Məhkəmə qərarları › İş №2(022)-145/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-145/2024

20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-145/2024 20.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 4078,08 manat cərimənin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasında hesablanmış 4078,08 manat cərimənin azaldılmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Biləsuvar şəhəri, B.Xanmədov küçəsində yaşayır. Hər ay sayğac göstəricisinə uyğun olaraq sərf etdiyi qazın pulunu ödəyir. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" İB-nin əməkdaşları tərəfindən yoxlama aparılan zaman sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olunaraq həmin xətti ləğv etmişlər. Ona görə də barəsində akt tərtib olunmaqla ona 4078,08 manat borc hesablanmışdır. Lakin belə hesab edir ki, borc hesablanarkən real vəziyyətdə mövcud sərfiyyat nəzərə alınmamışdır. Belə ki, o, göstərilən məbləğdə qazdan istifadə etməmişdir. Ona görə də cavabdeh təşkilatın onun barəsində tərtib edilmiş aktını qanunsuz hesab edir. Sonda iddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasında hesablanmış 4078,08 manat cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" İB-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" X1 X3 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" X1 X3 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün qəbul edilməklə, İran sobası 2 ədəd maksimal saatlıq qaz sərfi 1.5 m3saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, qeyri standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin (1.2 x24x 365 = 10512, 1.5 x2 x24x180 = 12960, 1.2x24x365=10512. Cəmi: 33984 m3) ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş video çəkilişdən də müəyyən olunur ki, İddiaçı təbii qazdan istifadə qaydalarını pozaraq təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 4078,08 manat cərimənin azaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 4078 (dörd min yetmiş sıkkiz) manat 08 (səkkiz) qəpik cərimənin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar