Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-118/2024 23.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 4.000 manat məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 4.000 manat məbləğində cərimənin silinməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiasının hazırda mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Həmçinin iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmdiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu, həmçinin iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçı ərizə verdiyinə, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçı xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 4.000 manat məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-118/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-118/2024
23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver