Məhkəmə qərarları › İş №2(021)-986/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-986/2022

17.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-986/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, İddiaçı cavabdeh X2 Xidmət Mərkəzində notariat ofisinə və üçüncü şəxs X1 qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və evinin özgəninkiləşdirilməsinə yaradılan maneə-lərin aradan qaldırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqları ilə tam şəkildə ona aid olan Bərdə şəhəri Fizuli küçəsi döngə 6-da yerləşın 40 nömrəli fərdi yaşayış evini nəvəsi-X4 qqızına bağışlaması müqaviləsinin bağlanmasına yaranan maneələrin aradan qaldırılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nüma-yəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə ic-lasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə müna-sibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyni-ləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyni-ləşdirmə məlumatları) əlavə edilir. İddiaçı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, ərizəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində cavabdehə münasibətdə göstərilən sənədləri əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və evinin özgəninkiləşdirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı cavabdeh X2 Xidmət Mərkəzində notariat ofisinə və üçüncü şəxs X1 qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və evinin özgəninkiləşdirilməsinə yaradılan mane-ələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar