Məhkəmə qərarları › İş №2(021)-77/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-77/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-77/2021 22.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X24 iclas katibliyi, İddiaçı qızının, Cavabdeh Elmi oğlunun iştirakları ilə, İddiaçı qızının cavabdehlər İsgəndərova Məzahir Elmi oğluna, X9 qarşı «yolun açılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızının cavabdehlər İsgəndərova Məzahir Elmi oğluna, X9 qarşı « yolun açılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması və həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunu kəsməklə 3 il ərzində ona vurduğu 10000 manat maddi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 200 manat xidmət haqqının əvəzinin, cəmi 10230 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayon Hüseynalılar kəndi ərazisində yerləşən ata-anasından qalma 0.54 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Lakin son 3-4 il ərzində onlarla qonşu olan cavabdehlərin qanunsuz və təqsirli əməlləri nəticəsində onlar həyətyanı torpaq sahələrindən istifadə edib, dolanışıqları üçün vacib olan heç bir məhsul götürə bilmirlər. Belə ki, cavabdehlər onların həyətə texnika-traktorun daxil olması üçün illərlə istifadə etdikləri yolu əlavə torpaq zəbt etməklə, öz çəpərlərini suni şəkildə uzadıb artıraraq kəsmişlər. Kəsilən bu yol onların həyətyanı torpaq sahəsinə traktor və başqa texnikanin daxil ola biləcəyi yeganə yoldur. Cavabdeh onları evlərində rahat yaşamağa imkan vermir, onları daşa basır, evlərinə gələn qaz sayğacını bağlayır, sayğacı vurub sındırır. Cavabdehin onlara qarşı törətdiyi qanunsuzluqların sübut edilməsi, eyni zamanda onun şər böhtanlarından qurtulmaq üçün evin darvazasına kamera quraşdırmışlar. Onlar artıq 3 ildir ki, həyətyanı torpaq sahələrini əkib becərə bilmədikləri üçün hər il 3000-4000 manat gəlirdən məhrum olmuşlar. Cavabdeh onlara qarşı gedişgəliş yolunun açılması və torpaqdan çıxarılma tələbi ilə məhkəmədə iddia qaldırmış, Bərdə rayon məhkəməsinin 2(021)-483/2019 saylı 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X10 və X7 onlara qarşı gediş-gəliş yolunun açılması və torpaqdan çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh Elmi oğlu və X14 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək,ilk iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmaqla, İddiaçı qızının həyətyanı sahəsindən çıxarılması və gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh Elmi oğlu və X14 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı qızının onlara qarşı qaldırdığı iddia tələbi tamamilə əsasızdır, onlara qarşı haqsız iddia irəli sürmüşdür. Belə ki, cavabdeh İddiaçı qızının qeyydt etdiyi gediş-gəliş yolu bağlanmamış, onların heç vaxt həmin yerdən gediş-gəliş yolları olmamışdır. Əksinə cavabdeh onların həyətyanı torpaq sahəsindən özünə yeni yol açmaq və həyətə giriş darvazası qoymaq istəyir. Bu barədə məhkəmədə iddia qaldırmışdır və həmin iddia ərizəsi apellyasiya məhkəməsinin icratındadır. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı öz iddia tələbinin təmin olunmasını, həmçinin qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Elmi oğlu iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddianın təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X9 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bərdə rayon Məhkəməsinin 2(021)77/2021 saylı 22.04.2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh Elmi oğlu və X7 qarşılıqlı iddia ərizəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mülki iş olduğundan xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş seriya AZE 15125323 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı 07.10.1965-ci il tarixdə Bərdə rayon Hüseynallar kəndində anadan olmuş, Bərdə rayon Hüseynallar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.11.2019cu il tarixli, AZ-İ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 07.10.1965-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Atası X17, anası Allahverdiyeva Zibeydə Oruc qızıdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİ-YQ 288215 çıxarışdan görünür ki, X27 ilə X26 arasında olan nikah 01.02.1984-cü ildə qeydə alınmışdır. Nikah bağlandqdan sonra arvada Dadaşova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.11.20147-ci il tarixli, 629 saylı arayışdan görünür ki, X11 vəfat edənə kimi Bərdə rayonu Hüseynalılar kəndində yaşamış, vəfatından sonra təsərrüfatında ailə üzvü, qızı İddiaçı qızı qalmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********06-10301, İnventar nömrəsi 19958 olan olan Texniki Pasportdan görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış eivinin hüquq subyekti X16r. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində 0.54 ha torpaq sahəsində yerləşən 81.1 kvm ümumi sahəsi olan fərdi yaşayış evi X13 adına tam payla, yerləşdiyi torpaq sahəsi isə X13 və X2 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş seriya AZE 14283416 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Elmi oğlu 30.11.1964-cü ildə Bərdə rayon Hüseynalılar kəndində anadan olmuş, Bərdə rayon Hüseynalılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.09.2020-ci il tarixli, 328 saylı arayışdan görünür ki, Cavabdeh Elmi oğlu ailə üzvləri ilə birlikdə Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. Mülki işə əlavə edilmiş seriya AZE 04849241 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 01.07.1940-cı ildə Bərdə rayon Hüseynalılar kəndində anadan olmuş, Bərdə rayon Hüseynalılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.09.2020-ci il tarixli, 327 saylı arayışdan görünür ki, X1 rayonu Hüseynalılar kəndində yaşayır. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 0.70 ha torpaq sahəsi ¼ hissə ilə Cavabdeh Elmi oğlunun , ¾ hissə ilə X7 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətinin 7 saylı ərazi idarəsindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən 0.7 ha torpaq sahəsi Cavabdeh Elmi oğlunun adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.12.2019-ci il tarixli, 407 saylı arayışdan görünür ki,Bərdə rayonu Hüseynalılar kənd sakini Cavabdeh Elmi oğlu ona məxsus 0.70 ha həyətanı torpaq sahəsinə gedən yolun kənarında həyət darvazası və hasar quraşdırılmışdır. Həmin darvazaya kamera və güclü işıq saçan lampa quraşdırılmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.12.2020-ci il tarixli, 433 saylı arayışdan görünür ki, Bərdə rayonu Hüseynalılar kənd sakini 07.02.2015-ci ildə vəfat etmiş İsgəndərov Elmi Əhəd oğlu və Bərdə rayon Hüseynalılar kənd sakini 18.011.2008ci ildə vəfat etmiş X20 ilə qonşu olmuşlar. Mülki işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin 70 saylı 11.03.2015-ci il tarixli arayışından görünür ki, Bərdə rayon Hüseynalılar inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000 ci illər üzrə 439 saylı şəxsi hesaba əsasən Hüseynalılar kəndi üzrə Cavabdeh Elmi oğlunun adına təsərrüfatın şəxsi istifadəsində torpaq sahəsi qeyd olunmamışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon məhkəməsinin 2(021)-483/2019 saylı 11 iyun 2019-ciu il tarixli qətnamədən görünür ki, iddiaçılar X10 və X7 cavabdehlər İddiaçı qıızna və X5 qarşı gediş-gəliş yolunun açılması və torpaqdan çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)183/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon məhkəməsinin 2(021)- 483/2019 saylı 11 iyun 2019-ciu il tarixli qətnaməsindən iddiaçı X18 tərəfindən apellyasiyan şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış və Bərdə rayon məhkəməsinin 2(021)-483/2019 saylı 11 iyun 2019-ciu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş “X23” MMC tərəfindən verilmiş 85 saylı 09.03.2021-ci il tarixli ekspert rəyində qeyd olunur: RX seriyalı ******* saylı çıxarışa əsasən X13 adına rəsmiləşdirilmiş fərdi yaşayış evinin yerləşdiyi X13 və X2 ümumi birgə mülkiyyətində olan 0.54 ha torpaq sahəsinə quraşdırılmış darvazadan başqa həmin torpaq sahəsinin mövcud darvazadan şimal istiqamətə 60 m uzunluqda iddia predmeti olan gediş-gəliş yolu mövcuddur. Mövcud darvazadan şimal istiqamətdə iddia predmeti olan gediş-gəliş yolu ərazisinin başlanğıcına cavabdehlər tərəfindən metal tordan ibarət çəpər çəkilərək metal qapı qoyulmuşdur. İddiaçı qızının istifadə etmək istədiyi mübahisəli gediş gəliş yolu RX setiyalı ******* saylı çıxarışa əsasən 1/4 hissə ilə Cavabdeh Elmi oğlunun , 3/4 hissə ilə X7 mülkiyyətində olan 0.70 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisələndirilən gediş gəliş yolu hüquqmüəyyənedici sənədlərə əsasən ardıcıl olaraq həm iddiaçının faktiki istifadə etdiyi 0.54 ha torpaq sahəsinin şərq hiəssindən gedən yol kimi , həm də RX seriyalı ******* saylı çıxarışa əsasən 1/4 hissə ilə Cavabdeh Elmi oğlunun ,3/4 hissə ilə İsgəndərov a Qəndab Xanlar qızının mülkiyyətində olan 0.70 ha torpaq sahəsinə gedən ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Həmin yol ərazisi ümumi gediş-gəliş yolu olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Məhkmə tərəfindən həyata keçirilmiş yerli baxış protokolundan görünür ki, Bərdə rayonu Hüseynalılar kənd sakini Cavabdeh Elmi oğlu ona məxsus 0.70 ha həyətanı torpaq sahəsinə gedən yolun kənarında həyət darvazası və hasar quraşdırılmışdır. Həmin yol ümumi istifadə olunan odur ki, bələdiyyəyə məxsusdur. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh Elmi oğlu qarşılqlı iddia tələbi ilə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı qızı iddia tələbi ilə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi 2 hissədən, cavabdehlər tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması və maddi ziyan tələbindən ibarətdir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması hissəsində iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, RX seriyalı ******* saylı çıxarışa əsasən X13 adına rəsmiləşdirilmiş fərdi yaşayış evinin yerləşdiyi X13 və X2 ümumi birgə mülkiyyətində olan 0.54 ha torpaq sahəsinə quraşdırılmış darvazadan başqa həmin torpaq sahəsinin mövcud darvazadan şimal istiqamətə 60 m uzunluqda iddia predmeti olan gediş-gəliş yolu mövcuddur. Mövcud darvazadan şimal istiqamətdə iddia predmeti olan gediş-gəliş yolu ərazisinin başlanğıcına cavabdehlər tərəfindən metal tordan ibarət çəpər çəkilərək metal qapı qoyulmuşdur.İddiaçı qızının istifadə etmək istədiyi mübahisəli gediş gəliş yolu RX setiyalı ******* saylı çıxarışa əsasən 1/4 hissə ilə Cavabdeh Elmi oğlunun , 3/4 hissə ilə X7 mülkiyyətində olan 0.70 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisələndirilən gediş gəliş yolu hüquqmüəyyənedici sənədlərə əsasən ardıcıl olaraq həm iddiaçının faktiki istifadə etdiyi 0.54 ha torpaq sahəsinin şərq hissəsindən gedən yol kimi , həm də RX seriyalı ******* saylı çıxarışa əsasən 1/4 hissə ilə Cavabdeh Elmi oğlunun ,3/4 hissə ilə İsgəndərov a Qəndab Xanlar qızının mülkiyyətində olan 0.70 ha torpaq sahəsinə gedən ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Həmin yol ərazisi ümumi gediş-gəliş yolu olmaqla bələdiyyə mülkiyyətində ollan torpaq sahəsidir. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Belə ki, iddiaçı ona dəymiş maddi ziyanı sübut edəcək heç bir dəlili məhkəməyə təqdim etməmiş, xəyali olaraq iddia irəli sürmüşdür. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yarıma görə 200 manat tələbi hissəsindədə hesab edir ki, iddia bu hissədə də təmin oluna bilməz. Belə ki, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı xərcə görə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə öz qətnaməsini əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri bilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, ekspertiza xərci 300 manat cavabdehlər İsgəndərova Məzahir Elmi oğlundan və X6 alınaraq Hesab: AZ64AİİB********************, VÖEN **********,Bank:Kapital Bank ASC Sahil filialıKodu:201218,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat məbləğində rüsum da cavabdehlərə aid edilməlidir. Eyni zamanda iddia üzrə 30 manat cavabdehlərdən tutularaq İddiaçı qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı qızının cavabdehlər İsgəndərova Məzahir Elmi oğluna, X9 qarşı «yolun açılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi » tələbinə dair iddiası qismən olunsun. Cavabdehlər İsgəndərova Məzahir Elmi oğlu və X14 tərəfindən bağlanmış gedişgəliş yolunun açılsın . İddia tələbi qlan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər İsgəndərova Məzahir Elmi oğlundan və X6 müştərək qaydada alınaraq İddiaçı qızına ödənilsin. Qarşılıqlı iddiaya görə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər İsgəndərova Məzahir Elmi oğluna və X9 aid edilsin. Ekspertiza xərci 300 manat cavabdehlər İsgəndərova Məzahir Elmi oğlundan və X6 alınaraq Hesab: AZ64AİİB********************, VÖEN **********,Bank:Kapital Bank ASC Sahil filialı , Kodu: 201218,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar