Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-757/2021 02.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 oğlunun iştirakları ilə, İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fonduna vurduğu ziyana görə 61.20 manat pulun alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyirlərinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayon Mehdili kənd sakini Cavabdeh X5 Təsərrüfatı Mərkəzinin balansında olan Balabəy meşəbəyliyində 17 baş xırda buynuzlu mal-qara olması faktı aşkar edilmişdir. Faktla bağlı Cavabdeh barəsində 26 avqust 2020-ci il tarixli 62169 nömrəli akt tərtib olunmuş və xırda buynuzlu 17 baş mal-qara otarması nəticəsində meşə fonduna 61.20 manat dəymiş ziyan hesablanmışdır. Meşə fonduna dəymiş ziyan hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.01.2019-cu il tarixli 30 saylı Qəraeının 3 saylı əlavəsinə əsasən hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Mikayıl oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə nümayəndənin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş 59924 saylı 12.03.2020-ci iltarizli Aktdan görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bərdə rayonunun Qəhrəmanlı kənd ərazisində X1 inşa etdiyi tövlənin arxa hissəsində kök üstə yaş halda 2 ədəd d=21 sm və 27 sm olan göyrüş ağaclarının Cavabdeh oğlu tərəfindən kökündən kəsilərək məhv edilməsi, kəndin ümumi örüş sahəsinə zibil tullantılarının atılması faktı aşkar edilmişdir. Mülki işə əlavə olunmuş Pretenziyadan görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəmədən kənar həll edilməsi üçün Cavabdeh təbiətə vurduğu ziyana görə 61.20 manatı ödəməsi üçün xəbərdarlıq edilmişdir. Mülki işə əlavə olunmuş hesabatdan görünür ki, 62169 saylı 26.08.2020-ci il tarixli Akta əsasən Balabəy meşəbəyliyində qanunsuz olaraq 17 baş xırda buynuzlu malqaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 61.20 manat kimi hesablanmışdır. Mülki işə əlavə olunmuş 18.09.2020-ci il tarixli Bildirişdən görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə tərtib olunmuş inzibati materialların baxılmasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. Mülki işə əlavə olunmuş MN ******* saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, Bərdə RMTM-nin Balabəy meşəbəyliyində 17 baş xırda buynuzlu keçilərin otarılması faktına görə otarılması Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Mülki işə əlavə olunmuş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinın 15.12.2020-ci il tarixli MN ******* saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən 400 manat cərimə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 Təsərrüfatı Mərkəzinin balansında olan Balabəy meşəbəyliyində 17 baş xırda buynuzlu mal-qara olması faktı aşkar edilmişdir. Faktla bağlı Cavabdeh barəsində 26 avqust 2020-ci il tarixli 62169 nömrəli akt tərtib olunmuş və xırda buynuzlu 17 baş mal-qara otarması nəticəsində meşə fonduna 61.20 manat dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü bəndinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikasının Yaşıllıqların mühafizəsi haqqında Qanununun 19.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır: 19.2.1. yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; 19.2.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; 19.2.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; 19.2.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək). Həmin Qanunun 19.3-cü maddəsinə əsasən Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında Qanununun 79-cu maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia tələbi təmin olunsun. Cavabdeh Cavabdeh 61.20 manat pul alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-757/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-757/2021
02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver