Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-457/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Siyrət oğluna, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Kərim qızına qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb tanıdılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1 Siyrət oğluna, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Kərim qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 6.20 ha pay torpaq sahəsindən onun payımın naturada tanınıb ayrılmasına və payının qardaşı Cavabdeh5 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1977-ci il təvəllüdlüdür. X1, anası isə X4r. Onlar 5 uşaq olmuşlar. X15 15 mart 2014-cü il tarixdə, anası Mairə Bəylərova isə 22 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Anası və atası vəfat etməmişdən öncə onların xüsusi mülkiyyətlərində Bərdə rayon Lənbəran kənd ünvanında 6.20 ha pay torpaq sahəsi var. Bərdə rayon Lənbəran kəndində yerləşən 6.20 ha pay torpaq sahəsi adam başına hesablanmaqla ailə üzvlərinin hər birinə verilmişdir və Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə JN-370 KOD-61000048 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsindən öz hissənə düşən payı yararlı hala salaraq istifadə etmişdir. Hazırda da onun payına düşən pay torpaq sahəsini qardaşı ünvan 1 sakini Cavabdeh5 vermək istəyir. Bununla bağlı Asan xidmət mərkəzinin notariat kontoruna müraciət etdikdə yaşayan bacı-qardaşlarının hər birinin gəlib imza etmələrini bildirirlər. Halbuki onun sadəcə Cavabdeh5 ilə əlaqəsi var və o, digər-bacı qardaşlarını taparaq Asan xidmət mərkəzinə apara bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılmasına dair ərizə verərək, qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 6.20 ha pay torpaq sahəsindən onun payının naturada tanınıb ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1 Siyrət oğluna, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Kərim qızına qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin ediməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Yevlax şəhər İcra Hakimiyyəti Evlər Komitəsi №49 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Yevlax şəhəri M.Hüseynzadə küçəsində yaşayır. İş materiallarına əlavə olunmuş V-ЖГ №294059 Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X10, ana qrafasında ana adı X4r. İş materiallarına əlavə olunmuş AZ-İ №661077 saylı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2014-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №201249 saylı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət hüququna dair JN-370 KOD 61000048 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə ünvan 1ində 6.20 ha torpaq sahəsi X5, X2, Cavabdeh1 Siyrət oğlunun, Cavabdeh5, X3, Cavabdeh2, X6 və Cavabdeh4 Kərim qızının mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində qeyd olunmuşdur: Bərdə rayon Məhkəməsinin 2(021)-3902/2022 saylı, 19 dekabr 2022-ci il tarixli mülki işi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Siyrət oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5 qarşı payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(021)-3902/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-370 saylı Dövlət aktı ilə iddiaçı və cavabdehlərin birgə mülkiyyətlərinə verilmiş 6.20 ha torpaq sahəsi kompleks yerquruluşu layihəsinə əsasən üç konturdan ayrılmışdır. Həmin torpaq sahəsinin 1.73 ha hissəsi notarial qaydada satılmış, qalan hissələri isə JN-370 saylı Dövlət aktına əsasən birinci hissəsi 0.77 ha ayrılsa da, TEKUİS məlumat bazasına əsasən 0.45 ha, JN-370 saylı Dövlət aktına əsasən ikinci hissəsi 3.70 ha ayrılsada, TEKUİS məlumat bazasına əsasən isə 3.30 ha qeyd edilmişdir. Odur ki, mübahisələndirilən torpaq sahəsi elektron məlumat bazasında mövcud Torpaqların elektron kadastr uçotu informasiya sistemine (TEKUİS) Əsasən, İddiaçı düşən hissəsinin naturada ayrılması mümkündür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə X5, X2, Cavabdeh1 Siyrət oğlunun, Cavabdeh5, X3, Cavabdeh2, X6 və Cavabdeh4 Kərim qızının mülkiyyətinə ünvan 1ində 6.20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-370 KOD 61000048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı almışlar. Lakin mülkiyyətçilərin payları müəyyən edilib mülkiyyət hüquqları tanınmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi torpaq sahəsinin naturadan ayrılıb ona tanıdılmasından ibarətdir Məhkəmə iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mütəxəsis rəyinə əsasən, JN-370 saylı Dövlət aktı ilə iddiaçı və cavabdehlərin birgə mülkiyyətlərinə verilmiş 6.20 ha torpaq sahəsi Bərdə rayonu Lənbəran kənd ərazisində müxtəlif kontorlarda yerləşir. Həmin torpaq sahəsinin 1.73 ha hissəsi notarial qaydada satılmış, qalan hissələri isə JN-370 saylı Dövlət aktına əsasən birinci hissəsi 0.77 ha ayrılsa da, TEKUİS məlumat bazasına əsasən 0.45 ha, JN-370 saylı Dövlət aktına əsasən ikinci hissəsi 3.70 ha ayrılsa da, TEKUİS məlumat bazasına əsasən isə 3.30 ha qeyd edilmişdir. Tərtib olunmuş bölgü planından görünür ki, 1,68 ha torpaq sahəsi naturada istifadə etdikləri torpaq sahəsidir ki, JN-370 saylı Dövlət aktından kənar torpaq sahəsidir. Məhkəmə iclasında iddiaçı fikrini onunla əsaslandırmışdır ki, onun məqsədi torpaq sahəsinin ayırıb gələcəkdə qardaşı Cavabdeh5 verməkdir. Ona görə də torpaq sahəsinin qardaşı Cavabdeh5 faktiki istifadə etdiyi torpaq sahəsinin sərhədi olan ərazidən onun payının ayrılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mütəxəsis rəyinə əsasən torpaq sahəsinin naturadan ayrılıb müəyyən edilməsi mümkün olduğundan iddia tələbi torpaq sahəsinin iddiaçıya düşən payın naturadan ayrılıb ona verilməsi hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı X5 adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-370 KOD 61000048 saylı Dövlət Aktına əsasən ilə X5, X2, Cavabdeh1 Siyrət oğlunun, Cavabdeh5, X3, Cavabdeh2, X6 və Cavabdeh4 Kərim qızının mülkiyyətinə verilmiş ünvan 1ində 6.20 ha topaq sahəsinin tərkibinə aid olan 3.30 ha hissəsinin şimaldan cənubi-qərb istiamətində 4-cü sırada yerləşən 0,4125 ha hissəsi və ünvan 1ində 6.20 ha topaq sahəsinin tərkibinə aid olan 0.45 ha hissəsinin şimaldan cənubi istiamətində 4-cü sırada yerləşən 0,0558 ha hissəsi İddiaçı münasibətdə naturada ayrılıb ona verilməlidir. İddia tələbi JN-370 saylı Dövlət aktına əsasən 1,68 ha həmin akta daxil olmayan torpaq sahəsi olduğundan və həmin torpaq sahəsi naturada istifadə etdikləri torpaq sahəsi olduğundan həmin hissəyə münasibətdə təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.1999-cu il tarixli qərarı X5 adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN- 370 KOD 61000048 saylı Dövlət Aktına əsasən X5, X2, Cavabdeh1 Siyrət oğlunun, Cavabdeh5, X3, Cavabdeh2, X6 və Cavabdeh4 Kərim qızının mülkiyyətinə verilmiş ünvan 1ində 6.20 ha topaq sahəsinin tərkibinə aid olan 3.30 ha hissəsinin şimaldan cənubi-qərb istiamətində 4-cü sırada yerləşən 0,4125 ha hissəsi və ünvan 1ində 6.20 ha topaq sahəsinin tərkibinə aid olan 0.45 ha hissəsinin şimaldan cənubi istiamətində 4-cü sırada yerləşən 0,0558 ha hissəsi İddiaçı münasibətdə naturada ayrılıb ona verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Siyrət oğlundan, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Kərim qızından alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-457/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-457/2023
04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver