Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-654/2021 07.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 , İddiaçı2 , İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinə payların müəyyənləşdirilib ayrılması ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : İddiaçı İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Qullar kəndində olan 2.26 ha pay torpaq sahəsi üzrə onların mülkiyyətinə verilmiş JN- 0062 KOD-61023058 saylı şəhadətnamədə cavabdehlə paylarının müəyyənləşdirilib ayrılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh yaşadığı ünvanı Bərdə rayonu Qullar kəndi kimi göstərilmiş, lakin iddiaçılar iddia ərizəsində Cavabdeh hal-hazırda harada yaşamasından onların heç bir məlumatları olmadığını qeyd etmişlər. Məhkəmə qeyd edir ki, hazırkı müki işə məhkəmədə baxılacağı təqdirdə Cavabdeh sonuncu yaşayış yerinin barədə məlumat olmaması ilə, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmayacaqdır. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh sonuncu yaşayış yeri barədə iddia ərizəsində məlumat olmaması ədalət mühakiməsinin çəkişmə prinsipini pozur, onun özünü müdafiə etməsinə imkan vermir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehin yaşadığı ünvan kimi qeyd edilmişdir, lakin qanunverici hazırkı iddiaya münasibətdə yaşayış yerini yox, rəsmi qeydiyyatda olduğu yerin olmasını zəruri bilir. MPM-in 149.2.2-ci maddəsi işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməsinə dair norma müəyyən etmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 , İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinə payların müəyyənləşdirilib ayrılması ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 , İddiaçı2 , İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinə payların müəyyənləşdirilib ayrılması ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verilə bilər . Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-654/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-654/2021
07.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver