Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-98/2024 30.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 miras qalmış mülkiyyətində olan Bərdə rayonu Güloğlular kəndi ərazisində 0,25 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 16,9 kv.m. olan fərdi yaşayış evi, o cümlədən kənd təsərrüfatı təyinatlı 0,13 ha və 0,34 ha torpaq sahələrini ona vəsiyyət etdiyindən sözügedən əmlakların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlaklar üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək X1 miras qalmış mülkiyyətində olan Bərdə rayonu Güloğlular kəndi ərazisində 0,25 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 16,9 kv.m. olan fərdi yaşayış evi, o cümlədən 0,13 ha və 0,34 ha həyətyanı torpaq sahələrini ona vəsiyyət etdiyindən sözügedən əmlakların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlaklar üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanılmaqla sənədlərinin əslinin ona qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında üçüncü şəxs Yaşar Şirinov mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İstinad olunan qanunvericilik normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və sənədlər İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-98/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-98/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver