Məhkəmə qərarları › İş №2(022)-151/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-151/2024

20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-151/2024 20.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 01 iyun 2023-cü il tarixli ******* saylı Aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin akta əsasən yazılmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ******* saylı 01 iyun 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin Akt əsasında hesablanmış 1555 manat 20 qəpik borc məbləğinin silinməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərilmişdir ki, Biləsuvar rayonunun Zəhmədabad kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada qaz xətti çəkdirmişdir. Qaz sayğacı atası Süleyman Nəhmədovun adınadır. Atası 26 sentyabr 2023cü il tarixdə vəfat etmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2023-cü ilin may ayının sonunda evinə qazın gəlmədiyini bilib, qaz idarəsinə gedərək məlumat vermişdir. 2023-cü ilin iyun ayında Qaz idarəsinin işçiləri gəlib evinə quraşdırılmış qaz sayğacını, evinə qaz buraxmadığından dəyişdirərək yenisi ilə əvəzləşdirmişlər. Onlar köhnə qaz sayğacını çıxartmışlar .Qaz idarəsinin əməkdaşları "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı Akt da tərtib etmişlər. Həmin aktda Qaz idarəsinin əməkdaşları sayğacın yararlı halda qəbul edildiyini göstərmişlər. Bu yüaxınlarda ona məlum olmuşdur ki, köhnə qaz sayğacını aparıb baxmışlar və müəyyən etmişlər ki, qaz sayğacına müdaxilə var və buna görə də cərimə ödəməlidir. Onun heç vaxt qaz sayğacına müdaxiləsi olmamışdır. Bir də ki, istifadə müddəti keçmiş qaz sayğacını qaz idarəsinin işçiləri özləri çıxartmış və aktda da sayğacın yararlı olduğunu göstərmişlər. O, cavabdeh təşkilatın onun cərimə edilməsinə dair aktını əsassız və qanunsuz hesab edir. Odur ki, ******* saylı 01 iyun 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin Akt əsasında hesablanmış 1555 manat 20 qəpik borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəhmədov X2 rayonu Zəhmətabad kəndində qeydiyyatdadır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli 036714 saylı aktın surətindən görünür ki, X4 məxsus Zinner tipli G-4 markalı **********0 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və **********2 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X3 X7 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktına əsasən X4 məxsus sayğaca baxış zamanı sayğacın çıxış borusunun deşilməsinin müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 24 x 90=12960 m3) cəmi 12960 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında ollan AZ-İİ № 379341 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan “Azəriqaz” X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner tipli G-4 markalı **********0 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı xətaların normadan artıq olması, sayğacın minimal sərfıyytda -100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən edildiyi göstərilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat on günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 24 x 90=12960 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir.Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış sərfiyyat iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, hesablanmış 1555 manat 20 qəpik borc onun abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin, həmin akta əsasən hesablanmış 1555 manat 20 qəpik borc abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar