Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1126/2023 21.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 327 manat 17 qəpik məbləğində cərimənin silinməsi, 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 451 manat 43 qəpik məbləğində cərimənin silinməsi,19 avqust 2021-ci il tarixli, 226820 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 451 manat 43 qəpik məbləğində cərimənin silinməsi və 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 336 manat 75 qəpik, cəmi 1.566 manat 78 qəpik məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli, 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli, 19 avqust 2021-ci il tarixli, 226820 nömrəli və 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında iddiaçıya hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 327 manat 17 qəpik məbləğində cərimənin silinməsi, 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 451 manat 43 qəpik məbləğində cərimənin silinməsi,19 avqust 2021-ci il tarixli, 226820 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 451 manat 43 qəpik məbləğində cərimənin silinməsi və 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 336 manat 75 qəpik, cəmi 1.566 manat 78 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı onun qardaşıdır. İddiaçı Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 7A nömrəli fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evi İddiaçı məxsusdur və həmin şəxs ötən müddət ərzində həmin evdə elektrik enerjisindən istifadə etmiş və abonent kimi öz vəzifələrini yerinə yetirməklə elektrik enerjisindən istifadəyə görə ödənişlərini də vaxtında aparmışdır. İddiaçı məxsus **********52 zavod nömrəli elektrik sayğacı küçədə quraşdırılmışdır və iddiaçı və onun ailəsi həmin sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Belə ki, İddiaçı qısa müddət bundan əvvəl məlum olmuşdur ki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları iddiaçıya məxsus evə gedən elektrik veriliş xəttinə quraşdırılmış **********52 zavod nömrəli sayğaca 2017, 2020, 2021 və 2022-ci illərdə bir neçə dəfə baxış keçirmiş və sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi barədə aktlar tərtib edərək, İddiaçı barəsində itirilmiş elektrik enerjisinin əvəzi qismində müvafiq olaraq 327 manat 16 qəpik, 451 manat 43 qəpik, 451 manat 43 qəpik və 336 manat 75 qəpik məbləğində cərimələr tətbiq edilmişdir. Həmin hallar ilə bağlı iddiaçıya "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən heç məlumat verilməmiş və iddiaçının və ya onun ailə üzvlərindən heç kim baxış hərəkətlərində iştirak etmək məqsədi ilə dəvət edilməmişdir. Qanunvericiliyin əvvəlki redaksiyasına əsasən həmin aktların tərtib olunmasında hal şahidlərinin iştirakı təmin edilməli olsa da, Biləsuvar elektrik şəbəkəsinin əməkdaşları qanunvericilyə məhəl qoymayaraq, iddiaçının və ya onun nümayəndəsinin və ya hal şahidlərinin iştirakı ilə İddiaçı əleyhinə qanusnuz aktlar tərtib etmişlər. Nə İddiaçı, nə də onun ailə üzvləri sayğacdan kənar elektrik enerjisindən istifadə etməmişlər və İddiaçı barədə bu xüsusda cərimənin tətbiq edilməsi əsassızdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunsuz olmaqla bərabər, həmin aktlar əsasında hesablanmış cərimələr İddiaçı ailəsi üçün hədsiz məhrumiyyətlər yaradır. İddiaçı dəfələrlə şikayət etməsinə baxmayaraq, Biləsuvar elektrik şəbəkəsindən onun müraciətlərinə məhəl qoyulmamışdır. Halbuki, onun evi ilə qardaşı İddiaçı məxsus evlər qonşudur və elektrik sayğacları bitişik yerləşir. Onun özü barəsində də anoloji aktlar tərtib edilmiş, o, həmin aktları məhkəmədə mübahisələndirdikdən sonra ona qanunsuz tətbiq edilmiş cərimələr Biləsuvar rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qətnamələri ilə silinmişdir. İddiaçı da eyni xüsusatlar üzrə qanunsuz aktlar tərtib edilsə də, "xxxx" açıq səhmdar cəmiyyətinin vəzifəli şəxsləri həmin akları ləğv etməkdən imtina etdikləri üçün o, məcbur qalıb həmin aktların etibarsız hesab edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Sonda, Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, İddiaçı **********00714 kodlu abonentdir və elektrik enerjisindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 7A nömrəli yaşayış evinin yerləşdiyi küçədə quraşdırılmış sayğac vasitəsilə istifadə edir. Əvvəllər 18 noyabr 2017-ci, 22 dekabr 2020-ci və 19 avqust 2021-ci il tarixlərdə İddiaçı **********52 seriya nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin yaşadığı evə sayğac sxemindən kənar xətt daxil edilərək, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi məlum olmuşdur. Həmin xüsusatlarla bağlı 015807 nömrəli, 207236 nömrəli və 226820 nömrəli aktlar tərtib edilərək, abonentə elektrik enerjisini taladığına görə cərimələr hesablanmışdır. Sonuncu dəfə 17 avqust 2022-ci il tarixdə "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri gecə reydi zamanı İddiaçı sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin yaşadığı evə sayğac sxemindən kənar xətt daxil edilərək, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi məlum olmuşdur. Buna görə də həmin şəxs barəsində 268048 nömrəli akt tərtib edilmiş, qeyd edilən xüsusatlar həmin aktda da göstərilmişdir və İddiaçı itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 336 manat 75 qəpik məbləğində cərimə hesablanmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş və iddiaçının hazırda mübahisələndirdiyi aktlar qanuni şəkildə reyd zamanı tərtib edilmişdir. Əvvəlki aktların tərtib edilməsi zamanı vidoçəkiliş aparılması tələb edilməsə də, 17 avqust 2022-ci il tarixdə iddiaçıya məxsus sayğaca baxış keçirilməsini və həmin kənar xəttin aşkar edilməsini özündə ehtiva edən videoçəkiliş də aparılmışdır. Bundan başqa, iddiaçı həmin aktları 2023-cü ildə əldə etdiyini bildirsə də, abonentin sayğacı “Smart” tipli olduğuna görə həmin şəxs vaxtaşırı elektrik enerjisindən istifadəyə görə ödənişlərini icra etdiyi zaman ona hesablanmış cərimə məbləğini görmüşdür. Həmçinin cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərdi ki, İddiaçı mübahisələndirdiyi aktlardan biri 18 noyabr 2017-ci il tarixdə tərtib edilmiş 015807 nömrəli aktdır. Belə ki, həmin tarixdən artıq 6 il keçmiş və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin İddiaçı iddia müddətini üzrlü səbəblərdən buraxmasını göstərən əsaslar və həmin əsasları təsdiq edən sübutlar yoxdur. Buna görə də iddiaçının iddia tələbinin 18 noyabr 2017-ci il tarixli aktın etibarsız hesab edilməsi barədə hissəsində iddia müddəti tətbiq edilməlidir. Sonda, Nümayəndə2 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 01 noyabr 2023-cü il tarixli, 05/Q-1791/69 arayışından görünür ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş və həmin şəxsin doğulması barədə 114 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin qeyddə İddiaçı atası qismində X3, anası qismində X2 göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə1 xx xxxxxx 1971-ci il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. Həmin şəhadətnamədə Nümayəndə1 atası qismində X3, anası qismində X2 göstərilmişdir. İş materiallarında olan 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********00714 kodlu abonentdir və **********52 zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları – T.Əbilovun, İ.Nurullayevin, R.Mirzəyevin, N.Bayramovun və abonent İddiaçı iştirakı ilə 18 noyabr 2017-ci il tarixdə, saat 10:00-da istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və **********52 zavod nömrəli, “Smart” tipli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, abonentin yaşadığı evə sayğac sxemindən kənar xətt daxil olaraq, sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi aşkar edilmişdir. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, həmin qrafanın “hal şahidləri” və “məişət abonenti” hissələrində heç bir qeyd icra edilməmişdir. Mülki iş materiallarına əlavə edilmiş 18 noyabr 2017-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə arayışın surətindən görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə görə 327 manat 16 qəpik məbləğində cərimə hesablanmışdır. İşdə olan 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********00714 kodlu abonentdir və **********52 zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları – M.K.Novruzovun, T.Əbilovun, Niftalı Bayramovun və abonent İddiaçı iştirakı ilə 22 dekabr 2020-ci il tarixdə, saat 22:40-da istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və **********52 zavod nömrəli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, sayğacın qoşulma mexanizminin pozulması və sayğacın kənardan götürülmüş "0" xətti vasitəsilə dövrədən kənarlaşdırılması aşkar edilmişdir. Sayğacdan kənar çəkilmiş naqil aliminium materialından olmaqla, naqilin en kəsiyinin ölçüsü 08 kvadratmillimetrdir və ikidamarlıdır. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, “hal şahidləri” hissəsində heç bir qeyd icra edilməmiş, həmin qrafanın “məişət abonenti” hissəsində isə abonentin adı qeyd edilərək, “İmza” qrafasında “imtina etdi” qeydi aparılmışdır. Mülki iş materiallarına əlavə edilmiş 22 dekabr 2020-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə arayışın surətindən görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə görə 451 manat 43 qəpik məbləğində cərimə hesablanmışdır. İşdə olan 19 avqust 2021-ci il tarixli, 226820 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********00714 kodlu abonentdir və **********52 zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları iştirakı ilə 19 avqust 2021-ci il tarixdə istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və **********52 zavod nömrəli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, sayğacın qoşulma mexanizminin pozulması və sayğacın kənardan götürülmüş "0" xətti vasitəsilə dövrədən kənarlaşdırılması aşkar edilmişdir. Sayğacdan kənar çəkilmiş naqil aliminium materialından olmaqla, naqilin en kəsiyinin ölçüsü 06 kvadratmillimetrdir və ikidamarlıdır. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, “hal şahidləri” hissəsində heç bir qeyd icra edilməmiş, həmin qrafanın “məişət abonenti” hissəsində isə “özünü təqdim etmədi” qeydi aparılmışdır. Mülki iş materiallarına əlavə edilmiş 19 avqust 2021-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə arayışın surətindən görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə görə 451 manat 43 qəpik məbləğində cərimə hesablanmışdır. İşdə olan 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********00714 kodlu abonentdir və **********52 zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları – Elmar Əmirovun, İbrahim Ağayevin, Vüsal Əsədovun və abonent İddiaçı iştirakı ilə 17 avqust 2022-ci il tarixdə, saat 22:00-da istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və **********52 zavod nömrəli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Sayğacdan kənar çəkilmiş naqil aliminium materialından olmaqla, naqilin en kəsiyinin ölçüsü 2,5 kvadratmillimetrdir və ikidamarlıdır. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, həmin qrafanın “məişət abonenti” hissəsində isə “özünü təqdim etmədi” qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə arayışın surətindən görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə görə 336 manat 75 qəpik məbləğində cərimə hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, həmin görüntüləri aparan şəxs "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən 17 avqust 2022-ci il tarixdə elektrik sayğacına baxış keçirildiyini, sayğacın zavod nömrəsinin **********52, alt qapaq möhürünün 241023 olduğunu elan etməklə, yanaşı bildirir ki, “abonent 0,4 kilovatlıq elektrik dirəyindən birbaşa evinə xətt çəkərək, sayğacdan kənar enerjidən istifadə edir.” Həmçinin Azərişıq» ASC-nin Satışa nəzarət idarəsinin əməkdaş elektrik dirəyinin yaxınlığında quraşdırılmış hər iki sayğacı yoxlayır və həmin sayğacların elektrk yükünü qeyd etmədiyini bildirməklə yanaşı, hasarın üzərindən hansı sayğacın elektrik enerjisi ilə təmin etdiy məlum olamyan evi göstərək, evdə işığın yandığı bildirir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı **********00714 abonent kodlu elektrik enerjisi istehlakçısıdır və elektrik enerjisindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 7A nömrəli fərdi yaşayış evinin yerləşdiyi küçədə quraşdırılmış sayğac əsasında istifadə edir. 18 noyabr 2017-ci, 22 dekabr 2020-ci, 19 avqust 2021-ci və 17 avqust 2022-ci il tarixlərdə "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri reydlər zamanı İddiaçı **********52 zavod nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin sayğacın giriş xəttinə əlavə naqil qoşmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə 015807, 207236, 226820 və 268048 nömrəli aktlar tərtib edilərək, İddiaçı barəsində sayğacdan kənar elektrik enerjisndən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 327 manat 16 qəpik, 451 manat 43 qəpik, 451 manat 43 qəpik və 336 manat 75 qəpik məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi idddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə erdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. Lakin həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. İşdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı mübahisə predmeti olan 18 noyabr 2017-ci il tarixdə tərtib edilmiş 015807 nömrəli aktı həmin aktın qəbul edilməsindən təxmnən 6 il sonra etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 İddiaçı iddia tələbinin 18 noyabr 2017-ci il tarixli aktın etibarsız hesab edilməsi hissəsində iddia müddətinin tətbiq edilməsini və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün həmin hissədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini tələb etsə də, İddiaçı mübahisə predmeti olan 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli aktın mövcudluğundan daha öncədən xəbərdar olmasını və ya "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya həmin aktın nə vaxt verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı nümayəndəsi isə məhkəmə iclasında həmin akt barədə iddiaçının yeni məlumatı olduğunu və məlumat aldıqdan dərhal sonra məhkəməyə müraciət etdiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli aktı daha öncədən almasını və ya həmin akt barədə məlumatlı olmasını təsdiq edən heç bir sübut məhkəməyə tədim edilmədiyinə görə iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi qənaətinə gəlməyə heç bir əsas yoxdur və buna görə də mübahisə mahiyyəti üzrə həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarı ilə dəyişikliklər edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilən aktlar 18 noyabr 2017-ci, 22 dekabr 2020-ci, 19 avqust 2021-ci və 17 avqust 2022-ci il tarixlərdə tərtib edilmişdir. Buna görə də iddiaçı tərəfindən mübahisələndirilən 18 noyabr 2017-ci, 22 dekabr 2020-ci, 19 avqust 2021-ci il tarixli aktların qanuniliyinin və əsaslığının araşdırılması “Elektrik enerjisindən istifadə Qaydaları”nın köhnə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarı ilə həmin akta dəyişiklik edilməsindən öncəki, redaksiyasına 17 avqust 2022-ci il tarixli aktın qanuniliyinin və əsaslığının araşdırılması isə “Elektrik enerjisindən istifadə Qaydaları”nın yeni redaksiyasına əsaslanmaqla həyata keçirilməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi həmin Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. “Həmin Qaydaların 7-ci bəndinin tələbinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın əvvəlki redaksiyasının 8.33-cü bəndinin tələbinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə pozuntusuna yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi abonentin və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini məişət abonentinə təqdim etməlidir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalıdır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Belə ki, qanunverici enerjitəchizatı müəssisəsinin nümayəndəsinin məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə pozuntusuna yol verdiyi aşkar edildiyi zaman həyata keçirilə biləcək hərəkətlərin dairəsini dispozitiv səlahiyyət kimi müəyyən etməmişdir. Yəni enerjitəchizatı müəssisəsinin nümayəndəsi elektrik enerjisindən istifadə qaydalarının pozulması hlı ilə qarşılaşdığı zaman mütləq şəkildə abonentin və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini məişət abonentinə təqdim etməlidir. Həmçinin qanunverici tərəfindən aktın tərtibi zamanı 2 nəfər hal şahidinin iştirak etməsi əslində həmin aktın qərəzsiz şəkildə tərtib edilməsi üçün əsasdır. Çünki hal şahidləri birtərəf olmaqla hadisəyə qərəzsiz şəkildə yanaşmalı və nə enerjitəchizatı müəssisəsinin nümayəndəsinin, nə də məişət abonentinin mənafeyi istiqamətində hərəkət etməməlidirlər. Beləliklə, aktın tərtib edildiyi zaman hal şahidlərinin iştirakının təmin edilməsi mütləqdir və buna görə də həyata keçirilmiş baxış hərəkətlərinə və tərtib edilmiş akta münasibətdə bitərəf mövqeyin iştirakını (hal şahidlərinin) enerjitəchizatı müəssisəsinin nümayəndəsi təmin etməlidir. İş materiallarında olan 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli, 22 dekabr 2020ci il tarixli, 207236 nömrəli, 19 avqust 2021-ci il tarixli, 226820 nömrəli aktlardan görünür ki, elektrik sayğacın abaxış keçirildiyi zaman yalnız enerjitəchizatı müəssisəsinin nümayəndələri aktın tərtib edilməsində iştirak etmişlər. Həmin aktların “hal şahidləri” qrafalarında heç bir qeyd aparılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli, 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli, 19 avqust 2021-ci il tarixli, 226820 nömrəli aktlar “Elektrik enerjisindən istifadə Qaydaları”nın kobud surətdə pozulması ilə qəbul edilmişdir. Bundan başqa, həmin Qaydaların 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən həmin Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və həmin Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən aşkar edildikdə istehlakçının (məişət abonentinin), o cümlədən özünün iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Həmin bəndin tələbindən də göründüyü kimi sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halı aşkar edildiyi zaman enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən tətbiq edilməli olan hərəkətlərin dairəsi qanunverici tərəfindən dəqiq şəkildə müəyyən edilmiş və sonuncuya heç bir dispozitiv səlahiyyət verilməmişdir. Yəni enerji təchizatı müəssisəsinin nümayəndəsi bir qayda olaraq, istehlakçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halını aşkar etdiyi zaman sonuncunun iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini isə istehlakçıya təqdim etməlidir. Bundan başqa, həmin Qaydaların tələbinə görə istehlakçı həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Lakin iş üzrə mübahisə predmeti olan "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktın “Biz aşağıda imza edənlər” qrafasında iştirakçılar olaraq baxışı həyata keçirən enerji təchizatı müəssisəsinin nümayəndələrin adları ilə birlikdə abonent İddiaçı adı qeyd edilmiş, habelə həmin aktın “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik” hissəsində enerji təchizatı müəssisəsinin nümayəndələri öz adlarını və abonentin adını qeyd edərək, aktı imzalasalar da, aktın “Məişət abonenti” hissəsində “özünün təqdim etməkdən imtina etdi” qeydi icra edilmişdir. Belə bir hal isə abonentin və ya onun nümayəndəsinin həmin baxış hərəkətlərinin həyata keçirilməsində iştirak etmədiyinə əsas verməklə, həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun formada tərtib edilmədiyini göstərir. Həmçinin əgər abonent həmin baxış hərəkətlərində iştirak etməkdən, akta imza icra etməkdən və ya özünü təqdim etməkdən imtina etmişsə, bu barədə həmin aktda "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı idi. Cavabdehin nümayəndəsi tərəfindən isə həmin baxış hərəkətlərini özündə ehtiva edən video görüntülər olan “CD” diskdəki görüntülərdə isə yol verilmiş pozuntu halı dəqiqliklə təsbit edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktda iştirakçılar qismində abonentin adının qeyd edilməsi, lakin abonent və ya onun nümayəndəsi tərəfindən aktın imza edilməməsi həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun olaraq tərtib edilməsi deliktin törədilməsini təsdiq edən həmin sübutun mötəbər olmadığına dəlalət edir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddiaçı həmin baxış hərəkətlərində iştirak etmədiyini bildirsə də, cavabdehin nümayəndəsi tərəfindən abonentin sayğaca baxış prosesində iştirakını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edildi ki, baxış hərəkətləri "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndələri tərəfindən gecə saatlarında, sutkanın qaranlıq vaxtı aparılmışdır. Həmin videoda çəkiliş aparan şəxs tərəfindən evin hasarının çöl hissəsinə quraşdırılmış sayğacdan elektrik cərəyanı keçmədiyini, lakin görüntüləri çəkilmiş və sayğac sahibinə məxsus olduğu evdə elektrik lampalalarının yandığını əsas tutuaraq, sayğac sahibi İddiaçı sayğacdankənar elektrik enerjisindən istifadə etdiyi qənaətinə gəlmiş, lakin həmin videogörüntlülərdə İddiaçı yaşadığı evə həqiqətən sayğacdan kənar elektrik xəttinin çəkildiyini təsdiq edən hər hansı halı qeydı almamışdır. Habelə həmin sayğacın və yaxınlıqda quraşdırılmış digər sayğacın yük göstəricisi yoxlanılmaqla, həyətində işıq yanan ev enerjitəchizatı müəssisəsinin nümyəndəsi tərəfindən göstərilsə də, həmin evin həqiqətən də iddiaçıya və ya qonşuya məxsus olması dəqiq şəkildə videolentə qeyd edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktın surətində abonent İddiaçı tərəfindən aktın digər nüsxəsini alınmasını təsdiq edən heç bir qeyd aparılmamışdır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş videogörüntülərdə abonent İddiaçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə olunmasına istinad edilən naqili qeydiyyata alınmadığına görə iddiaçının təqsirli, hüquqa zidd davranışını müəyyən edən hal müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 əsasən Agentlik digər hallarla yanaşı Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir, müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür, Azərbaycan Respublikası Energetika Nazirliyinin müəyyən etdiyi bölgüyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Naziliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir. “Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Energetika Nazirliyinin 02 dekabr 2019-cu il tarixli, F-108 nömrəli əmrində dəyişikliklər edilməsi barədə əmrinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində nzəərtə tutulan inzibati xəta haqqında işlərə baxmaq Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətindədir. Belə ki, əgər enerji təchizatı müsəssisəsinin nümayəndəsi tərəfindən elektrik enerjisinin talanması halı aşkar edilmişsə, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməli və həmin orqan tərəfindən Azərbaycan Respublikası İXM-nin 282-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli və abonent inzibati məsuliyyətə cəlb edilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016 il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovanın şikayəti üzrə” 11 fevral 2015-ci il tarixli Qərarına görə məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı tərəfindən qanuniliyi və həqiqiliyi mübahisə edilən 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli, 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli, 19 avqust 2021-ci il tarixli, 226820 nömrəli aktların “Elektrik enerjisindən istifadə Qaydaları”nın əvvəlki redaksiyasının 8.33-cü və 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktın isə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndlərinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyi, yəni həmin aktın tərtib edildiyi vaxt abonentin (iddiaçının) və hal şahidlərinin iştirakı təmin edilmədiyi müəyyən edilməklə yanaşı, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş yalnız 17 avqust 2022-ci il tarixdə həyata keçirilmiş baxış hərəkətləri barədə videogörüntülərdə məhz İddiaçı tərəfindən elektrik sayğacından kənar elektrik enrerjisindən istifadə hallarını təsdiq edən görüntülər olmaması iddiaçı tərəfindən elektrik enerjisinin talanmasına şübhə doğurmuşdur. Bundan başqa, İddiaçı **********52 zavod nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin sayğacın giriş xəttinə əlavə naqil qoşmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə 015807, 207236, 226820 və 268048 nömrəli aktlara əsəsən həmin şəxs barəsində sayğacdan kənar elektrik enerjisndən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 327 manat 16 qəpik, 451 manat 43 qəpik, 451 manat 43 qəpik və 336 manat 75 qəpik borc hesablanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı iddiası qismən təmin edilərək, "xxxx" açıq səhmdar cəmiyyətinin 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli, 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli, 19 avqust 2021-ci il tarixli, 226820 nömrəli və 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktları ləğv edilməli və həmin aktlar əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış müvafiq olaraq 327 manat 16 qəpik, 451 manat 43 qəpik, 451 manat 43 qəpik və 336 manat 75 qəpik, cəmi 1.566 manat 77 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" açıq səhmdar cəmiyyətinin 18 noyabr 2017-ci il tarixli, 015807 nömrəli aktı ləğv edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 327 (üç yüz iyirmi yeddi) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti silinsin. "xxxx" açıq səhmdar cəmiyyətinin 22 dekabr 2020-ci il tarixli, 207236 nömrəli aktı ləğv edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 451 (dörd yüz əlli bir) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti silinsin. "xxxx" açıq səhmdar cəmiyyətinin 19 avqust 2021-ci il tarixli, 226820 nömrəli aktı ləğv edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 451 (dörd yüz əlli bir) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti silinsin. "xxxx" açıq səhmdar cəmiyyətinin 17 avqust 2022-ci il tarixli, 268048 nömrəli aktı ləğv edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 336 (üç yüz otuz altı) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti silinsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1126/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1126/2023
21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver