Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1284/2023 05.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı iddiaçıdan kredit müqaviləsi əsasında aldığı 3500 manat,"xxxx" ASC-dən götürüb verdiyi 30 ay ərzində hər ay 159 manat olmaqla ödəyəcəyi cəmi 4.770 manat pulun faizi olan 1.270 manat, cəmi 4.770 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 02 oktyabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı iddiaçıdan kredit müqaviləsi əsasında aldığı 3500 manat,"xxxx" ASC-dən götürüb verdiyi 30 ay ərzində hər ay 159 manat olmaqla ödəyəcəyi cəmi 4.770 manat pulun faizi olan 1.270 manat, cəmi 4.770 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə isə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Belə olan halda,iddiaçı cavabdehdən cəmi 4.770 manat məbləğində pul vəsaitini tələb etdiyinə görə, 67 manat 70 qəpik məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənədi iddia ərizəsinə əlavə etməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə iş üzrə cəmi 55 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı iddiaçıdan kredit müqaviləsi əsasında aldığı 3500 manat,"xxxx" ASC-dən götürüb verdiyi 30 ay ərzində hər ay 159 manat olmaqla ödəyəcəyi cəmi 4.770 manat pulun faizi olan 1.270 manat, cəmi 4.770 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliye
Məhkəmə qərarları › İş №2(022)-1284/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1284/2023
05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver