Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-149/2024 20.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 24 avqust 2023- cü il tarixli aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş ******* nömrəli, 24 avqust 2023- cü il tarixli aktm etibarsız hesab edilməsi və 187,80 manat əsassız hesablanmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia tələbinə dəqiqləşmə ərizəsi verərək göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Azərqaz” İB-niıı əməkdaşları ona aid olan qaz sayğacını dəyişmişlər. Qaz sayğacının dəyişdirilməsi barədə akta əsasən qeyd etmişlər ki, qaz sayğacı tutula-tutula işləyir. Bu barədə ona eyni tarixli akt vermişlər. Həmin aktda qaz sayğacına hər hansı bir müdaxilənin olması qeyd edilməmişdir. O, dəfələrlə onlardan qaz sayğacında hər hansı bir problemin olubolmamasını soruşduqda, əməkdaşlar qaz sayğacına hər hansı bir müdaxilənin olmamasını bildirmişlər. Aktda da qaz sayğacına hər hansı bir müdaxilənin olması barədə qeyd yoxdur. Lakin “Azəriqaz” İB-nin əməkdaşları məlumatı olmadan 040435 nömrəli, 24 avqust 2023cü il tarixli «təbi qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib edərək göstərmişlər ki, sənaye və məişət sayğaclarını kalibirləmə laboratoriyasının Qaz sayğacının yoxlaması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-79/Q001 №-li aktına əsasən G-4 markalı **********1 №-li sayğaca baxış keçirildi. Xətalar normadan artıqdır. Sayğac minimal sərfıyytda -100% nisbi xətayla işləyir,hesablama mexanizmi minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istsimara yararsızdır.Cavabdeh təşkilatın fikrinə görə guya bunun üçün də o, əlavə olaraq 187,80 manat pul ödəməlidir. Həmin aktın yazılmasında və imzalnmasında iştirak etməmişdir. Ailə üzvlərindən də kimsənin bundan məlumatı olmamışdır.Lakin qaz sayğacı onun iştirakı ilə xx.xx.2023-cü il tarixdə xəttdən açılmış, həmin vaxt tərtib olunmuş aktda qaz sayğacına hər hansı bir müdaxilənin olması barədə heç bir qeyd olmamışdır. Digər tərəfdən, qaz sayğacını cavabdeh təşkilatın əməkdaşları özləri xəttdən açmışlar. Əgər sayğacda həmin qüsur var olsa idi, onlar bunu görə bilərdilər. Bu barədə aktda qeydiyyat aparardılar. Həmçinin laboratoriya rəyində də sayğaca heç. bir müdaxilə edilməməsi qeyd edilmişdir. Ona görə də cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 172 manat 80 qəpik cərimə məbləğinin abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X3 rayonu Zəhmətabad kəndində qeydiyyatdadır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Zinner tipli G-4 markalı **********1 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Elister tipli G-4 markalı ******* nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacın yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı xətaların normadan artıq olması, sayğacın minimal sərfıyytda -100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 avqust 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 30 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4 x 12 x 30=1440 m3) cəmi 1440 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 30 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner tipli G-4 markalı **********1 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı xətaların normadan artıq olması, sayğacın minimal sərfıyytda -100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən edildiyi göstərilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat, on günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4 x 12 x 30=1440 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir.Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 avqust 2023-cü il tarixli ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, hesablanmış 172 manat 80 qəpik borc onun abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin, hesablanmış 172 manat 80 qəpik borc İddiaçının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-149/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-149/2024
20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver