Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-666/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı oğlunun cavabdehlər Cavabdeh oğluna qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh oğlunun 09.10.2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş X2 vərəsəsi olmaq hüququndan məhrum edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu il təvəllüdlüdür. Cavabdeh oğlu ilə 29.03.1991-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur: 01.01.1192-ci il təvəllüdlü X3 və 10.01.1994-cü il təvəllüdlü X5. Daha sonra cavabdehlə ailə münasibətləri pozulduğundan ayrılmışlar. Bərdə rayon Məhkəməsinin 07.05.2007-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Uşaqları onun himayəsində qalmış, övladlarını min bir əziyyətlə böyütmüşdür. Cavabdeh oğlu bu günə qədər övladlarına heç bir maddi və mənəvi yardım etməmiş, onlarla maraqlanmamış, ünsiyyətdə olmamış, hətta bir dəfə olsun belə danışdırmamışdır. X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətlə olmuş, atası onu yola salmamışdır. Övladı Qarabağ uğrunda gedən döyüşlərdə 09.10.2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Atası şəhid oğlunun dəfninə gəlməmişdir. Dövlət Sığorta Şirkəti tərəfindən şəhidin varislərinə 11000 manat sığorta pulu müəyyən edilmiş, oğlunun atası da vərəsə olanaq 11000 manat sığorta pulunun 1\2 hissəsini almaq niyyətindədir. Hesab edir ki, övladlarına heç bir atalıq qayğısı göstərməyən şəhid övladının dəfnində iştirak etməyən , yasına gəlməyən bir atanın vərəsə kimi qəbul edib dövlət tərəfindən verilən sığota puluna şərik etmək haqsızlıq, ədalətsilikdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 18.02.2021-ci il tarixl iclasında iştirak edən Cavabdeh oğlu bildirmişdir ki, o özü notariat orqanına ərizə erəcəkdir ki, puldan imtina etsin. Lakin vərəsə olmaq hüququndan məhrum edilməsini istəmir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 541 saylı 04.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Güloğlular kəndində yaşayır. İş materiallarına əlavə olunmuş XVİİ-JQ № 432333 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 10.01.1994-cü ildə Bərdə şəhərində andana olmuşdurş. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İİ № 132698 saylı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 09.10.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində digər partlayış və qəlpə zədələnməsi nəticəsində döyüş meydanında vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1548 saylı 07.12.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 09.10.2020-ci ildə İİ Qarabağ müharibəsində döyüş meydanında vəfat etmişdir. Vəfat edənə qədər Bərdə rayon Güloğlular kəndində yaşaymışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 07.05.2007-ci il tarixli 2- 432 saylı qətnaməsindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı arasında bağlanmış 29.03.1991-ci il tarixli 13 saylı nikahın pozulması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh oğlunun ərizəsindən görünür ki, o, iddia tələbini qəbul etməyərək qeyd edir ki, onun oğlu ilə münasibəti yaxşı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi vərəsəlik hüququndan məhrumetmə ilə bağlıdır. Bununla bağlı məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəlllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəlllənin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəlllənin 1137-cu maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəlllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Göründüyü kimi cavabdehin vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar mövcud deyildir. Belə ki, cavabdehin ləyaqətsiz vərəsə olması və ya bir valdeyin kimi öz vəzifələrini yetirməməsi (aliment öhdəliyi olmamışdır) sübut olunmur. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-666/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-666/2021
18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver