Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-122/2024 30.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı ümumi mülkiyyətdə payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN № 0009 saylı (kod ********) Dövlət Aktı ilə onların ümumi birgə mülkiyyətlərində olan Biləsuvar rayonu Səmədabad kəndində yerləşən 4.86 ha pay torpaq sahəsində payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlər Əlqismət və Qönçxanım onun valideyinləri, digər cavabdehlər isə bacı və qardaçlarıdır. Torpaq islahatı aparıldığı zaman onların mülkiyyətinə 4.86 ha torpaq sahəsi verilmişdir.Hazırda cavabdehlər həmin torpaq sahəsini əkib becərir, lakin əldə etdikləri gəlirdən ona vermirlər. Dəfələrlə bu məsələni qaydasına salmağa çalışsa da, cavabdehlərlə apardığı söhbətlər mübahisənin həlli ilə bağlı nəticə verməmişdir. Mülkiyyətində olan torpaq sahəsi ilə bağlı öz hüquqlarını həyata keçirməsini təmin etmək üçün həmin torpaqda olan payının müəyyən olunmasını istəyir. Mövcud vəziyyətdə hesab edir ki, vəziyyətdən çıxış yolu həmin torpaq sahələrində olan paylarının müəyyənləşdirilməsi və hər birinin torpaq sahəsində paylarının ayrılmasıdır. Bu gün cavabdehlə münasibətləri çox pisdir. Məlumdur ki, birgə mülkiyyətdə olan əmlak barədə sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Qeyd etdiyi kimi ailədə olan mövcud durumla əlaqədar həyətyanı torpaq sahəsinin idarə olunmasında cavabdehlə heç bir razılığa gəlməsi mümkün olmur. Bu isə onlara birgə mülkiyyətlərində olan torpaq sahəsinin idarə olunmasında problemlər yaradır. Odur ki, Torpağa mülkiyyət hüququna dair JN № 0009 saylı (kod ********) Dövlət Aktı ilə cavabdehlərlə onların ümumi birgə mülkiyyətlərində olan Biləsuvar rayonu Səmədabad kəndində yerləşən 4.86 ha torpaq sahəsində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0009 kod 80806018 saylı Dövlət Aktından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 və Cavabdeh5 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1998-ci il tarixli 43 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4.86 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edir ki, iddiaçı və cavabdehlər arasında ailə daxili narazılıq səbəbindən aralarında münasibət pozulmuş və iddiaçı mübahisəli torpaq sahəsindən çıxmış, torpaq sahəsi cavabdehlərin istifadəsində qalmışdır. Tərəflər torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçının ümumi əmlakdan istifadə etmələri mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 222- 223-cü maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1998-ci il tarixli 43 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-0009 kod 80806018 saylı Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu Səmədabad kəndində yerləşən 4.86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçınun 1/6 hissədə payı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0009 kod 80806018 saylı Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu Səmədabad kəndində yerləşən 4.86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/6 hissədə payı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(022)-122/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-122/2024
30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver