Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-94/2025 14.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi X9 Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “Paylı mülkiyyət hüququ əsasında payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bərdə rayon Mirzəxan kəndində yerləşən ümumi paylı mülkiyyətlərində olan 1,37 ha pay sahəsinin ¼ hissəsinə payının müəyyən edilib naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X11 məhkəməyə ərizə verərək cavbdehlərdən Cavabdeh1 vəfat etdiyini bu səbəbdən də Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1980-ci il təvəllüdlüdür, ailəlidir, Bərdə Rayon Mirzəxan-Qaraqoyunlu kənd sakinidir. Ailədə bir bacı bir qardaş olmuşlar. Əvvəllər ailə üzvləri ilə birgə yaşamışdır. Pay torpaq sahəsindən birgə istifadə etmişlər. Artıq xeyli vaxtdır ki, ailə qurmuşdur. Bərdə rayonu Qasımbəyli kəndində yaşayır, iki uşaq anasıdır. Valideyinləri ilə birgə yaşayış dövründə Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində İslahat Komissiyasının qərarına əsasən Bərdərayon Mirzəxan-Qaraqoyunlu kəndində onlara yəni Cavabdeh1, Cavabdeh2, Hidayətova Məmməd qızına, Cavabdeh3 1,37 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə görə xx.xx.1999-cu il tarixli JN-0015 saylı KOD61015018 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Ailə qurduqdan sonra ailə üzvlərindən ayrılmış lakin pay torpaq sahəsi ailə üzvlərinin istifadəsində qalmışdır. Dəfələrlə atası, anası və qardaşından pay torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən Bərdə rayonu Mirzəxan kəndində yerləşən ümumi paylı mülkiyyətlərində olan 1, 37 ha pay torpaq sahəsinin ¼ hissəinə payının müəyyən edilib naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Hidayətova (Məmmədova) Fatma Məmməd qızının nümayəndəsi X11 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək iddiaçının payının ayrılıb istifadəsinə verilməsinə etiraz etmədiyini bildirmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq həmin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1980-ci ildə anadan olmuşdur. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxxx 1954-cü ildə Bərdə rayonu Mirzəxan kəndində anadan olmuş, Bərdə rayonu Köbər kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələnətərli kəndi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 2314 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qasımbəyli kəndində yaşayır. Bərdə Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ 049996 nömrəli, 18 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X2 ilə X10 28 iyul 2003-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə Hidayətov qadına Hidayətova soyadı verilmişdir. Bərdə Rayonu İcra Hakimiyyəti Başçsının Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 918 nömrəli arayışdan görünür ki, X10 ailə qurduğu üçün Bərdə rayonu Mirzəxan kəndində yaşamır. Bərdə Rayonu İcra Hakimiyyəti Başçsının Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 oktyabr 2023-cü il tarixli, 1257 nömrəli arayışdan görünür ki,Azərbaycan Respublikasının ləğv edilmiş DTXK-nin Bərdə rayon Şöbəsi tərəfindən verilmiş JN:0015 KOD61015018 nömrəli sənədin adlı siyahısında yazılmış Məmmədoiv Məhəmməd oğlu və şəxsiyyət vəsiqəsində göstərilmiş Fin xxxxxxxolan Cavabdeh1 eyni şəxsdir. JN:0015 JOD 61015018 sənədin adlı siyahısında yazılmış Cavabdeh3 Məhəmməd oğlu və şəxsiyyət vəsiqəsində göstərilmiş FİN 1 HWMXFY olan Cavabdeh3 eyni şəxsdir. İş materiallarında olan JN0015 nömrəli, KOD 61015018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən X5, Cavabdeh2, X6, Cavabdeh3 Məhəmməd oğluna Bərdə Rayonu Mirzəxan-Qaraqoyunlu kəndi ərazisində 1,37 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli, 3-21-3-46/2-660/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Tekuis məlumat bazasına əsasən “torpağa mülkiyyət hüququna dair JN-0015 nömrəli Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Mirzxəxan-Qaraqoyunlu kəndində yerləşən 1, 37 ha pay torpaq sahəsinin iddiaçı Hidayətova(Məmmədova) Fatma Məmməd qızına düşən ¼ hissə payın, suvarma istiqaməti nəzərə alınmaqla şimaldan və cənubdan naturada bölünməsi mümkündür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli, 3-21-3-46/2-3769/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Tekuis məlumat bazasına əsasən “torpağa mülkiyyət hüququna dair JN-0015 nömrəli Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Mirzxəxan- Qaraqoyunlu kəndində yerləşən 1,37 ha pay torpaq sahəsinin iddiaçı Hidayətova(Məmmədova) Fatma Məmməd qızına düşən ¼ hissə payın, suvarma istiqaməti nəzərə alınmaqla şimaldan və cənubdan naturada bölünməsi mümkündür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ409774 nömrəli, 29 mart 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 17 mart 2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2024-cü il tarixli 27 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin hallarından görünür ki, iddiaçının mülkiyyətdə olan payının naturada ayrılmasını tələb etmək hüququ vardır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, “torpağa mülkiyyət hüququna dair JN-0015 nömrəli Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Mirzxəxan-Qaraqoyunlu kəndində yerləşən 1, 37 ha pay torpaq sahəsinin iddiaçı Hidayətova(Məmmədova) Fatma Məmməd qızına düşən ¼ hissə payın, suvarma istiqaməti nəzərə alınmaqla şimaldan və cənubdan naturada ayrılması mümkündür. Belə olduğu təqdirdə iddia tələbi təmin edilməlidir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X8 X3 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.37 ha torpaq sahəsinin 1/4 hissəsində iddiaçının payı naturada ayrılmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı 100 manat dövlət rüsumunun ödənilməsini tələb etmədiyindən həmin xərc ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “Paylı mülkiyyət hüququ əsasında payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0015 KOD 61015018 nömrəli Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2, İddiaçı (Dövlət aktında X1 yazılmışdır) və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Mirzəxan kəndində yerləşən 1.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətçilərin hər birinin 1/4 hissədə payları tanınmaqla naturada hər birinə 0.34 hektar olmaqla 4 (dörd) hissəyə ayrılsın, naturada ayrılma mütəxəssis rəyində göstərilən sxem üzrə torpaq sahəsinin suvarma istiqaməti nəzərə alınmaqla şimaldan, bu mümkün olmadıqda isə cənubdan həyata keçirilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-94/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-94/2025
14.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver