Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-634/2022 07.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə qarşı “şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əri 01 oktyabr 1972-ci il təvəllüdlü X4 məcburi müalicəyə yerləşdirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, əri 01 oktyabr 1972-ci il təvəllüdlü X5 xeyli vaxtdır ki, narkomaniya xəstəliydən əziyyət çəkir. X11 öz davranış və hərəkətləri nəticəsində dəfələrlə ona və ailə üzvlərinə maddi və mənəvi zərər yetirmişdir. O, kənar şəxslərin həyatı üçün ciddi təhlükə yaradır. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizədə göstərlənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7429 nömrəli 13.12..2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon M.F.Axundov küçəsi 4/3 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş, Seriya AZE №17975882 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 01.10.1972-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayon M.F.Axundov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İ-JQ 445260 saylı, 14.12.2021-ci il tarixli Arayışdan görünür ki, X9 oğlu 01.10.1972-ci ildə anadan olmuşdur. X2, anası X1r. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ № 360783 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə İddiaçı 03.09.1993-cü il tarixdə Bərdə Rayon VVADQ Şöbəsində 237 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin 23.12.2021-ci il tarixli cinayət işini başlanmasının rədd olunması haqqında qərarından görünür ki, İddiaçı əri X4 narkotik vasitə istifadəçisi olması və həmin şəxsin narkotik vasitənin təsiri altında yaşadıqları evdə mütəmadi münaqişə etməsi və onu ölümlə hədələməsi ilə bağlı müraciəti əsasında araşdırma aparılmış, arşdırma zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 22.12.2021-ci il tarixli 1538 saylı rəyi ilə X5 narkotik vasitələrdən istifadə etdiyi narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyi, narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı olduğu müəyyən olunmuş, toplanmış material üzrə cinayət işini başlanması rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X3 Məsləhət Komissiyasının 22.12.2021-ci il tarixli 1538 saylı rəyində qeyd olunur ki, X5 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. Narkoloji Xidmət və Nəzarət Haqqında Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən narkoloji xəstə -insan psixikasına təsir göstərən maddələrin sui– istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları il müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir. Həmin Qanunun 1.0.6- cı maddəsinə əsasən alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir. Həmin Qanunun 5.2- ci maddəsinə əsasən dövlət narkoloji xəstəliklərin qarşısının alınması, belə xəstəliklərin erkən müəyyən və müalicə edilməsi, narkoloji xəstələrin səhhəti və psixoloji vəziyyəti üzərində tibbi nəzarətin həyata keçirilməsi və bu xəstələrin cəmiyyətə qovuşması üçün şərait yaradır. Həmin Qanunun 5.3- ci maddəsinə əsasən narkoloji xəstələrə onların maddi vəziyyətindən asılı olmayaraq narkoloji yardımın göstərilməsinə, habelə bu şəxslərin sağlamlığı üzərində ixtisaslaşdırılmış tibbi nəzarətin həyata keçirilməsinə dövlət tərəfindən təminat verilir. Həmin Qanunun 5.4- cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstələrin müalicəsi bir qayda olaraq könüllülük əsasında həyata keçirilir. 18 yaşına çatmamış şəxs narkoloji tibb müəssisəsinə valideynlərinin və ya onun qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir. Narkoloji xəstələrin məcburi müalicəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yalnız məhkəmənin hökmü, qətnaməsi və ya digər yekun qərarı əsasında yol verilir. Həmin Qanunun 6.2- ci maddəsinə əsasən Azərbaycan Respublikasının, qanunvericiliyi ilə müəyyən edilmiş hallar və tibbi yardımının göstərilməsi zərurətindən irəli gələn tələblər istisna olmaqla narkoloji xəstələrin hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 6.2-1- ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirlərinin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən narkoloji xəstələrin müalicəsi üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim–narkoloq tərəfindən tətbiq edilir. Ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartasına daxil edilməlidir. Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan sosial–psixoloji reabilitasiya kursu onun fərdi tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 352.1-ci maddəsinə əsasən öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. MPM-in 352.2-ci maddəsinə əsasən ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji-tibb müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir. MPM-in 353.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-in 353.2-ci maddəsinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır. Məhkəmə hesab edir ki, İddiaçı ərizədə göstərdiyi hallar məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən ərizə təmin edilməli, ailə üzvləri və ətrafdakılar üçün təhlükə yaradan X9 oğlu məcburi müalicə olunması üçün narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 335-338, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 01.10.1972-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayon M.F.Axundov küçəsi ev 6 ünvanında qeydiyyatda olan və yaşayan X5 məcburi müalicə olunması üçün narkoloji tibb müəssisəsinə məcburi qaydada yerləşdirilsin. Qətnamənin icrası məcburi yerləşdirmə hissəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə və Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-634/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-634/2022
07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver