Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-559/2021 15.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Cavabdeh3 İKB Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın yenidən qiymətləndirilməsinin təmin edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, Pənahova Mənsurə Abbas qızı, X4 və İddiaçı5 cavabdehlər “Cavabdeh1nə, "xxxx" MMC və Cavabdeh3 İKB Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən mülkiyyətində olan Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0,31 ha torpaq sahəsi, 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 45 kv.metr,yardımçı sahəsi 56.1 kv.metr, ümumi sahəsi 101.1 kv.metr fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(021)-724/2018 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş cavabdeh İddiaçı2 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0-345-15 nömrəli kredit müqavilsi çərçivəsində bağlanmış 21 may 2015-ci il tarixli,12-SKMF-1-0-345-15 nömrəli əlavə kredit müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borc, 1124,16 manat kreditdən istifadəyə görə faiz borcu,9,69 manat faizlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu olmaqla cəmi 16133.85 manat kredit borcu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum və xidmət haqqı, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi,tutumanın 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0-345-15 (i) nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bərdə rayonu Kətəlparaq kəndində yerləşən İddiaçı1, X2, İddiaçı5 və İddiaçı3 paylı mülkiyyətində olan 0,31 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evinə yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına İddiaçı2 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0-345-15 nömrəli kredit müqavilsi çərçivəsində bağlanmış 21 may 2015-ci il tarixli,12-SKMF-1-0-345-15 nömrəli əlavə kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, tutmanın fərdi yaşayış evinə, torpaq sahəsinə yönəldikdə və açıq hərracda satıldıqda cavabdehlər İddiaçı1, X2, İddiaçı5 və İddiaçı3 evdən istifadə hüquqlarına xitam verilməklə ən geci 1 ay ərzində evdən çıxarılmaları ,ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalan hissəsi paylarına münasibətdə İddiaçı1, X3, İddiaçı5 və İddiaçı3 qaytarılması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104) 3051/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.Mehtiyev sədrlik edən, hakimlər Ş.Razquliyev və N.Quliyev) cavabdeh İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(102)2032/19 saylı qərarı ilə kasassiya şikayətinin təmin edilməməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104) 3051/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra icra sənədi Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 03.03.2020-ci il tarixli, 135934/4 saylı sifariş məktubu əsasında paylı mülkiyyətlərində olan Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0,31 ha torpaq sahəsi, 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evi ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 06 mart 2020ci il tarixdə 25.000 manat məbləğində qiymətləndirilmişdir. Hesab edir ki, Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0,31 ha torpaq sahəsi, 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evinin 25.000 manata qiymətləndirilməsi və həraca çıxarılması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin hansı meyarlarla 25.000 manat dəyərində qiymətləndirilməsi onlar üçün aydın deyildir. Odur ki, fərdi yaşayış evinin dəyəri orta bazar qiymətindən dəfələrlə aşağı qiymətləndirildiyindən fərdi yaşayış evi yenidən qiymətləndirilməlidir. Məhkəmədən Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0,31 ha torpaq sahəsi, 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər iddiaçılar İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli, 2(102) 2032/2019 nömrəli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(021) 724/2018 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş cavabdeh İddiaçı2 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0-345-15 nömrəli kredit müqavilsi çərçivəsində bağlanmış 21 may 2015-ci il tarixli,12-SKMF-1-0-345-15 nömrəli əlavə kredit müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borc, 1124,16 manat kreditdən istifadəyə görə faiz borcu,9,69 manat faizlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu olmaqla cəmi 16133.85 manat kredit borcu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum və xidmət haqqı, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi,tutumanın 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0- 345-15 (i) nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bərdə rayonu Kətəlparaq kəndində yerləşən İddiaçı1, X2, İddiaçı5 və İddiaçı3 paylı mülkiyyətində olan 0,31 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evinə yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına İddiaçı2 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0-345-15 nömrəli kredit müqavilsi çərçivəsində bağlanmış 21 may 2015-ci il tarixli,12-SKMF-1-0-345-15 nömrəli əlavə kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, tutmanın fərdi yaşayış evinə, torpaq sahəsinə yönəldikdə və açıq hərracda satıldıqda cavabdehlər İddiaçı1, X2, İddiaçı5 və İddiaçı3 evdən istifadə hüquqlarına xitam verilməklə ən geci 1 ay ərzində evdən çıxarılmaları ,ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalan hissəsi paylarına münasibətdə İddiaçı1, X3, İddiaçı5 və İddiaçı3 qaytarılması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104) 3051/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.Mehtiyev sədrlik edən, hakimlər Ş.Razquliyev və N.Quliyev) cavabdeh İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(102)2032/19 saylı qərarı ilə kasassiya şikayətinin təmin edilməməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104) 3051/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0,31 ha torpaq sahəsi İddiaçı3, X2 ,İddiaçı5 və İddiaçı1 ümumi paylı mülkiyyətində, həmin 0,31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 tam mülkiyyətində olmaqla bu barədə Daşınmaz əmlakın Dövlət reyestrində 40 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh1 21.06.2018-ci il tarixli, 135934/4 nömrəli icraata başlamaq haqqında qərarından görünür ki, Cavabdeh1 İcra məmuru X5 tərəfindən Bərdə rayon Məhkəməsinin 2(021) 724 saylı,07 may 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. "xxxx" MMC tərəfindən İddiaçı1, İddiaçı2,Pənahova Mənsurə Abbas qızına,X3 və İddiaçı5 və "xxxx" İKB ASC-nə ünvanlanmış 06 mart 2020-ci il tarixli, 274 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 135934/4 nömrəli, 03.03.2020-ci il tarixli sifariş məktubuna əsasən Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0,31 ha torpaq sahəsi, 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evi ilkin satış qiyməti 25.000 manat olmaqla açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 01.04.2020-ci il tarixə təyin edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1977-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3ə Abbas qızı xx.xx.1973-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1995-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1993-cü ildə doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli, 530 nömrəli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Kətəlparaq kəndində yaşayır və ailə üzvüləri İddiaçı3 və İddiaçı5 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli, 53q nömrəli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayonu Kətəlparaq kəndində yaşayır Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(021)-724/2018 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş cavabdeh İddiaçı2 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0-345-15 nömrəli kredit müqavilsi çərçivəsində bağlanmış 21 may 2015-ci il tarixli,12-SKMF-1-0-345-15 nömrəli əlavə kredit müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borc, 1124,16 manat kreditdən istifadəyə görə faiz borcu,9,69 manat faizlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu olmaqla cəmi 16133.85 manat kredit borcu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum və xidmət haqqı, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi,tutumanın 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0- 345-15 (i) nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bərdə rayonu Kətəlparaq kəndində yerləşən İddiaçı1, X2, İddiaçı5 və İddiaçı3 paylı mülkiyyətində olan 0,31 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evinə yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına İddiaçı2 20 may 2015-ci il tarixli, 12-SKMF-1-0-345-15 nömrəli kredit müqavilsi çərçivəsində bağlanmış 21 may 2015-ci il tarixli,12-SKMF-1-0-345-15 nömrəli əlavə kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, tutmanın fərdi yaşayış evinə, torpaq sahəsinə yönəldikdə və açıq hərracda satıldıqda cavabdehlər İddiaçı1, X2, İddiaçı5 və İddiaçı3 evdən istifadə hüquqlarına xitam verilməklə ən geci 1 ay ərzində evdən çıxarılmaları ,ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalan hissəsi paylarına münasibətdə İddiaçı1, X3, İddiaçı5 və İddiaçı3 qaytarılması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3051/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.Mehtiyev sədrlik edən, hakimlər Ş.Razquliyev və N.Quliyev) cavabdeh İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(102)2032/19 saylı qərarı ilə kasassiya şikayətinin təmin edilməməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104) 3051/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Bundan sonra icra sənədi Cavabdeh1nə göndərilmişdir.Cavabdeh1 03.03.2020ci il tarixli, 135934/4 saylı sifariş məktubu əsasında paylı mülkiyyətlərində olan Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0,31 ha torpaq sahəsi, 1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 45 kv. Metr,yardımçı sahəsi 56.1 kv. Metr, ümumi sahəsi 101.1 kv. Metr fərdi yaşayış evi ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 06 mart 2020-ci il tarixdə 25.000 manat məbləğində müəyyən edilərək hərraca çıxarılmışdır. İddiaçılar hesab edir ki, onlara məxsus olan həyətyani torpaq sahəsi və fərdi yaşayış evi dəyərindən çox aşağı qiymətə qiymətləndirilmişdir. Ona görə də həmin fərdi yaşayış evi və həyətyani torpaq sahəsi yenidən qiymətləndirilməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Bundan başqa, məhkəmə hesab edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktından sonra yeni iddia ilə məhkəməyə müraciət edilməsi hüquqi müəyyənlik prinsipinə zidd ola olar. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixliqərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2014-cü tarixli Qərarı). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Cavabdeh3 İKB Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın yenidən qiymətləndirilməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-559/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-559/2021
15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver