Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1093/2024 30.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, JN-1081F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ümumi mülkiyətlərinə verilmiş Biləsuvar şəhəri, X6 küçəsi ev 1 ünvanda yerləşən, 0,06 hektar ölçüdə həyətyanı torpaq sahəsində onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Biləsuvar rayon X3 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə İddiaçı, X2, Cavabdeh1 və Cavabdeh2 olmaqla Biləsuvar şəhəri, X6 küçəsi ev 1 ünvanda yerləşən 0,06 ha ölçüdə həyətyanı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmiş və bu haqda onlara JN 1081F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilmişdir.Onun əri X2 04 may 2018-ci il tarixdə vəfat etmişdir.Həmin torpaq sahəsi üzərində mülkiyyətində olan iki otaqdan ibarət yaşayış evi vardır. Ümumi birgə mülkiyyətlərinə verilmiş 0,06 hektar torpaq sahəsində olan payının müəyyən edilməsini istəyir. Odur ki, JN-1081F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ümumi mülkiyətlərinə verilmiş Biləsuvar şəhəri, X6 küçəsi ev 1 ünvanda yerləşən 0,06 hektar ölçüdə həyətyanı təyinatlı torpaq sahəsində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini və ona görə də iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 1081F kod 80800001 saylı Şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X2, Cavabdeh1 və Cavabdeh2 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə 0,06 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmidir. İş materiallarında olan AZ-İ № 930081 saylı X1 surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Torpağın mülkiyyətə verilməsinə dair JN 1081F kod 80800001 saylı Şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X2, Cavabdeh1 və Cavabdeh2 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə 0,06 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmidir. Mülki Məcəllənin 223.3-cü maddəsinin tələbi nəzərə alınmaqla 0,06 ha hektar həyətyanı torpaq sahəsində mülkiyyətçilərdən hər birinin payı bərabər hesab olunur. Lakin mülkiyyətçilərdən İddiaçı cavabdehlərin həmin torpaq sahəsinə birgə sahibliyinin və istifadəsinin aralarında baş vermiş narazılıq səbəbindən mümkün olmamasını əsas gətirməklə və hər hansı digər qeyd-şərt irəli sürmədən ümumi mülkiyyətdə olan öz paynın müəyyən edilməsi tələbini irəli sürmüşdür. Ona görə də məhkəmə tərəfləri dinləyərpək, iş materiallarını tam və hərtərəfli araşdıraraq belə hesab edir ki, iddiaçının tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997ci il tarixli 34 saylı qərarı ilə verilmiş Biləsuvar şəhəri, X6 küçəsi ev 1 ünvanda yerləşən ümumi mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsindən İddiaçı dörddə bir (1/4) hissədə payı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə verilmiş Biləsuvar şəhəri, X6 küçəsi ev 1 ünvanda yerləşən ümumi mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsindən İddiaçı dörddə bir (1/4) hissədə payı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-1093/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1093/2024
30.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver