Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-110/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 5546 manat cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, təbbi qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 5.546 manat cərimənin silinməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonu Yuxarı-Cürəli kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyqun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 28 sentyabr 2023-cü il tarixdə "Azərqaz” İB-nin əməkdaşları növbəti Dövlət yoxlaması məqsədilə qaz sayğacını dəyişmiş, bu barədə ona eyni tarixli akt vermişlər. Bu yaxınlarda ona məlum olmuşdur ki, baxış keçirilən zaman qaz xəttinə qanunsuz qoşulma aşkar edilmişdir. Halbuki, onun qaz xəttinə heç bir qanunsuz qoşulma halı aşkar olunmamışdır. Bunun əsasında məlumatı olmadan dəymiş ziyanın bərpasına dair tələbnamə hazırlanmış və həmin tələbnamə 29 sentyabr 2023-cü ildə "Azərqaz" İB-nin Lənkəran X4 idarəsinin hüquq şöbəsi rəisinin imzası ilə təsdiq edilmişdir. Həmin tələbnamədə göstərilmişdir ki, ona məxsus Biləsuvar rayonu Yuxarı Cürəli kəndində yerləşən fərdi yaşayış evində qanunsuz olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. "Azəriqaz” İB-nin onun ziyanına tərtib edilmiş bütün sənədləri əsasszıdır. Çünki cavbdeh təşkilatın nümayəndələri hər ayda qaz sayğacına baxış keçirib, aylıq sərfiyyatı çıxararaq ödənilməsi üçün ona təqdim edirlər. Onlar tərəfindən ona verilmiş saldodan bu hal mübahisəsiz qaydada təsdiq olunur. Həm də onun tərəfindən heç bir vaxt qaz xəttinə müdaxilə olunmamışdır. Beləliklə, cavbdeh təşkilatın əməkdaşları tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin, işıq təchizatı haqqında qanunun, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun və qaz təchizatı ilə əlaqədar olan digər qərarların tələbləri pozulmuşdur.Odur ki, təbbi qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 5.546 manat cərimənin silinməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək Biləsuvar rayonu Yuxarı-Cürəli kəndində yaşayış evində sayğacdan kənar qaz xəttinə qoşulduğunu, qeyd olunan hərəkətə görə peşiman olduğunu, lakin qanunsuz qoşulma zamanı ona hesablanmış qaz sərfiyyatı ilə razı olmadığını göstərmişdir. Cavabdeh "xxxx" İB-nin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, iddiaçı Məmmədov X2 rayonu, Yuxarı Cürəli kəndində yaşamaqla Lənkəran X4 İdarəsinin Biləsuvar Xidmət Sahəsində **********01350 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQll-nin Biləsuvar Xidmət Sahəsinin Xırmandalı TV və SX-nin rəisi Camal Mirzəyev, həmin xidmətin mühəndisi Rafiq Rzayev və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Samid Ağazadə tərəfindən 28 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmış və şəkilləri çəkilmişdir. (Disk əlavə olunur) Lənkəran X4 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarımı pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına uyğun olaraq 28 sentyabr 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 46224 m3 olmaqla İddiaçı abonent hesabına 5546 mana 88 qəpik pul hesablanmışdır. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X2 rayonu Yuxarı-Cürəli kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" X1 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" X1 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 180 gün qəbul edilməklə, hesabat aparılması və hesablanmış məbləğin (0.8 x 12x 360 = 3456m3, 0.8 x 12 x 180 = 1728m3, 3.4 x 2 x 360 = 29376m3, 1.2 x 12 x 360 = 5184m3, 3 x 12 x 180 = 6480m3= cəmi 46224m3 ) ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş video çəkilişdən də müəyyən olunur ki, İddiaçı təbii qazdan istifadə qaydalarını pozaraq təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 5546 manat cərimənin silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 5546 manat cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-110/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-110/2024
18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver