Məhkəmə qərarları › İş №2(022)-1127/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1127/2023

05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1127/2023 05.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzi qismində 280 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə 05 dekabr 2023-cü il tarixdə, Biləsuvar şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzi qismində 280 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddiaçı və Cavabdeh2 məhkəməyə ərizələrlə müraciət edərək, tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirdilər, həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər:

1. X1 Vəzir Nadir oğluna bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə, yəni “Redmi Note 10 S” modelli mobil telefonun 2022-ci ilin mart ayında Cavabdeh1 tərəfindən İddiaçı satılması və həmin mobil telefonun istifadəyə yararsız olmasına görə 280 (iki yüz səksən) manat məbləğində maddi zərər vurduğunu və bu əsas üzrə İddiaçı hazırda cəmi 280 (iki yüz səksən) manat məbləğində borcunun olduğunu etiraf edir;

2. İddiaçı, X3 bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə, yəni “Redmi Note 10 S” modelli mobil telefonun 2022-ci ilin mart ayında Cavabdeh1 tərəfindən ona satılması və həmin mobil telefonun istifadəyə yararsız olmasına görə cəmi 280 (iki yüz səksən) manat məbləğində maddi zərər vurduğunu və bu əsas üzrə X3 ona hazırda cəmi 280 (iki yüz səksən) manat məbləğində borcunun olduğunu təsdiq edir;

3. X1 Vəzir Nadir oğluna olan cəmi 280 (iki yüz səksən) manat manat məbləğində borcunu 10 yanvar 2024-cü il tarixədək tam qaytarmağı öhdəsinə götürür;

4. Əzizov X6 Fuad Zakir oğlu oğlundan cəmi 280 (iki yüz səksən) manat məbləğində borcunu 10 yanvar 2024-cü il tarixədək qəbul etməyi öhdəsinə götürür;

5. X7 etiraf edir ki, Cavabdeh1 2022-ci ilin mart ayında İddiaçı satmış olduğu “Redmi Note 10 S” modelli mobil telefon İddiaçı tərəfindən ona təhvil verilmişdir və həmin mobil telefona görə Cavabdeh1 İddiaçı yönəlik bütün maddi tələblərini özü ödəməyi öhdəsinə götürür;

6. İddiaçı etiraf edir ki, X11ni imzalamaqla, “Redmi Note 10 S” modelli mobil telefonun Cavabdeh1 tərəfindən ona satılması və həmin mobil telefonun istifadəyə yararsız olmasına görə o, Cavabdeh1 qarşı bütün tələblərindən imtina edir və Cavabdeh1 bu əsas üzrə gələcəkdə hər hansı iddia qaldırmayacağını öhdəsinə götürür.

7. X7 etiraf edir və razılaşır ki, bu Sazişin 3-cü bəndi ilə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, yəni cəmi 280 (iki yüz səksən) manat manat məbləğində borcunu 10 yanvar 2024-cü il tarixədək tam ödəyib qurtarmaması, X11nin icraya yönəldilməsinə, cəmi 280 (iki yüz səksən) manat məbləğində pul vəsaitinin və ya onun ödənilməmiş hissəsinin, habelə əlavə xərclər qismində vurulmuş zərərə görə əlavə 100 (bir) yüz manat məbləğində pul vəsaitinin birdəfəlik qaydada X2 İddiaçı xeyrinə icra məmurları vasitəsilə məcburi qaydada tutulmasına əsasdır;

8. İddiaçı etiraf edir ki, bu Sazişin bağlandığı anadək tərəflər arasında yaranmış münsibətlərdən əmələ gəlmiş əsaslar üzrə X7 oğlunun ona hər hansı başqa borcu yoxdur;

9. İddiaçı öz öhdəsinə götürür ki, X11ni imzalamaqla o, Biləsuvar rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh1 və X4 qarşı vurulmuş zərərin əvəzi qismində 280 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair 2(022)-1127/2023 saylı mülki iş üzrə bütün tələblərindən imtina edir;

10. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər;

11. X11 tərəflərin iradə ifadəsini əks etdirir.

12. X11 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. Həmçinin İddiaçı və cavabdeh X7 barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Bundan başqa, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 qarşı 280 manat məbləğində pul vəsatinin qaytarılması hissəsində iddiasından imtina etdiyini, iddiadan qismən imtinasının qəbul edilməsini və həmin hissədə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması, habelə iddiaçının Cavabdeh1 hissəsində iddiasından imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən iddiadan qismdən imtina qəbul edilməli və həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261, 261.04 və 261.0.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzi qismində 280 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata iddiaçı Cavabdeh2 ilə barışıq sazişi bağladığına və həmin saziş məhkəmə tərəfindən təsdiq edildiyinə, həmçinin iddiaçı digər Cavabdeh1 qarşı iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul edildiyinə görə xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyinə və iddiaçı Cavabdeh1 qarşı iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul edildiyinə görə, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tam şəkildə İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Aşağıda göstərilən məzmunda İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. X1 Vəzir Nadir oğluna bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə, yəni “Redmi Note 10 S” modelli mobil telefonun 2022-ci ilin mart ayında Cavabdeh1 tərəfindən İddiaçı satılması və həmin mobil telefonun istifadəyə yararsız olmasına görə 280 (iki yüz səksən) manat məbləğində maddi zərər vurduğunu və bu əsas üzrə İddiaçı hazırda cəmi 280 (iki yüz səksən) manat məbləğində borcunun olduğunu etiraf edir;

2. İddiaçı, X3 bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə, yəni “Redmi Note 10 S” modelli mobil telefonun 2022-ci ilin mart ayında Cavabdeh1 tərəfindən ona satılması və həmin mobil telefonun istifadəyə yararsız olmasına görə cəmi 280 (iki yüz səksən) manat məbləğində maddi zərər vurduğunu və bu əsas üzrə X3 ona hazırda cəmi 280 (iki yüz səksən) manat məbləğində borcunun olduğunu təsdiq edir;

3. X1 Vəzir Nadir oğluna olan cəmi 280 (iki yüz səksən) manat məbləğində borcunu 10 yanvar 2024-cü il tarixədək tam qaytarmağı öhdəsinə götürür;

4. Əzizov X6 Fuad Zakir oğlu oğlundan cəmi 280 (iki yüz səksən) manat məbləğində borcunu 10 yanvar 2024-cü il tarixədək qəbul etməyi öhdəsinə götürür;

5. X7 etiraf edir ki, Cavabdeh1 2022-ci ilin mart ayında İddiaçı satmış olduğu “Redmi Note 10 S” modelli mobil telefon İddiaçı tərəfindən ona təhvil verilmişdir və həmin mobil telefona görə Cavabdeh1 İddiaçı yönəlik bütün maddi tələblərini özü ödəməyi öhdəsinə götürür;

6. İddiaçı etiraf edir ki, X11ni imzalamaqla, “Redmi Note 10 S” modelli mobil telefonun Cavabdeh1 tərəfindən ona satılması və həmin mobil telefonun istifadəyə yararsız olmasına görə o, Cavabdeh1 qarşı bütün tələblərindən imtina edir və Cavabdeh1 bu əsas üzrə gələcəkdə hər hansı iddia qaldırmayacağını öhdəsinə götürür.

7. X7 etiraf edir və razılaşır ki, bu Sazişin 3-cü bəndi ilə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, yəni cəmi 280 (iki yüz səksən) manat manat məbləğində borcunu 10 yanvar 2024-cü il tarixədək tam ödəyib qurtarmaması, X11nin icraya yönəldilməsinə, cəmi 280 (iki yüz səksən) manat məbləğində pul vəsaitinin və ya onun ödənilməmiş hissəsinin, habelə əlavə xərclər qismində vurulmuş zərərə görə əlavə 100 (bir) yüz manat məbləğində pul vəsaitinin birdəfəlik qaydada X2 İddiaçı xeyrinə icra məmurları vasitəsilə məcburi qaydada tutulmasına əsasdır;

8. İddiaçı etiraf edir ki, bu Sazişin bağlandığı anadək tərəflər arasında yaranmış münsibətlərdən əmələ gəlmiş əsaslar üzrə X7 oğlunun ona hər hansı başqa borcu yoxdur;

9. İddiaçı öz öhdəsinə götürür ki, X11ni imzalamaqla o, Biləsuvar rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh1 və X4 qarşı vurulmuş zərərin əvəzi qismində 280 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair 2(022)-1127/2023 saylı mülki iş üzrə bütün tələblərindən imtina edir;

10. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər;

11. X11 tərəflərin iradə ifadəsini əks etdirir.

12. X11 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. İddiaçı Cavabdeh1 barədə iddiasından imtinası qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzi qismində 280 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən «Kapital Bank» açıq səhmdar cəmiyyətinin «Biləsuvar» filialına 24 iyun 2023-cü il tarixdə, 28761 saylı qəbzlə (əməliyyat İD 2********) ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçıa geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər.

Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar