Məhkəmə qərarları › İş №2(022)-150/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-150/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-150/2024 04.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə barəsində tərtib edilmiş 21 oktyabr 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşmə ərizəsi təqdim edərək, iddia tələbini onunla əsaslandırmışıdır ki, Biləsuvar şəhər Sahıl küçəsi 3 saylı evdə yaşayır. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 20-30 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir. Bu günlərdə ona məlum olmuşdur ki, barəsində akt yazmaqla onu cərimə etmişlər. O, həmin aktı qanunsuz hesab edir. Belə ki, yazılmış akt nəyə görə ona bildirilməyib və ona verilməmişdir. Bu Akt qanunsuzdur.Digər tərəfdən həmin illərdə qüvvədə olan qanunvericiliyə görə aktlara imza edən şəxslər kənar şəxslər olmalı idi. İşıq idarəsinin işçilərinin şahid kimi imzaladığı şəxslər aktı imzalaya bilməzdilər. Bu cür tərtib edilmiş akt qanunsuz olduğundan ləğv olunmalıdır. O, qanunsuz əməllərə yol verməmiş, əgər işıqla bağlı qanunsuzluğu var idisə ona nəyə görə bildirilmirdi. O, cavabdeh təşkilatın onu cərimə etməsinə dair 21 oktyabr 2023-cü il tarixli aktı əsassız və qanunsuz hesab edir. Sonda iddiaçı Azərişıq ASC-nin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktın ləğv etməklə, hesablanmış 804.81 manat borcun onun abonent hesabndan silinməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, «Azərişıq” ASC-nin əməkdaşlarının keçirilmiş reyd zamanı çəkiliş apardıqlarını göstərərək həmin video görüntüləri məhkəməyə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon MTTİİS-nin xx.xx.2023-cü il tarixli 287 saylı arayışından görünür ki, Hümbətov X1 şəhəri, Sahil küçəsində yerləşən 3 saylı evin 8 saylı mənzilində yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 21 oktyabr 2023-cü il tarixli AKT NDM № 034739 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********02308 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulmuş sxemi pozulmuş, kənardan verilən «0» xətti vasitəsi ilə sayğac dövrədən qismən kənarlaşdırılmışdır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də məlum olur ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərişıq ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş 21 oktyabr 2023-cü il tarixli AKT NDM № 034739 saylı aktın ləğv edilməsi və borcun silinməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərişıq ASC-nin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktı ləğv etməklə, hesablanmış 804.81 manat borcun onun abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar