Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1361/2023 20.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavbadehlər Biləsuvar rayon bələdiyyəsinə və Biləsuvar Rayon İcra və Probasiyya Şöbəsinə qarşı Cavabdeh2 onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi və ona xitam verilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavbadehlər Biləsuvar Rayon bələdiyyəsi və Biləsuvar Rayon İcra və Probasiyya Şöbəsinə qarşı Cavabdeh2 onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi və ona xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun adına heç bir mülkiyyət olmadığı halda Biləsuvar rayon bələdiyyəsinin sədri Cavabdeh1 göndərdiyi məktub əsasında Cavabdeh2 icra məmuru onun veteranlar üçün nəzrdə tutulmuş təqaüdündən uzun illər ərzində yığılmış 376 manat pulun tutulması barədə göstəriş vermişdir. Ona görə də hesab edir ki, həmin göstəriş qanunsuzdur və təqaüdündən tutma dayandırılmalı, qanunsuz tutulan məbləğ isə geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı Biləsuvar rayon bələdiyyəsinin məktubu əsasında Cavabdeh2 icra məmurunun onun əmək haqqından tutulmaların aparılmasını düzgün hesab etmədiyindən icra məmurunun müvafiq hərəkətlərinin qanunsuz olduğunu göstrəməklə mübahisələndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il 136 saylı Qərarına əsasən “İnzibati orqanların Təsnifatı” təsdiq edilmişdir. “İnzibati orqanların Təsnifatı”nın 2.1.1 və 2.1.1-1-ci bəndlərinə əsasən icra xidməti və probasiya qurumları inzibati orqanlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olunmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavbadehlər Biləsuvar Rayon bələdiyyəsi və Biləsuvar Rayon İcra və Probasiyya Şöbəsinə qarşı Cavabdeh2 onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi və ona xitam verilməsi tələbinə dair iddiası iddianın yolverilməzliyinə görə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavbadehlər Biləsuvar Rayon bələdiyyəsi və Biləsuvar Rayon İcra və Probasiyya Şöbəsinə qarşı Cavabdeh2 onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi və ona xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-1361/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1361/2023
20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver