Məhkəmə qərarları › İş №2(022)-1376/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1376/2025

30.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1376/2025 30.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Dövlət Aktının mərhum X10 hissədə mərhum X5 məxsus olması faktının müəyyən edilməsinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək, əmlak üzrə torpağın mülkiyyət hüququna dair JN- 0047, kod 80801111 saylı dövlət aktı verilməsinə, 10 may 2002-ci il tarixli Dövlət Aktının qeydiyyat kitabında 12516 nömrə ilə qeydiyyata alınmış aktda təkrar qeyd edilmiş mərhum X10 hissəsində, mərhum X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq bölgüsü aparılarkən ailə üzvlərinə 2.54 ha torpaq sahəsi Biləsuvar rayon Aqrar islahat Komissiyasının 12 sentyabr 2001-ci il tarixli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-0047, kod 80801111 saylı dövlət aktı verilməsinə dair cizgilər daxilində 10 may 2002-ci il tarixli, Dövlət Aktının qeydiyyat kitabında 12516 nömrə ilə qeydiyyata alınaraq ailə üzvlərinə verilmişdir. Həmin dövlət aktında X6, X15, X7, X10, X1, İddiaçıh oğlu və ikinci dəfə səhv olaraq X8 adı X2 adının əvəzinə yazılmışdır. Beləliklə adı çəkilən torpağın mülkiyyət hüququna dair JN-0047, kod 80801111 saylı dövlət aktı ilə bağlı yenidən Çıxarış almaq üçün müraciət etmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, Dövlət aktında X3 adı iki dəfə qeyd edilmiş və nəticədə X2 adı isə aktda ümumiyyətlə qeyd edilməmişdir. Onun qardaşları Habil və Rasim vəfat etmişlər. Sənədlərin düzəldilib çıxarış alınmasına ehtiyacı olduğu üçün Daşınmaz Əmlakın 8 saylı Ərazi İdarəsi ona cavab olaraq sənədlərdəki yanlışlığın məhkəmədə iddia qaldırmaqla həll ediləcəyini bildirmişdir. Odur ki, əmlak üzrə torpağın mülkiyyət hüququna dair JN- 0047, kod 80801111 saylı Dövlət aktı verilməsinə, 10 may 2002-ci il tarixli, Dövlət Aktının qeydiyyat kitabında 12516 nömrə ilə qeydiyyata alınmış aktda təkrar qeyd edilmiş mərhum X10 hissədə, mərhum X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0047 Kod ******* saylı Dövlət aktının surətindən görünür ki, Biləsuyvar rayonu Arazbarı kənd sakini X4 və onun ailə üzvləri olan X15, X7, X10, X1, İddiaçıh oğlu və X9 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2001-ci il tarixli 10 saylı qərarı ilə 2.54 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZ İİ № 024083 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddia ərizəsindən görünür ki, İddiaçı JN- 0047, kod 80801111 saylı dövlət aktı verilməsinə, 10 may 2002-ci il tarixli Dövlət Aktının qeydiyyat kitabında 12516 nömrə ilə qeydiyyata alınmış aktda təkrar qeyd edilmiş mərhum X10 hissəsində mərhum X5 məxsus olması faktının müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işələrə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Göründüyü kimi məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda həmin hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Lakin ərizədən və iş materiallarından görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0047 Kod ******* saylı Dövlət aktında mərhum X3 adının iki dəfə qeyd edilməsini ərizəçi əsas gətirməklə həmin sənədin mərhum X5 məxsus olması faktının müəyyən edilməsini və bununla da Torpağa mülkiyyət hüququna dair JN- 0047 Kod ******* saylı Dövlət aktında müvafiq dəyişikliklər edilməsini xahiş etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinin tələblərinə zidd olmaqla həmin işə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Ona görə də ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Torpağa mülkiyyət hüququna dair JN- 0047, kod 80801111 saylı Dövlət aktı verilməsinə, 10 may 2002-ci il tarixli Dövlət Aktının qeydiyyat kitabında 12516 nömrə ilə qeydiyyata alınmış aktda təkrar qeyd edilmiş mərhum X10 hissəsində, mərhum X5 məxsus olması faktının müəyyən edilməsinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar