Məhkəmə qərarları › İş №2(022)-1399/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1399/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1399/2025 18.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X3 oğlunun iştirakı ilə, İddiaçı borclu Cavabdeh qarşı pul tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Kreditor İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, borclu Cavabdeh nisyə aldığı mallara görə borclu olduğu əsas borcuna görə 2940 (iki min doqquz qüz qırx ) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 100 ( yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 100 manat olmaqla, cəmi 3140 (üç min yüz qırx) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X1 məhkəmə iclsaında ərizə təqdim edərək, cavabdehlə aralarında olan mübahisəni həll edərək razılaşdıqlarını və buna görə də ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı borclu Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzlə mədaxil edilməklə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar