Məhkəmə qərarları › İş №2(022)-1292/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1292/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1292/2023 28.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Bahadur oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31 iyul 2023- cü il tarixli aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bahadur oğlu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ******* nömrəli, 31 iyul 2023- cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın etibarsız hesab edilməsi və 1296 manat əsassız hesablanmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bahadur oğlu məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək göstərilmişdir ki, 27.12. 2022-ci il tarixdə “Azərqaz” İB-nin əməkdaşları növbəti Dövlət yoxlaması məqsədilə qaz sayğacını dəyişmişlər. Bu barədə ona eyni tarixli akt vermişlər. Həmin aktda qaz sayğacına hər hansı bir müdaxilənin olması qeyd edilməmişdir. O, dəfələrlə onlardan qaz sayğacında hər hansı bir problemin olubolmamasını soruşduqda, əməkdaşlar qaz sayğacına hər hansı bir müdaxilənin olmamasını bildirmişlər. Aktda da qaz sayğacına hər hansı bir müdaxilənin olması barədə qeyd yoxdur. Sayğac qazı buraxmır qeyd olunmuşdur. Lakin “Azəriqaz” İB-nin əməkdaşları məlumatı olmadan ******* nömrəli, 31 iyul 2023- cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib edərək göstərmişlər ki, ARDNŞ “Azəriqaz” İstehsalat” Birliyinin Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının qaz sayğacının yoxlanılması barədə 31.07. 2023-cü il tarixli 14-2-2/3-5-7655/Q004 saylı aktına əsasən G-4 markalı, **********7 nömrəli sayğaca ümumi baxış keçirilmiş, qazın keçməməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, xətaların təyin edilə bilməməsi qeyd edilmişdir.Həmçinin kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş, sayğacın istsimara yararsız olduğu göstərilmişdir. Həmin aktın yazılmasında və imzalnmasıda iştirak etməmişdir. Ailə üzvlərindən də kiminsə bundan məlumatı olmamışdır.Lakin qaz sayğacı, onun iştirakı ilə xx.xx.2022-ci il tarixdə növbəti Dövlət yaxlaması ilə əlaqədar xətdən açılmışdır. Həmin vaxt tərtib olunmuş aktda qaz sayğacına hər hansı bir müdaxilənin olması barədə heç bir qeyd olmamışdır. Digər tərəfdən, qaz sayğacını cavabdeh təşkilatın əməkdaşları özləri xəttdən açmışlar. Əgər sayğacda həmin qüsur var idisə, onlar bunu görə bilərdilər. Bu barədə aktda qeydiyyat aparardılar.“Azəriqaz” İB-nin ziyanına tərtib edilmiş bütün sənədləri əsasszıdır. Çünki cavbdeh təşilatın nümayəndələri hər ayda qaz sayğacına baxış keçirib, aylıq sərfiyyatı çıxararaq ödənilməsi üçün ona bildiriş təqdim edirlər. Əgər sayğaca hər hansı bir müdaxilə var idisə, bunu cavabdeh təşkilatın əməkdaşları qaz sayğacını dəyişərkən görərdilər.Bütün qeyd olunanlarla yanaşı, cavabdeh təşkilatın əməkdaşları “Qaz təchizatı haqqında” AR Qanunun tələblərinə bilərəkdən əməl etməməklə, qanunun tələbini kobud surətdə pozmuşlar.Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respubikası Qanununda dıyişiklik edilməsi barədə 01 fevral 2022-ci il tarixli Qanunun 8-l-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sonda iddiaçı ərizsinə dəyəşiklik edərək ******* nömrəli, 31 iyul 2023- cü il tarixli Təbi qazdan istifadə qaydalarının pozulması haqqında Aktın etibarsız hesab edilməsi və 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat pulun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-1/2-316/2023 saylı arayışında göstərilir ki, Ərzumanov X3 şəhəri şəhid İlkin Məmmədov küçəsi ev 27-də yaşayır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 iyul 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı Bahadur oğluna məxsus sayğaca baxış zamanı hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, xətaların təyin edilə bilməməsi, sayğacın istismara yararsız olması müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 iyul 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 30 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4x12x30=1440 m3) 1440 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı Bahadur oğluna məxsus Zinner tipli G-4 markalı **********7 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Elister tipli G-4 markalı 10305146 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Zinner tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı Bahadur oğlundan “Zinner” tipli G- 4 markalı **********7 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner tipli G-4 markalı **********7 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan ikisinin üst hissədəkilər üzərində aşkar olunmaması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4 x 12 x 30=1440 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 iyul 2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış məbləğ iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 iyul 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli və İddiaçı Bahadur oğlunun abonent hesabından 172 (yüz yetmiş iki) manat 80 (səksən) qəpik silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Bahadur oğlu barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 iyul 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin və İddiaçı Bahadur oğlunun abonent hesabından 172 (yüz yetmiş iki) manat 80 (səksən) qəpik silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar