Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-130/2024 20.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı yazılmış cərimənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli 10 avqust 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqda aktın ləğv edilməsi və hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik ) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evə gələn qazın tez-tez sayğacdan keçməməsi kimi hallar olmuşdur. Bu haqda qaz təsərüfatının 104 qəza xidmətinə zəng edərək məlumat vermişdir. xx.xx.2023-cü ii tarixdə qaz təsərrüfatı işçiləri onun zəngi əsasında yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmiş, sayğacın yarasız olduğunu bildirmişlər. Sonradan həmin işçilər qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elister G-4 markalı ******* nömrəli qaz sayğacını yenisi ilə əvəzlənməsi üçün çıxararaq akt tərtib etmişlər. Çıxarılmış sayğacın yerinə yeni sayğac quraşdırılmışdır. Sayğacın çıxarılması və yenisi ilə əvəzlənməsi zamanı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. 2023-cü ilin noyabr ayında qaz idarəsinin nəzarətçisi ona 777,60 manat cərimə borcunun olduğunu bildirmişdir. Ona təqdim edilmiş sənədlərdə olan 10 avqust 2023-cü -ci il tarixli dəymiş ziyanın bərpası tələbnaməsində "ARDNŞ "Azəriqaz" X1 Departementinin, Sayğacların müayinəsi labaratoriyasının, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 7910/Q003 saylı aktına əsasən Elister G-4 markalı ******* nömrəli sayğaca baxış keçirildiyi, sayğacın hesablayıcı mexanizminin qoruyucu qapağının gövdədən tamamailə aralandığı, hesablama mexanizinin iş prinsipinə müdaxilə edilməsinin mümükün olduğu, sayğacın istismara yarasız olduğu göstərilmişdir. Həmin aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi əvəzləmə göstərilmişdir.Elister G-4 markalı ******* nömrəli qaz sayğacı 07.07. 2023-ci ii tarixində qaz xəttindən açılaraq götürülmüş və həmin vaxtdan artıq qaz təsərrüfatı işçilərinin sərəcamına keçmişdir. Sonda iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı sayğacın hesablayıcı mexanizminin qoruyucu qapağının gövdədən tamamailə aralandığı, hesablama mexanizinin iş prinsipinə müdaxilə edilməsinin mümükün olduğu, sayğacın istismara yarasız olmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 10 avqust 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) cəmi 6480 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G-4 markalı **********1 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X2 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı sayğacın hesablayıcı mexanizminin qoruyucu qapağının gövdədən tamamailə aralandığı, hesablama mexanizinin iş prinsipinə müdaxilə edilməsinin mümükün olduğu, sayğacın istismara yarasız olmasının müəyyən edildiyi göstərilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfinin 6 m3/saat, on günlük iş rejiminin 12 saat və hesabat müddətinin 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış sərfiyyat iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc onun abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin, hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc İddiaçının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-130/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-130/2024
20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver