X1 verilməsi haqqında ƏN-İX №125399 nömrəli, xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, 1 il müddətinə Cavabdeh1 Vəliquqlu oğlu mülkiyyətində olan QAZ33021 yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə İddiaçı sürücülük hüququ olduqdan idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)940\2023 saylı qətnaməsindən görünür ki, cavabdehler X4, Cavabdeh1 və X3 müştərək qaydada 6102.91 manat əsas, 78,96 manat faiz borcu olmaqla cəmi 6181,87 manat kredit borcu və ödənilmiş 83.08 manat dövlət rüsumunun tutularaq iddiaçı "LPO"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət olunmuşdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)719\2023 saylı qərardadından görünür ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-940/2023 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində borclu Cavabdeh1 adına qeydə alınmış, “QAZ 33021" yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)940\2023 saylı qətnaməsi ilə cavabdehler X4, Cavabdeh1 və X3 müştərək qaydada 6102.91 manat əsas, 78,96 manat faiz borcu olmaqla cəmi 6181,87 manat kredit borcu və ödənilmiş 83.08 manat dövlət rüsumunun tutularaq iddiaçı "LPO"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət olunmuşdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)719\2023 saylı qərardadı ilə Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(021)-940/2023 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində borclu Cavabdeh1 adına qeydə alınmış, “QAZ 33021" yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş və həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. “QAZ 33021" yük markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. O, xx.xx.2023-cü il tarixdə 1 il müddətinə-xx.xx.2024-cü il tarixinədək həmin avtomobilə dair İddiaçı etibarnamə vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 648-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 649-ci maddəsinə əsasən, satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı İsmayil oğluna avtomobili satması barədə göstərdikləri sübut kimi qəbul edilə bilməz. Belə ki, cabadehin etirafı digər cavabdeh X12 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin hüquqlarının və qanunla qorunan mənafeinin pozulmasına gətirib çıxardar. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan onun alqı-satqısına daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Hazırkı iddia tələbindən görünür ki, avromobilin alqı-satqısında bu cür göstərişlərə əməl olunmamışdır. Ona görə də avtomobilə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin edilə bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X12 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar