Məhkəmə qərarları › İş №2(021)-599/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-599/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-599/2021 12.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı Məhərrəm oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasibətdə bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonunun Cicimli kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0,31 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 98.3 kv.m olan yaşayış eivinin açıq hərracda satılmasına və mütənasib olaraq ümumi paylı mülkiyyətlərində olan 0.31 ha həyətyanı torpaq sahəsinin satış pulunun 17\27 hissəsi (0.195 ha) ona, 10\27 (0.115 ha) hissəsi isə cavabdeh Cavabdeh Məhərrəm oğluna və 98.3 kv.m ümumi sahəsi olan evin satış pulunun 8\9 hissəsinin ( 87.38 kv.m) ona, 1\9 hissəsi (10.92 kv.m ) isə cavabdeh Cavabdeh Məhərrəm oğluna ödənilməsinə və ümumi paylı mülkiyyət hüquqlarına hərracdan satış və satış pulunun bölünüb ödənilməsi ilə xitam verilmədinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhərrəm oğlu onun doğma qardaşıdır. X2 13.05.1958-ci ildə anaları X14 ilə rəsmi nigaha daxil olmuşlar. Valideyinlərinin birgə nigahından 9 bacı qardaş olmuşlar.X3 08.11.1974-cü ildə anası X14 isə 28.01.2012-ci ildə vəfat etmişdir. Valideynlərindən Bərdə rayonu Cicimli kəndində paylı mülkiyyətdə olan 0,24 ha həyətyani torpaq sahəsinin 1/3 hissəsi və onun üzərində yerləşən ümumi sahəsi 98,3 kv. Metr, yaşayış sahəsi 60 kv.metr yardımçı sahəsi 38.3 kv.metr olan fərdi yaşayış evi bütövlükdə və 0,07 ha torpaq sahəsinin 3/1 hissəsi anasından miras qalmışdır. Həmin miras əmlak bacı qardaşlarının mülkiyyətinə keçmişdir. Hal-hazırda Cavabdeh Məhərrəm oğlu yuxarıda qeyd olunan əmlakların hamısını zəbt edib ailəsi ilə birlikdə mübahisəli yaşayış evində yaşayır və mübahisəli torpaq sahələrindən istifadə edir. Onun və ailə üzvülərinin onlarra məxsus əmlaklardan istifadə etməyə və mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Ona görə də məhkəməyə müraciət edərək paylı mülkiyyətdən payının ayrılması və istifadəsinə verilməsini xahiş etmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizaları ilə mübahisəli torpaq sahələrinin və yaşayış evinin ayrılması mümkün hesab edilmədiyindən Apellyasiya Məhkəməsinin 2(104) 93/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə qüvvədə saxlanmış Bərdə rayon Məhkəməsinin 2(021) 417/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra onun Cavabdeh Məhərrəm oğluna qarşı “ümumi paylı mülkiyyətdən payının ayrılması mümkün olmadığı üçün payının dəyərinin digər mülkiyyətçilər tərəfindən mənə ödənilməsinə dair” iddia tələbi Cavabdeh Məhərrəm oğlu tərəfindən qəbul edilmədiyi və kompensasiyanın ona ödəməsinə razı olmadığı üçün Bərdə rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.10.2020-ci il tarixli 2(021)2817\2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamələrlə öz təsdiqini tapmış hallara və sübutlara əsasən mübahisəli torpaq sahələrinin 17\27 hissəsi və yaşayış evinin 8\9 hissəsi onun mülkiyyətindədir. Belə ki, 23 noyabr 2016-cı il tarixdə aralarında bağlanmış və Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat konturunda reyestrdə 4Ə-1549 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın bağışlanma müqaviləsinə əsasən bacıları X18, X22 və X10 qardaşları X15, X16,X4 və X5 ƏMDK-nın yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.10.2016-cı il tarixdə onlara verilmiş **********00 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 0,07 ha torpaq sahəsinin hər birinin mülkiyyətində olan 1/27 hissəsini,0,00259 hektarını cəmi 7/27 hissəsini, 0,01813 hekatarını ona bağışlamışdır. 23 noyabr 2016-cı il tarixdə aralarında bağlanmış və Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat konturunda reyestrdə 4Ə-1549 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın bağışlanma müqaviləsinə əsasən bacıları X18, X22 və X10 qardaşları X15, X16, X4 və X5 ƏMDK-nın yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.10.2016-cı il tarixdə onlara verilmiş **********0110301 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 98.3 kv. Metr olan 3 otaqdan ibarət yaşayış evinin hər birinin mülkiyyətində olan 1/9 hissəsi olmaqla cəmi 7/9 hissəsini,76.45 kvadrat metrini və paylı mülkiyyət üzrə 0,24 ha torpaq sahəsinin hər birinin mülkiyyətində olan1/27 hissəsini,0,********** hektarını cəmi 7/27 hissəsini 0,062 hektarını ona bağışlamışdır. Bərdə rayonunda torpaq islahatı aparılan zaman Cavabdeh Məhərrəm oğlu onunla və mərhum anaları X14 ilə birlikdə yaşadığı üçün Bərdə rayonu Cicimli kəndində yerləşən mübahisəli 0,24 ha və 0,07 ha torpaq sahələri üçünün paylı mülkiyyətlərinə, onun üzərində yerləşən 98,3 kv metr olan fərdi yaşayış evi bütövlükdə anaları X7 mülkiyyətinə, torpaq sahəsi isə, onun, cavabdehin və anaları X7 hər birinə 1/3 hissəsi olmaqla mülkiyyətlərinə verilmişdir. Ona görə də bacı və qardaşlarının öz miras paylarını ona bağışladıqlarından hal-hazırda həmin torpaq sahələrinin 10/27 hissəsi və yaşayış evinin 1/9 hissəsi Cavabdeh oğlunun mülkiyyətindədir. Hal-hazırda anaları X6 miras qalmış Bərdə rayonu Cicimli kəndində yerləşən paylı mülkiyyətdə olan 0,24 ha həyətyani torpaq sahəsi 17/27 hissəsi və onun üzərində yerləşən ümumi sahəsi 98.3 kv. Metr olan yaşayış evinin 1/9 hissəsi və 0,07 ha torpaq sahəsinin 10/27 hissəsi isə Cavabdeh Məhərrəm oğlunun mülkiyyətindədir. Hesab edir ki, cavabdeh onun mülkiyyətində olan əmlaklardan istifadə etməyə imkan vermədiyindən və məhkəmə qətnamələri ilə həmin əmlaklardan payların ayrılıb tanıdılması, həmçiunin ümumi paylı mülkiyyətdə olan payının dəyərinin digər mülkiyyətçi Cavabdeh Məhərrəm oğlu tərfindən ödənilmədiyinə görə məhkəmə qətnamələri ilə təmin edilə bilinmədiyi üçün cavabdehlə birlikdə ümumi paylı mülkiyyətlərində olan Bərdə rayonunun Cicimli kəndində yerləşən 0.07 ha və 0.24 ha həyətyani torpaq sahələrinin və sonuncunun üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m, yaşayış sahəsi 60 kv.m, yardımçı sahəsi 38.3 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri aralarında paylarına mütənasib surətdə bölüşdürülməlidir, yəni açıq hərracda satıldıqdan sonra ümumi paylı mülkiyyətlərində olan 0.31 ha həyətyanı torpaq sahəsinin satış pulunun 17\27 hissəsi (0.195 ha) ona, 10\27 (0.115 ha) hissəsi isə cavabdeh Cavabdeh Məhərrəm oğluna və 98.3 kv.m ümumi sahəsi olan evin satış pulunun 8\9 hissəsi ( 87.38 kv.m) ona, 1\9 hissəsi (10.92 kv.m ) isə Cavabdeh Məhərrəm oğluna ödənilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bərdə rayonunun Cicimli kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0,24 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 98.3 kv.m olan yaşayış evinin və 0.07 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılmasına və satış pulunun paylarına mütənasib olaraq bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məhərrəm oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Məhərrəm oğluna məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Məhərrəm oğlu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1973-cü il tarixdə Bərdə rayonu Cicimli kəndində anadan olmuşdur. Bərdə rayonu Cicimli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehtixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 950 saylı 16.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Cicimli kəndində yaşayır. Mülki işə əlavə olunmuş 23.11.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Bərdə rayon Cicimki kəndində paylı mülkiyyətlərində olan ümumi sahəsi 0.07 torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən X18 (0.00259 ha), X22 (0.00259 ha), X15 (0.00259 ha), X8 (0.00259 ha), Qəhrəmanova Dilarə Məhərrəm qızı (0.00259 ha), X11 (0.00259 ha) və X4 (0.00259 ha) onlara məxsus hissələrini İddiaçı bağışlamışlar. Mülki işə əlavə olunmuş 23.11.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X18, X22, X15, X8, Qəhrəmanova Dilarə Məhərrəm qızı, X11 və X1 rayon Cicimki kəndində paylı mülkiyyətlərində olan 0.24 torpaq sahəsində yerləşən ümumi sahəsi 98.3 kv.m, yaşayış sahəsi 60 kv.m, yardımçı sahəsi 38.3 kv.m olsn fərdi yaşayış evinin və 0.24 ha torpaq sahəsi paylı mülkiyyət üzrə onlara məxsus hissələrini bütünlüklə İddiaçı oğluna bağışlamışlar. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti hüquqların Dövlət qeydiyyaatı haqqında daşınmaz əmlakın Dövlət Reyestirindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Cicimli kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 17/27 hissəsi İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti hüquqların Dövlət qeydiyyaatı haqqında daşınmaz əmlakın Dövlət Reyestirindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Cicimli kəndində yerləşən 0,24 ha torpaq sahəsinin 17/27 hissəsi, həmin torpaq sahəsində yerləşən 98.3 kv.mr fərdi yaşayış evinin 8/9 hissəsi İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın real bazar dəyəinin müəyyənləşdirilməsinə dair 27 avqust 2020-ci il tarixli, 01/16609 nömrəli arayışdan görünür ki,Bərdə rayonu Cicimli kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 27 avqust 2020-ci il tarixinə bazar dəyəri 2500 manat təşkil edir. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın real bazar dəyəinin müəyyənləşdirilməsinə dair 27 avqust 2020-ci il tarixli, 01/16610 nömrəli arayışdan görünür ki,Bərdə rayonu Cicimli kəndində 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.3 kv. Metr, yaşayış sahəsi 60.0 kv. Metr, köməkçi sahəsi 38.3 kv. Metr olan 3 otaqlı fərdi yaşayış evinin 27 avqust 2020-ci il tarixinə bazar dəyəri 23800 manat təşkil edir. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(021) 412/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətdə olan Bərdə rayonu Cicimli kəndində yerləşən 0,24 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsinin naturada bölünməsinə bu mümkün olmadıqda əmlakların hərraca çıxarılması açıq hərracdan satılması və satış pulunun paylara uyğun olaraq aralarında bölünməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş, məhkəmənin həmin qətnaməsinə əsasən İddiaçı iddia tələbi əsassız olduğundan təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-93/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(021) 412/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021) 2817\2020 saylı 16.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı “payının dəyərin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətdə olan Bərdə rayonu Cicimli kəndində yerləşən 0,24 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsinin naturada bölünməsinə bu mümkün olmadıqda əmlakların hərraca çıxarılması açıq hərracdan satılması və satış pulunun paylara uyğun olaraq aralarında bölünməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş, məhkəmənin qətnaməsinə əsasən İddiaçı iddia tələbi əsassız olduğundan təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-93/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(021) 412/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bərdə rayon Məhkəməsinin 2(021) 2817\2020 saylı 16.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı “payının dəyərin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir Hazırda iddiaçı Bərdə rayonunun Cicimli kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0,24 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 98.3 kv.m olan yaşayış evinin və 0.07 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılmasına və satış pulunun paylarına mütənasib olaraq bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə bu qeyd olunan halları müəyyən etdikdən sonra iddiaçının “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasibətdə bölünməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-ci il tarixli qərarına əsasən ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi əmlak üzərində sərəncam verilməsi birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. MM-nın 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirildiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir. Bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3 ) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərərvurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüquqna malikdir. MM-nin 220.4-cü maddəsi bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqədardır. Belə ki, mlkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirlə bilər. Bu qayda isə yəni digər mülkiyyətçilər tərəfindən kommpensasiya ödənilməsi payın naturada ayrılması tələbi irəli sürüldüyü halda ola bilər. Həmin ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(021)-412/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətdə olan Bərdə rayonu Cicimli kəndində yerləşən 0,24 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsinin naturada bölünməsinə bu mümkün olmadıqda əmlakların hərraca çıxarılması açıq hərracdan satılması və satış pulunun paylara uyğun olaraq aralarında bölünməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş, məhkəmənin həmin qətnaməsinə əsasən İddiaçı iddia tələbi əsassız olduğundan təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-93/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(021) 412/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021) 2817\2020 saylı 16.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh iddianı qəbul etmədiyindən və onun üzərinə kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməyəcəyindən İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı “payının dəyərin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı payın naturada ayrılması mümkün olmadığından və cavabdeh iddianı qəbul etmədiyindən və onun üzərinə kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməyəcəyindən hazırki iddia tələbi ilə “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasibətdə bölünməsi” barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Bərdə rayonunu Cicimli kəndində yerləşən İddiaçı və Cavabdeh Məhərrəm oğlunun ümumi paylı mülkiyyətdə olan 0,24 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 98.3 kv.m olan yaşayış evi və 0.07 ha həyətyanı torpaq sahəsi açıq hərracda satılmalı və satış pulunun İddiaçı və Cavabdeh Məhərrəm oğlunun paylarına mütənasib olaraq bölüşdürülməlidir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 220.6 maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət manat rüsumu cavabdehdən alınaraq iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasibətdə bölünməsi” tələbinə dair iddiası təmin edilsin. Bərdə rayonunu Cicimli kəndində yerləşən İddiaçı və Cavabdeh Məhərrəm oğlunun ümumi paylı mülkiyyətdə olan 0,24 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 98.3 kv.m olan yaşayış evi və 0.07 ha həyətyanı torpaq sahəsi açıq hərracda satılsın və satış pulunun İddiaçı və Cavabdeh Məhərrəm oğlunun paylarına mütənasib olaraq bölüşdürülsün. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh Məhərrəm oğlundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar