Məhkəmə qərarları › İş №2(022)-135/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-135/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-135/2024 04.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 1027 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh "xxxx" səhmdar cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, tərəfləri dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar