Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1153/2023 13.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Azərişıq» açıq səhmdar cəmiyyətinə qarşı 15 iyun 2023-cü il tarixli, 291448 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 800 manat məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «Azərişıq» açıq səhmdar cəmiyyətinə qarşı 15 iyun 2023-cü il tarixli, 291448 nömrəli aktın ləğv edilməsi həmin akt əsasında iddiaçıya hesablanmış 800 manat məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddia ərizəsində göstərilmiş ünvan üzrə göndərilmiş məhkəmə bildirişləri “köçüb”, “bu ünvanda yaşamır” qeydləri ilə poçt orqanı tərəfindən məhkəməyə qaytarılmış, iddia ərizəsində qeyd edilmiş telefon nömrəsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə göndərilmiş SMS bildirişlər isə həmin telefon nömrəsinə çatmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının təkrarən məhkəmənin çağırışlarına gəlmədiyini və özünün isə mülki işin mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 185.4 və 259.0.7-ci maddələrinə uyğun olaraq, baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı təkrarən məhkəmənin çağırışlarına gəlmədiyinə, cavabdehin nümayəndəsi Nümayəndə isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağrılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin o, məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır və belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələrini tətbiq edir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər və ya iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci cağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı «Azərişıq» açıq səhmdar cəmiyyətinə qarşı 15 iyun 2023-cü il tarixli, 291448 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 800 manat məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1153/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1153/2023
13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver