Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-649/2025 05.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı "torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin naturada bölünməsi və onun hissəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddia üzrə QƏTNAMƏ Açar sözlər: mülkiyyət, paylı mülkiyyət Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının iştiraklarıı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı "torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin naturada bölünməsi və onun hissəsindən cavabdehlərin çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin naturada bölünməsi və onun hissəsindən cavabdehlərin övladları və əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m-dən ibarət fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi Bərdə regional ASAN xidmət mərkəzində notariat kontorunun 13 avqust 2018-ci il tarixli, 2V-679 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 01 aprel 2015-ci il tarixdə vəfat etmiş X10 vəfatından sonra anası X2 çatası miras payını anası Zeynab Qəmbərova 13 avqust 2018-ci il tarixdə miras payın bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Fərdi yaşayış evi ona ona bağışlandıqdan sonra o həmin fərdi yaşayış evinə 0.09.2018-ci il tarixdə ******* saylı nömrə ilə qeydiyyata alınmış Çıxarış da almışdır. Hazırki iş üzrə cavabdeh kimi qeyd edilmiş Cavabdeh1 onun qardaşı, Cavabdeh2 Əlövsət qızı qardaşının həyat yoldaşıdır. Cavabdeh2 Əlövsət qızı qardaşı Vadim Qənbərov ilə rəsmi olaraq ailə həyatı qurub evlənibdir və onun evində müvəqqəti olaraq yaşamağa başlamışlar. Birgə nikah dövründən isə 2 (iki) övladları anadan olmuşdur. Hal-hazırda hər iki cavabdeh onun evində övladları ilə birlikdə yaşayır. Lakin o cavabdehlərin onun evində qalmasını istəmir. Çünki onun və anasının o evdə yaşamaq hüquqları pozulur, evinə gedərkən qardaşı və onun həyat yoldaşı onu evdən qovur, öz evində yaşamağa imkan vermirlər. O bu il min bir əziyyətlə kartof əkib- becərmişdir. Axırıncı dəfə əkdiyi kartofu sulamaq üçün getdikdə ona imkan verməmiş, yenə də dalaşıb qovmuşdurlar. Qardaşı Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 Əlövsət qızı əvvəllər Gəncə şəhərində yaşayırdılar. Qardaşının evi olmadığı üçün ona bir bacı kimi müvəqqəti yaşamaq üçün evlərində bir otaq vermişdir. Lakin həmin gündən bəri nə o, nə də anası o evdə gün görüb yaşaya bilmirlər. Gəlinləri Səbinə və qardaşı Vadim uzun zamandır ki, onunla yola getmir, onu incidirlər. Onları bir gün belə evlərində nə saxlamaq, nə də ki görmək istəmir. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin naturada bölünməsi və onun hissəsindən cavabdehlərin çıxarılmasını istəyir. Bu səbəbdəndə məhkəməyə müraciət etməli olmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 Əlövsət qızı iddia tələbini qəbul etmədiyini bildirdi. II. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. Bərdə rayon Yeni Əyricə qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X4, anası X3r. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X4, anası X3r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, Seriya RX № ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində 0.2201 ha torpaq sahəsində yerləşən 112.6 kv.m ümumi sahədən ibarət yaşayış fərdi yaşayış evinin 2\3 hissəsinə İddiaçı, torpaq sahəsi isə İddiaçı (torpaq sahəsinə 5\21 hissə), X1 ( torpaq sahəsinə 3\21 hissə), Cavabdeh1 (torpaq sahəsinə 3\21 hissə) Cavabdeh2 Əlövsət qızının (torpaq sahəsinə 3\21 hissə), X6 (torpaq sahəsinə 3\21 hissə), X8 (torpaq sahəsinə 3\21 hissə) paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 86 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********93-10301 reyestr nömrəli fərdi yaşayışevinin texniki pasportundan görünür ki, ünvan 1ində yerləşən 112.6 kv.m ümumi sahədən ibarət yaşayış fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. xx.xx.2018-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, X9, Bərdə Regional "ASAN xidmət" Mərkəzində notariat kontorunun 13 avqust 2018-ci il tarixli, 2V- 679 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 01 aprel 2015-ci ildə vəfat etmiş əri X11 vəfatından sonra ona çatası miras payını Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1291.1 maddəsinə müvafiq olaraq qızı İddiaçı bağışlamışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2991\2024 saylı xx.xx.2024-cü il tarixli qətbnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı “ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətimdə olan 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m-dən ibarət fərdi yaşayış evinin 3/2 hissəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10\3299 saylı Ekspert Rəyindən görünür ki: -Rəyin tədqiqat hissəsində göstərilənləri alaraq, Bərdə rayonu, Əyricə kəndində yerləşən ümumi sahəsi 0.2201 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 112.6 kv.m olan fərdi yaşayış evinin X16 qızı, Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı, X12, X13, İddiaçı çıxarış üzrə paylarının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən təcrid mənzillər şəklində bölünməsinin mümkün olmadığı müəyyən edilir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* qeydiyyat nömrəli, 10 sentyabr 2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bərdə rayonu, Yeni Əyricǝ kəndində yerləşən 0.2201 ha torpaq sahəsində yerləşən 112.6 kv.metrdən ibarət olan fərdi yaşayış evindən İddiaçı məxsus 2/3 hissə payın İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən təcrid mənzillər şəklində ayrılmasının mümkün olmadığı müəyyən edilir İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Məhkəmə iş üzrə ekspert rəyini əsas götürərək hesab edir ki,iddia təmin oluna bilməz. Belə ki, ekspert rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu, Əyricə kəndində yerləşən ümumi sahəsi 0.2201 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 112.6 kv.m olan fərdi yaşayış evinin X16 qızı, Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı, X12, X13, İddiaçı çıxarış üzrə paylarının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən təcrid mənzillər şəklində bölünməsinin mümkün olmadığı müəyyən edilir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* qeydiyyat nömrəli, 10 sentyabr 2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bərdə rayonu, Yeni Əyricǝ kəndində yerləşən 0.2201 ha torpaq sahəsində yerləşən 112.6 kv.metrdən ibarət olan fərdi yaşayış evindən İddiaçı məxsus 2/3 hissə payın İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən təcrid mənzillər şəklində ayrılmasının mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-ci maddəsinə əsasən, əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-ci maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-ci maddəsinə əsasən Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi, o cümlədən Mülki Məcəllənin 220-ci maddəsinin müddəlarının düzgün təfsir edilməsi üçün həmin Məcəllənin 220-ci maddəsinin ümumi məzmunu əsas götürülməlidir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məzmunundan göründüyü kimi qeyd olunan maddənin müddəaları paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünməsini, belə razılaşma olmadıqda isə yəni ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Beləliklə Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici ümumi əmlakdan payın ayrılmasında və əşyanın bölünməsində iki şərtin mövcudluğunu nəzərdə tutur və bu şərtlərdən birincisinin olmaması yəni ümumi mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mülkiyyətçilər arasındakı razılaşmanın olmaması iddianın təmin edilməsi üçün əsasdır. Lakin iş üzrə ekspert rəyi ilə müəyyən olur ki, Bərdə rayonu, Yeni Əyricǝ kəndində yerləşən 0.2201 ha torpaq sahəsinin və üzərində yerləşən 112.6 kv.metrdən ibarət olan fərdi yaşayış evinin naturada ayrılması mümkün mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu iddiaçıya aid edilməlidir. . İş üzrə 100 manat ekspertiza xərci iddiaçl İddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı "torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin naturada bölünməsi və onun hissəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərci 100 (bir yüz ) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-649/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-649/2025
05.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver