Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1450/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ******* saylı 30 may 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və barəsində hesablanmış 1555,2 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli 30 may 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqda aktın ləğv edilməsi və barəsində hesablanmış 1555,2 (min beş yüz əlli beş) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərilmişdir ki, o, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri yaşadığı evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış G-4 markalı **********5 nömrəli qaz sayğacını yenisi ilə əvəzlənməsi üçün çıxararaq akt tərtib etmişlər. Çıxarılmış sayğacın yerinə yeni sayğac quraşdırılmışdır. Sayğacın çıxarılması və yenisi ilə əvəzlənməsi zamanı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. 2023-cü ilin oktyabr ayında qaz idarəsinin nəzarətçisi ona bildirmişdir ki, onun 1555,2 manat cərimə borcu vardır. Bunula bağlı rayon qaz idarəsinə gedərək araşdırmış və ona sayğaca müdaxilə olduğunu, ona görə də cərimə edildiyini bildirmişlər. O, cərimənin hansı sənədlər əsasında yazıldığını və həmin sənədlərin ona təqdim edilməsini xahiş etmiş və ona bu haqda sənədlərin surətlərini vermişlər.Həmin verilmiş sənədlərdə olan 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsində göstərilir ki, "ARDNŞ "Azəriqaz" istehsalat X1 Sayğacların müayinəsi iabaratoriyasının qaz sayğacının yoxlanılması barədə 30 may 2023-cü il tarixli 14-2-2/3-5-5443/Q002 saylı aktına əsasan G-4 markalı **********5 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizinin qoruyucu plastmas qapağının sınıq olduğu göstərilmişdir. Sayğacın hesablayıcı mexanizminin iş pribnsipinə maneə törədilməsi mümükündür. Sayğac istismara yararsızdır. Bu tamamilə yalan və böhtandır.Belə ki, həmin sayğac yenisi ilə əvəzlənmədə mərhum atası X6 şəxsən abonenet kimi orada iştirak etmişdir.Həmin vaxt sayğac xəttdən açılıb və qaz işçiləri həmin sayğaca baxmış, onda hər hansı bir çatışmamazhq aşkar edilməmişdir və həmin sayğacı gəldikləri maşına atmışlar. Həmin sayğac qaz xəttindən açıldıqdan sonra onu təlimata uyğun olaraq xüsusi qaba qoymalı idilər. Qaz sayğacı çıxarılan zaman qaz təsərrüfatı işçiləri sayğaca baxış keçirərək baxışın nəticəsi barədə ******* saylı 17 noyabr 2022-cü il tarixli akt tərtib etmişlər və həmin aktın 6-cı digər qeydlər bəndində hər hansı bir müdaxilə haqda heç bir qeyd göstərilməmişdir. Bütün qeyd etdiyi faktlar təsdiq edir ki, "Azəriqaz" İB tərəfindən hesablanmış 1555,2 manat məbləğində cərimə əsassız və qanunsuzdur və odur ki həmin cərimə məbləği onun hesabından silinməlidir. Sonda iddiaçı "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli 30 may 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqda aktın ləğv edilməsi və hesablanmış 1555,2 (min beş yüz əlli beş ) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-3/2-1947 saylı arayışında göstərilir ki, Əkbərov X5 rayonu Xırmandalı kəndində yaşayır. İş materiallarında olan “Azəriqaz” X3 X7 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 may 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən X4 məxsus sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizinin qoruyucu plastmas qapağının sındığı, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi, sayğacın istismara yarasız olmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6x24x90=12960 m3) 12960 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, X4 məxsus Zinner tipli G-4 markalı **********5 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zinner tipli G-4 markalı **********0 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Zinner tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. “Zinner” tipli G-4 markalı **********5 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacın yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş 30 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner G4 markalı **********5 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X2 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizinin qoruyucu plastmas qapağının sındığı, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi, sayğacın istismara yarasız olması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 24 x 90=12960 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 may 2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 may 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, İddiaçı abonent hesabından 1555,2 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 may 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin və İddiaçı abonent hesabından 1555,2 (min beş yüz əlli beş manat, iyirmi qəpik ) manat silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1450/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1450/2023
26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver