Məhkəmə qərarları › İş №2(022)-166/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-166/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-166/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, qoyun yatağına və 6 hektar torpaq sahəsinə görə verdiyi 19.000 manatın, çiy kərpicdən tikilmiş, istifadə üçün yararsız vəziyyətdə olan çoban evinin sökülməsinə görə fəhlələrə verdiyi 200 manatın, yeni tikilmiş çoban evinin tikinti materiallarına verdiyi 2500 manatın, mişar daşlarının və qumun alınması üçün Rəhmana verdiyi 600 manatın, sementə verdiyi 400 manatın, binanın tikintisinə görə usta və fəhlələrə verdiyi 1200 manatın, qoyunlar üçün tikilmiş yay qəhəlinin materiallarına verdiyi 300 manatın, qaynaqçıya verdiyi 50 manatın, evindən gətirib yatağa qoyduğu “Samsung” markalı televizora görə 500 manatın, krosna aparatına və onun avadanlıqlarına görə 100 manatın, “Hunday” markalı, 2,4 kv. işıq matoruna görə 600 manatın, 1 kv. olan işıq verən matora görə 200 manatın, evinin işlənmiş mebellərinə görə 300 manatın, odun peçinə görə 50 manatın, 3 ədəd taxta qapıya görə 500 manatın, dəmir qapıya görə 200 manatın, 2 taxta pəncərəyə görə 100 manatın, 1 ədəd kiçik plasmas pəncərəyə görə 50 manatın, həmin əşyalara görə cəmi 2600 manatın, qoyunların mövsümü müalicəsi və digər iynə və dərmanlarına görə verdiyi 1000 manatın, əskik olan 152 baş ana qoyuna görə 30.400 manatın, əskik olan 177 baş quzuya görə 17.700 manatın, 4 baş törədici erkəyə görə 1.600 manatın, cəmi 80.150 manatın, bank uçot dərəcəsinə görə 9618 manatın, həmçinin dövlət rüsumuna görə ödədiyi 395 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin yay aylarında qaynı Cavabdeh ona bildirmişdir ki yaşadıqları evin həyətində təxminən 20-25 baş xırda buynuzlu davar saxlayır. Qoyunların sadır iyindən qonşuları çox narazılıq edirlər. Həm də rayon mərkəzində qoyunları otarmaq üçün örüş sahəsi də yoxdur. O, da həyətdə cavabdehin qoyun saxladığı şəraitlə yaxından tanış olandan sonra ona bildirmişdir ki, “narahat olma, 5-6 aya yaxşı yataq yeri tapıb səni burdan çıxaracağam. Həm sənin qoyunlarına, həm də mənim alacağım qoyunlara birlikdə baxarsan”. Biləsuvar rayon İHBnın Aşağı-Cürəli kənd icra nümayəndəsi X12 nümayəndəliyin ərazisində yaxşı örüşü olan yataq yeri satan olub-olmamasını soruşmuşdur. O, bildirmişdir ki, nümayəndəliyin Muğankənd kəndi ərazisində Mirsadıq adlı şəxs 6 hektar torpaq sahəsi olan yatağını satır. İddiaçı Mirsadığın Masallı rayonunda yaşayan qaynı X5 və Bakı şəhərində yaşayan digər qaynı X6 ilə mobil telefonla əlaqə saxlamış, onlar Mirsadığın baldızının adına sənədləşdirdiyi (onların bacısının) 6 hektar torpaq sahəsini və üzərində yerləşən yatağı satmaq istədiyini və həmin torpağın satılması ilə Mirsadığın məşğul olduğunu bildirmişlər. Onlar Mirsadığın telefon nömrəsini ona vermişlər. O, Mirsadıqla telefon vasitəsi əlaqə saxlayıb danışmış, Mirsadıq 6 hektar torpaq sahəsini və yatağı ona 20.000 manata satacaqlarını bildirmiş, o, isə ona hörmət etməyi və qiymətdən bir qədər çıxmağı xahiş etmişdir. Mirsadıq isə 1000 manat çıxmaqla torpağı və yatağı 19.000 manata iddiaçıya satacağını bildirmişdir və onlar razılaşmışlar. Onların söhbəti 2018-ci ilin iyul ayında olmuşdur. Həmin ayın axırlarında Mirsadığın baldızı əri X26 işlədiyi aptekə gələrək torpağın Çıxarışını gətirdiyini və sənədləşmə işlərinin aparılması üçün Masallı rayonunda yerləşən ASAN xidmətdə olan notariusa getməyi bildirmişdir. O, 19.000 manatı Şamilə vermək istədikdə ona bildirmişdir ki, sənədləşmə işi yekunlaşandan sonra pulu qəbul edəcəkdir. Şamil arvadi Fəridə və qaynı Rəhman ilə Masallıya getmişlər. Bir neçə saat keçəndən sonra Rəhman zəng edərək bildirmişdir ki, pulu notariusun depozit hesabına keçirmək lazım olduğunu, yoxsa alqı-satqı müqaviləsini bağlamağın mümkün olmayacağını iddiaçıya bildirmişdir. Buna görə də o, taksi fəaliyyəti ilə məşğul olan qardaşı Vaqifəli Bəşirovu işlədiyi aptekə çağırıb 19.000 manatı ona verərək bildirmişdir ki, pulu təcili olaraq Masallıda ASAN xidmətdə olan qaynı Rəhmana çatdırsın. Qardaşı pulu verəndən sonra Rəhman ona zəng edərək Vaqifəlinin pulu ona verməsini bildirmişdir. Torpaq Mirsadığın baldızı X2 adına idi. İddiaçı həmin torpağı qaynı Cavabdeh adına sənədləşdirmək istəyirdi. Bu barədə fikrini qaynına dedikdə cavabdeh onunla razılaşmışdır. Yuxarıda qeyd etdiyi kimi, 6 hektar əkin torpaq sahəsinə və yatağa görə 19000 manat şəxsi vəsaitini cavabdehə vermiş, lakin torpaq sahəsinin alqı-satqı müqaviləsini qaynı Rəhmanın adına sənədləşdirmişdir. Rəhman onun qaynı olduğundan aralarında olan səmimi münasibətlərə görə ona inanaraq bütün sənədləşməni onun adına aparmışdır. Həmin torpaq sahəsinin və yatağın sahibi kimi hamı iddiaçını tanıyır, Muğankənd kəndinin sakinləri oranı “Baxşəlinin yatağı” kimi tanıyırlar. Bütün Muğankənd kəndinin sakinləri dindirilərsə, onlar hamısı 6 hektar torpağın və yatağın sahibinin iddiaçının olduğunu təsdiq edəcəklər. Onlar Rəhmanı yatağın çobanı kimi tanıyırlar. Əslində də Rəhman çobandır. Cavabdeh onun qoyunlarının hesabına tanınıb. O, yatağa Rəhmanı rəhbər təyin edənə qədər, onların maddi vəziyyəti yaxşı olmamışdır. Hətta evlərində və həyətlərində heç bir şərait yox idi. Onun qoyunlarını mənimsəyərək öz vəziyyətini və ailəsinin vəziyyətini düzəltmişdir. O, torpağın sənədləşmə işi qurtarandan sonra 2018-ci il oktyabr ayının əvvəllərindən həmin torpaqda yerləşən çiy kərpicdən tikilmiş, baxımsızlıq ucbatından istifadə üçün yararsız olan yaşayış binasını sökdürmüş, həmin tikililəri öz şəxsi vəsaiti hesabına həmkəndliləri X27 (usta), X18 (fəhlə) hördürmüşdür. Söküntü işlərinə görə onlara 200 manat şəxsi vəsaitini vermişdir. Söküntüdən sonra onun proyekti əsasında onlar otaq və dəhlizdən ibarət olan çoban evini tikmişlər. O, usta və fəhləni gündəlik işə öz şəxsi “Niva” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işləmək üçün aparıb gətirmişdir. Tikinti üçün lazım olan bütün tikinti materiallarını o, öz şəxsi vəsaiti hesabına almışdır. Bütün tikinti materiallarına 2500 manat öz şəxsi vəsaitini vermişdir. Rəhmana 600 manat pul vermişdir. Həmin pulla o, mişar daşlarını və qumu almışdır. Gündəlik sementi isə yolun üstündə yerləşən dükanlardan almışdır. Sementə 400 manat pul vermişdir. Evin bütün qapı pəncərələrini evindən aparmışdır. Usta və fəhləyə birlikdə 1200 manat öz şəxsi vəsaitini vermişdir. Yay üçün qoyun damının materiallarını həmkəndlisi Həbibin dükanından 300 manata almışdır. Qaynaq işlərinə görə qaynaqçıya 50 manat pul vermişdir. Bu xərclərin heç birində Rəhman iştirak etməmişdir. Bundan başqa, evindən 500 manata olan “Samsung” markalı televizoru, 100 manata olan krosna aparatını və onun avadanlıqlarını, 600 manat dəyərində “Hunday” markalı, 2,4 v. işıq matorunu, 200 manat dəyərində olan 1 kv. olan işıq verən matoru, qiyməti 300 manat olan evinin işlənmiş mebellərini, qiyməti 50 manat olan odun peçini, qiyməti 500 manat olan 3 ədəd taxta qapını, qiyməti 200 manata olan dəmir qapını, qiyməti 100 manat olan 2 ədəd taxta pəncərəni, qiyməti 50 manat olan balaca plasmas pəncərəni yatağa gətirmişdir. Qeyd etdiyi avadanlıqlar hazırda da yataqdadır və onlardan Rəhman istifadə edir, həmin şeylərin cəmi dəyəri 2600 manat təşkil edir. Həmin vaxt Rəhmanın tikintiyə xərc qoymağa və yatağa hansısa əmlakı aparmağa heç bir imkanı yox idi. Sonradan iddiaçının qoyunlarını sataraq özünə kifayət qədər vəsait yaratmışdır. Hazırda onun pulu ilə ona meydan oxuyur. Bəzi polis əməkdaşları da ona havadarlıq edirlər. Bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, həmin ərazidə yerləşən qoyun damı mişar daşından tikilmişdir və istifadə üçün yararlı vəziyyətdə idi. Qoyun damının qabağındakı açıq tikili də tam yararlı idi. Həmin tikililərə heç bir xərc çəkməmişdir.Tikintini qurtarandan sonra Rəhman onun razılığı ilə həyətində saxladığı 25 baş qoyunu həmin yatağa gətirib saxlamağa başlamışdır. O, isə 2018-ci ilin oktyabr ayından başlayaraq özünə yataqda saxlamaq üçün qoyun almağa başlamışdır. Həmin vaxt heyvandar tanışı X28 rayonun Ağalıkənd kəndində yaşayan X42 və X36 qardaşlarından 35 baş boğaz şişəyin hər birini 180 manatdan olmaqla cəmi 6300 manat şəxsi vəsaitini verərək almış və qoyunları Bəhramla birlikdə yatağa gətirmişdir. Həmin qoyunları saxlamaq üçün Rəhmana vermişdir. Ağalıkənd kəndindən qoyunları tanımadığı QazEL markalı avtomobildə yatağa gətirmiş, sürücüyə zəhmət haqqına görə 30 manat pul vermişdir. 2018-ci ilin oktyabr ayında rayonun mal bazarından heyvandar həmkəndliləri X14 və X1 ilə İmişlidən olan şəxslərdən 28 baş ana qoyun almışdır. Həmin qoyunların yarısı yanı balalı, yarısı ilə boğaz idi. Qoyunların hər birinə orta hesabla 210 manat verməklə 28 baş ana qoyuna görə 5880 manat şəxsi pul vəsaitini vermişdir. Həmin qoyunları X14 və X15 ilə birlikdə bazardan almış və onların yanında bazarda Rəhmana təhvil vermiş və Rəhman iki dəfəyə həmin qoyunları Nivanın qoşqusunda yatağa gətirmişdir.O, 2018-ci ilin dekabar ayında rayonun mal bazarından heyvandar həmkəndliləri X29 və X1 ilə tanımadığı ayrı-ayrı şəxslərdən 27 baş ana qoyun almışdır. Həmin qoyunların hamısı balalı idi. Qoyunların hər birinə orta hesabla 240 manat verməklə 27 baş ana yanıbalalı qoyuna görə mal sahiblərinə 6480 manat şəxsi vəsaitini vermişdir. Həmin qoyunları saxlamaq üçün həmkəndliləri X14 və X8 yanında sayaraq Rəhmana təhvil vermişdir. Rəhman həmin qoyunları Niva markalı avtomobilin quşqusu ilə mal bazarından yatağa gətirmişdir.O, 2019-cu ilin yaz aylarında X4 58 baş qoyunu, 1 baş yanıbalalı keçini, 1 baş “Beyləqan cinsi” deylən qoçu 6500 manata alaraq saxlamaq üçün yatğa gətirib Rəhmana təhvil vermişdir. Faiq İbrahimovun yatağı onun yatağına yaxın yerdə yerləşir. Bundan başqa, bazardan tanımadığı adamdan hər biri 400 mantdan olmaqla 1600 manat verib 4 baş törədici erkək almışdır. Onları da yatağa gətirib Rəhmana təhvil vermişdir.O, 2018-ci ildə aldığı qoyunların dişi balalarından 40 başını damazlığa saxlamışdır. 2020-ci ildə həmin davarlar da ana qoyun olmuşdu. 2020-ci ilin payız aylarından etibarən həmin qoyunlar da bala verməyə başlamışdır. Ümumilikdə 2021-ci ilin əvvəlində onun Rəhmanda 190 baş ana qoyunu, həmin qoyunların balaları təxminən 200 baş quzu və 4 baş törədici erkək olmuşdur. Rəhmanla aralarında olan razılığa əsasən 190 baş ana qoyunun damazlığa götürdüyü 40 baş dişi balalarından başqa qalan bütün quzularını Rəhman sataraq, yarısını ona vermiş, yarısını isə özünə götürmüşdür. Bu qaydada 2020-ci ilin ortalarına qədər işləmişlər. Qoyunların müalicəsini baytar həkimi X37 həyata keçirmiş, müalicə müddətində baytar həkimi Elman Cəfərovu yatağa həmişə özü gətirmişdir. Baytar həkminin zəhmət haqqını özü ödəmişdir. Rəhman heç bir vaxt baytar həkiminə pul verməmiş və dərman da almamışdır. Ola bilər ki, arada az miqdarda dərmanlar almışdır. Qoyunlara lazım olan bütün iynə və dərmanları baytar apteki işlədən X3 öz şəxsi pul vəsaitini verərək almışdır. (X35 vəfat etmişdir). Rəhman heç bir vaxt böyük həcmdə pul verərək iynə-dərman almamışdır. Bu müddət ərzində davarların mövsümü müalicəsinə, lazım olan digər dərmanlarına 1000 manatdan artıq pul vermişdir. O, təsərrüfata nəzarət etmək üçün özünə məxsus olan “Niva” markalı **-BT-*** vlət qeydiyyat nişanlı avtomobili qoşqusu ilə birlikdə Rəhmana vermiş, qoyunlara baxmaq üçün çoban tutmuşdur. Çobanın işinə Rəhman nəzarət edirdi. O, işi ilə əlaqədar 3-4 aydan bir yatağa gedirdi. Rəhman həmişə hər işin qaydasında olduğunu ona bildirirdi. Həqiqətən də 2020-ci ilin ortalarına qədər hər iş öz qaydasında gedirdi. Həmin vaxta qədər onun Rəhmandan şübhələnməyinə heç bir əsas olmamışdır. 2020-ci ilin ortalarından etibarən Rəhmandan şübhələnməyə başlamış, qoyunların sayının azaldığını, cavan qoyunların qoca xəstə qoyunlarla əvəz edilməsini hiss etmişdir. Ona görə də o, Rəhmana bildirmişdir ki, qoyunları saxlamaq ona sərf etmir. Çünki, qoyunlardan xeyir görmür. Bütün qoyunları satmaq istədiyini Rəhmana bildirmişdir. Rəhman əvvəlcə onunla razılaşmışdır. O, 2021-ci ilin aprel ayının 28-də qoyunları Salyan bazarında satmaq üçün yatağa getmişdir. O, özü ilə qoyunları yükləmək üçün 2 ədəd Qaz-53 markalı avtomaşın aparmışdır. Avtomaşınlardan birinin sürücüsü Nəbi Kazımov, o birinin sürücüsü isə Kamran Məmmədli idi. Qoyunları avtomaşınlara yükləmək üçün X9 və iki oğlu Elvin və Elçini də özü ilə aparmışdır. Yatağa yaxınlaşanda Rəhmanın qoca ata və anasının yataqda olduqlarını görmüşdür. Rəhmandan onların nə üçün gecə vaxtı yatağa gəİdiyini soruşduqda, ona bildirmişlər ki, indi gecədir, sonra gəlib qoyunları götürərsən. O, Rəhmanla danışıb razılaşdığını, buna görə də iki maşın, üç fəhlə gətirdiyini, bu gün Salyan bazarının işlədiyini, qoyunları mütləq bazara aparmalı olduğunu bildirmişdir. Onlar hay-küy salmağa başlamış və onu təhqir etmişlər. Ona qoyunlarını götürməyə imkan verməmişlər. Vəziyyətin daha da ciddiləşdiyini görərək qoyunları götürə bilməmişdir. Bu barədə 03 may 2021-ci il tarixdə qoyunlarının Rəhman tərəfindən mənimsənilərək dağıdılması barədə Biləsuvar RPŞ-nə müraciət edərək qanunamüvafıq qərar qəbul dilməsini xahiş etmişdir. Bundan sonra Rəhman ona bildirmişdir ki, guya yataqda 43 baş qoyunu və 23 baş quzusu vardır. Sonra gəlib qoyunlarını götürməsini bildirmişdir. İddiaçı ona bildirdirmişdir ki, yataqda olan bütün qoyunlar onundur, digər adamların yataqda heç bir qoyunu yoxdur. Rəhmana öz qoyunlarını atası xəstələnəndə satdığını, yataqda onun heç bir qoyununun olmadığını, bütün qoyunların ona məxsus olduğunu bildirmişdir. Növbəti dəfə gələndə görmüşdür ki, Rəhman qoyunların çoxunu qırmızı rənglə rəngləyib. Ona bildirmişdir ki, qırmızı rənglə rənglənmiş qoyunların bir hissəsi qaynatasının, bir hissəsi isə bacısınındır. O, Rəhmana bildirdirmişdir ki, o Rəhmanı ana qoyunlara yox, ana qoyunların balalarından götürülmüş qazanca şərik etmişdir. Rəhman isə yataqda cəmi onun 86 baş ana qoynunun olduğunu bildirərək, həmin qoyunalardan 43 başını özünə götürmüş və 43 başını isə ona vermişdir. Polis şöbəsində araşdırma aparılarkən 18 baş yanıbalalı ana qoyunu yataqdan götürüb, onlardan 10 başını bazarda 1700 manata satmış, 8 baş yanıbalalı qoyunu sata bilmədiyindən yenidən yatağa gətirib Rəhmana təhvil vermişdir.Həmin qoyunları bazara X10 QazEL markalı avtomaşını ilə aparıb, 8 baş satılmayan yanıbalalı qoynu həmin avtomaşınla yatağa çobanın iştirakı ilə gətirib yenidən Rəhmana təhvil vermişdir. Qalan qoyunları sata bilmədiyindən müştəri tapmağı dostu Ərzuman Bədəlovdan xahiş etmişdir. Buna görə də dostu Ərzuman Bədəlov vasitəsilə Cəlilabad rayonunun Alar kəndində yaşayan mal-qara alveri ilə məşğul olan Rəfail adlı şəxsi yatağa gətirmişdir. Rəhmanın iddiaçıya aid olduğunu göstərdiyi qoyunlara Rəfail baxandan sonra qoyunlarının hamısının qoca və xəstə olmasını bildirmişdir. Məcburiyyət qarşısında qaldığından 33 baş qoyunu yə 13 baş quzunu ona cəmi 4725 manata satmışdır. İddiaçının mülkiyyətində olan 195 baş qoyundan 152 baş əskik gəlmişdir. Hər birinin qiyməti 200 manat olan 152 baş qoyunun mənimsənilməsi ilə əlaqədar ona 30.400 manat, hər birinin qiyməti 100 manat olan 177 baş quzunun mənimsənilməsi ilə aqədar ona 17.700 manat, hər birinin qiyməti 400 manat olan 4 baş törədici qoçun mənimsənilməsi ilə əlaqədar ona 1600 manat, cəmi ona 49.700 manat ziyan dəymişdir. Bu ziyanı ona qaynı Rəhman vurmuşdur. Biləsuvar rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X30 tərəfindən 54C-22 nömrəli material üzrə qəbul etdiyi 05 avqust 2022-ci il tarixli qərara əsasən cinayət işinin başlanması cinayət hadisəsi olmadığından rədd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında o, şikayət versə də, sonradan şikayətini geri götürmüşdür. Yuxarıda qeyd etdiyi davarların onun mülkiyyətimdə olmasını Biləsuvar RİHB-nın Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 02 mart 2022-ci il tarixli, 226 saylı arayışı ilə təsdiq olunur. Həmin arayışa əsasən mülkiyyətində 250 baş davarın olması təsdiq olunur.Hazırda isə mülki qaydada məhkəmədə iddia qaldırmağa zərurət yaranmışdır. Buna görə də hesab edir ki, mübahisəyə mülki qaydada baxaraq ona dəymiş ziyan Cavabdeh alınaraq ona verilməlidir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi vəkil Nümayəndə izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də iddia təlbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Biləsuvar şəhəri, 8 mart küçəsi, ev 52-də ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı onun kürəkənidir. Əvvəllər aralarında hər hansı narazılıq və ədavət olmamış, münasibətləri bir qohum kimi yaxşı olmuşdur. 2018-ci ilin sentyabr ayında rayon sakini Fəridə Quliyevadan 19000 (on doqquz min) manata Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsi olan fermanı almışdır. X41 arasında alıq-satqı müqaviləsi Masallı şəhərində yerləşən Asan xidmət mərkəzində imzalanmışdır. Fəridədən aldığı 6 (altı) hektara yaxın torpağı olan ferma ona məxsus olmasına dair çıxarış sənədini 26 oktyabr 2018-ci il tarixdə əldə etmişdir. Sözügedən ərazidə həm də hazır tikili olan ferma olmuşdur. Oranı almaqda məqsədi qoyun-quzu saxlayıb təsərrüfat işləri ilə məşğul olmaq olmuşdur. Fermanı aldıqdan sonra orada qoyun-quzu saxlamağa başlamışdır. Kürəkəni İddiaçı ona demişdir ki, o, da təsərüfat işləri ilə məşğul olmaq istəyir, ancaq fikirləşir ki, qoyun-quzu ala bilər, lakin onları saxlamağa nə şəraiti, nə də yeri yoxdur. Ona görə də kürəkəni Baxşəli ondan xahiş eləmişdir ki, özü üçün qoyun-quzu alsın və onun fermasında qoyunlarının içərisində saxlasın. Baxşəli bacısının əri olduğu üçün bacısına görə məcburən ona razılıq vermiş, əslində bacısı olmasaydı ona imkan verməzdi ki, ona məxsus fermada Baxşəli qoyun-quzu saxlasın. 2019-cu ilin yaz aylarından başlayaraq Baxşəli hissə-hissə, yəni 5 (beş) baş bir, 1 (on) baş bir olmaqla 2019-cu ilin payız aylarına kimi ümumilikdə bu minvalla fermaya cəmi 45 (qırx beş) qoyun-quzu alıb gətirmişdir. Hətta bir-iki dəfə Baxşəli Biləsuvar rayon mal bazarında heyvan alarkən o, da onun yanında olmuş, ancaq heyvanları Baxşəli onun üçün deyil, özü üçün almışdır. Qoyunlar bala vermiş, həmin quzular böyüdükdən sonra Baxşəli fermadan gəlib 2-3 baş götürüb aparıb satır, pulunu da özü üçün xərcləyirdi. Baxşəli satdığı qoyun-quzunu onun fermasında saxlasa da ona pul vermirdi, qoyun-quzuların da yeməyini öz hesabına alırdı. Qoyunquzulara verdiyi yemə görə də Baxşəlidən nə pul almamış, nə də ona bu barədə bir söz deməmişdir. Fikirləşmişdir ki, eybi yoxdur, özgəsi deyil bacısının balaları üçündür, ona görə də dözürmüş, heyvanlar xəstələnəndə isə bir-iki dəfə Elman adlı baytar həkimi gətirib qoyunları Baxşəli özü müalicə etdirmişdir. Baxşəli Elman adlı baytar həkimi yalnız özünün qoyun-quzusu xəstələnəndə gətirimişdir, Elman fermaya gələndə onun deyil, yalnız Baxşəlinin qoyun-quzusuna iynə vurub müalicə etmişdir. Onun qoyun-quzusu xəstə olanda təsərrüfatdan başı çıxdığı üçün çox vaxtı özü baytarlıq apteki işlədən Bəybaladan dərman alıb müalicə eləmiş, elə olubdur ki, Elman həkimi də apararaq qoyun-quzusuna iynə vurmuşdur. Elman onun heyvanlarını müalicə etdiyinə görə pulunu da özü şəxsən vermişdir. Bacısı ilə kürəkəni Baxşəlinin ailə daxili narazılığ yarandığı üçün bacısı ondan polisə şikayət eləmiş və həmin şikayət əsasında polisdə araşdırma aparılmışdır. Bundan sonra onun kürəkəni Baxşəli ilə münasibətləri soyumağı başlamışdır. Həmin ərəfədə Baxşəli ona demişdir ki, heyvanlarını ayırıb fermadar aparacaqdır. O, da Baxşəliyə bildirmişdir ki, nə vaxt istəsə gəlsin qoyun-quzunu götürüb aparsın. Bundan sonra Baxşəli 13 (on üç) baş yanıbalalı qoyunları Biləsuvar rayon mal bazarında tanımadığı şəxslərə pərakəndə formada satmışdır. Daha sonra Baxşəli qoyun-quzu alveri edən Rəfayil adlı şəxslə birlikdə 2021-ci ilin aprel ayında fermaya gəlmiş, 31 (otuz iki) baş ana qoyunu, səhv etmirsə 8-9 baş da quzusunu Rəfayilə satmışdır. Həmin vaxtdan sonra kürəkəni Baxşəlinin onun fermasında nə bir qoyunu, nə də bir quzusu qalmamışdır. Sonradan Baxşəli onun barəsində şikayət eləməyə başlamışdır ki, guya ferma və onun ətrafında olan torpaq sahələri onundur, onun qoyun-quzularını satmışdır. Baxşəlinin ona atdığı şər və böhtanı təkzib edəndə Baxşəli sözlə onu hədələyib ondan polisə şikayət edəcəyini və başına oyun açacağını demişdir. O, kürəkəni Baxşəlinin polis şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə bağlı bildirmişdir ki, Baxşəli yalan və böhtan danışır. Onun dedikləri heç biri həqiqəti əks etdirmir. Belə də ki, fermanı Fəridəyə 19000 (on doqquz min) manat pul verərək ondan rəsmi sənədlə almışdır. Əgər fermanı Baxşəli alırdısa onda onun adına deyil, elə öz adına, ya da həıyat yoldaşının adına alardı.Baxşəli tamamilə yalan danışır.Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, idiaçının nümayəndəsini, cavabdehi və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı Çıxarışdan görünür ki, Biləsuvar şəhəri Aşağı Cürəli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 5.9266 ha torpaq sahəsi Cavabdeh adına tam payı olaraq xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Biləsuvar RİHB-nın Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı təsərrüfatında 250 baş qoyun qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli № 4/996-5/817 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu № 33 nömrəli 2013-2018-ci illərə dair kitabçanın 63-cü səhifəsində olan “İllər üzrə mövcudluq xx.xx.2013, 2014, 2015, 2016, 2017” qrafalarının aşağı hissələrində “Qoyunlar, baş”, “Keçilər, baş” bəndlərində “51, 111, 121, 171, 114, 4, 6, 9, 11, 6” rəqəmləri ilə həmin səhifədəki digər rəqəmlər- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu № 33 nömrəli 2018-2022-ci illərə dair kitabçanın 127-ci səhifəsində olan “Göstəricinin adı yanvarın 1-i vəziyyətinə 2018, 2019, 2020, 2021, 2022” qrafalarının aşağı hissələrində “Qoyunlarcəmi, ana qoyunlar, quzular” bəndlərində “138, 125, 141,145,150, 98, 105,85, 101,111, 40, 20, 56, 44, 39” rəqəmləri ilə həmin qrafalarının aşağı hissəsində “Toyuqlar cəmi onlardan” bəndindəki rəqəmləri və həmin səhəfənin sol orta hissəsində “yem bitkiləri üçün, inək naxırı - cəmi, inəklər, dişi buzovlar, erkək buzovlar” qrafalarının aşağı hissəsindəki rəqəmlər - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, qərardadın ikinci sualı üzrə tikililərin hansı vaxtda inşa edilməsinin müəyyən olunmasına dair metodika olmadığından, eyni zamanda sözügedən tikilinin inşasına dair layihə-smeta və qaiməfaktura sənədləri təqdim edilmədiyindən Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində 6 ha torpaq sahəsində Cavabdeh hazırda sahibliyində olan qoyun yatağında yerləşən çoban evinin neçənci ildə inşa edilməsini və onun tikintisinə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, İddiaçı çoxdan tanıyır, münasibəti həmişə normal olmuşdur. Cavabdeh isə Baxşəliyə görə tanımışdır. Təxminən bir il yarım bundan əvvəllə qədər quzu kəsib satmışdır. Həmin ərəfədə Baxşəli ona «Muğan kəndinin ərazisində ferma almışam, orada qoyun-quzu saxlayacam, sən də qəssab işləyirsən, rastına çıxanda mənə xəbər elə saxlamaq üçün həmin fermaya qoyun-quzu alım» sözlərini demişdir. O, da elə vaxt olmuşdur ki, aldığı qoyun boğaz çıxdığına görə Baxşəliyə demiş, Baxşəli də gəlib hər qoyunun pulunu ona verib almış və öz fermasına aparmışıdır. 2018-i ilin oktyabr ayında rayonun Ağalıkənd kənd sakini X43 ona təsərrüfatında qoyun-quzusunun olduğunu və həmin qoyun-quzunu satmaq istədiyini demişdir. Bunu bilən kimi Baxşəliyə zəng vurub bu barədə məlumat vermişdir. Baxşəli ilə razılaşmışdır ki, birlikdə Asəf Əbilovun yaşadığı Ağalıkənd kəndinə getsinlər və orada qoyun-quzunu seçib götürsünlər, Baxşəli də həmin qoyun-quzunun pulunu versin. Həmin vaxtı Baxşəli ilə birlikdə rayonun Ağalıkənd kəndində yaşayan Asəf Əbilovun evinə getmişlər, Baxşəli «QAZEL» markalı yük maşınını da özü ilə ora aparmışdır. Həmin yük maşınını da X32 idarə edirdi. Həmin vaxt Baxşəli Ağalıkənd kənd sakini X19 və onun qardaşı X16 35 (otuz beş) baş boğaz şişək qoyun almış, həmin qoyunları şəxsən Baxşəliyə kömək etmək üçün özü seçmiş və maşına yükləmişdir. Baxşəli hər bir qoyuna 180 (yüz səksən) manat pul verməklə ümumilikdə həmin qoyunları 6300 (altı min üç yüz) manata Asəf və onun qardaşı Turaldan almışdır. Həmin qoyunları Vüqarın idarə etdiyi «QAZEL» markalı yük maşını ilə Baxşəlinin fermasına gətirmişlər. Qoyunları Baxşəli onun və sürücü Vüqarın yanında sayaraq qohumu Cavabdeh təhvil vermişdir. Bundan sonra Baxşəli və sürücü Vüqar fermadan çıxaraq rayona gəlmişlər. Qəssab işlədiyi üçün demək olar ki, hər bazar olmasa da, iki bazardan bir qoyun-quzu bazarına gedib oradan kəsmək üçün quzu almış, hər dəfə də olmasa, əksər hallarda Rəhmanı mal bazarında qoyun-quzu satarkən görürmüşdür. Rəhman qohumu Baxşəlinin fermasında çoban işlədiyi üçün onunla aralarında qoyun-quzu alveri barədə münasibəti olmamışdır. İş materiallarında olan Biləsuvar ryon prokurorluğunun böyük köməkçisi X30 tərəfindən qəbul edilmiş 05 avqust 2022-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, X13 Cavabdeh barəsində etdiyi şikayətdə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Biləsuvar ryon prokurorluğunun böyük köməkçisi X30 tərəfindən qəbul edilmiş 05 avqust 2022-ci il tarixli «cinayət işi başlanmasnn rədd edilməsi haqqında» qərardan görünür ki, izahatı alınmış X20 izahatında göstərmişdir ki, 2018-ci ilin sentyabr aynda qardaşı Baxşəli ona zəng vurub Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən aptekin yanına çağırmşdır. Həmin vaxtı Baxşəli ona bağlama verərək bildirmişdir ki, bağlamanın içərisində pul var və qayını Rəhman Masallı rayonunda Asan xidmət mərkəzində gözləyir aparıb həmin pulu ona versin. Baxşəli həmin bağlamanın içərisində nə qədər pul olduğunu ona deməsə də, ancaq möhkəm tapşırmışdır ki, yolda başqa adam götürməsin və təcili olaraq pulu Rəhmana çatdırsın. Ona zəhmət haqqı olaraq Baxşəli 20 (iyirmi) manat pul vermiş və yola salmışdır. O, pulu Masallı rayonuna aparmış və Asan Xidmət mərkəzinin həyətində Rəhmana vermişdir. Həmin qərardan görünür ki, izahatı alınmış X26 izahatında göstərmişdir ki, həyat yoldaşı Fəridəyə məxsus Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsi, həmin torpaq sahəsində ferma da olmuşdur. Əvvəllər orada malheyvan saxlanılsa da, hazırda heç nə saxlanılmır. Həmin fermanı satmaq qərarına gəlmişlər. Təqribən 2018-ci ilin sentyabr ayında Baxşəli onun mobil telefonuna zəng edərək bildirmişdir ki, həmin torpaq sahəsini almaq istəyir. Baxşəli ilə danışmış və Baxşəliyə həmin torpaq sahəsini 19000 (on doqquz min) manata satması barədə razılaşmışlar. Baxşəli ona demişdir ki, torpaq sahəsi onun adına deyil, qayını Cavabdeh adına sənədləşdiriləcəkdir. 2018-ci ilin payız aylarında o, həyat yoldaşı Fəridə və Cavabdeh Masallı şəhəri, Asan Xidmət Mərkəzinə getmişlər. Orada sənədləşmə işləri aparılandan sonra onlara bildirilmişdir ki, notariusa 19000 (on doqquz min) manat pulu əvvəlcədən köçürmək lazımdır. Rəhman həmin vaxtı bildirmişdir ki, pulu özü ilə gətirməmişdir. Rəhman pulu özü ilə gətirmədiyi üçün hətta Rəhmana əsəbləşmiş və bu barədə Rəhmana irad da tutmuşdur. Rəhman ona bildirmişdir ki, narahat olmasın bir saata kimi pul məsələsini həll edəcəkdir. Bundan sonra o, Rəhman, həyat yoldaşı Fəridə ilə birlikdə əyləşib çay içmişlər. Təxminən bir saata yaxın keçməmiş Rəhmana zəng gəlmişdir. Rəhman telefonla danışa-danışa onların yanından bir az kənarlaşmışdır. Təxmnin 5-6 dəqiqədən sonra Rəhman onların yanına qayıdaraq pul məsələsini həll etdiyini demişdir. Bundan sonra həmin pulu Rəhman özü depozitə qoymuşdur. Sənədləşmə bitdikdən sonra həyat yoldaşı Fəridə ilə alqı-satqı elədiyi torpağın pulunu götürmək üçün onlara çek verilmişdir, həmin çek əsasında həyat yoldaşı Fəridə pulu götürmüş və evə getmişlər. Həmin qərardan görünür ki, izahatı alınmış X21 izahatında göstərmişdir ki, rayonun Bəydili kənd sakini İddiaçı əvvəllər tanımamış, tanımadığı üçün də onunla heç bir münasibəti olmamışdır. O cümlədən Cavabdeh da tanımır. Bəhrəm Həsənovu tanıyır, Bəhrəm rayonda qəssab işləyir. Təsərürfatında qoyun-quzu olduğu üçün satmaq qərarına gəlmişdir. 2018-ci ilin payız aylarında Bəhram Həsənovla birlikdə Baxşəlinin yaşadığı Ağalıkəndinə gəlmişdir. Həmin vaxtı oğlanları Asər Əbilov və Tural Əbilov da orada olmuşlar. O, 35 (otuz beş) baş boğaz şişək qoyunun hər birini 170 (yüz yetmiş) manatdan olmaqla ümumilikdə 5950 (beş min doqquz yüz əlli) manata Baxşəliyə yaşadığı evin həyətində satmış və Baxşəli də qoyunların pulunu sayaraq ona şəxsən vermişdir. Həmin vaxtı tanımadığı «QAZEL» markalı yük maşınına qoyunları Baxşəli yükləmiş və özü ilə aparmışdır. Həmin qərardan görünür ki, izahatı alınmış X22 izahatında göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayının sonları may ayının əvvəllərində həmkəndlisi Baxşəli ona demişdir ki, fermada qoyun-quzusu vardır, ona köməklik eləsin gedib həmin qoyunquzuları götürüb Salyan rayonunun heyvan bazarında satsınlar. Baxşəliyə razılıq vermiş və həmin günü səhər tezdən Baxşəli ilə birlikdə Baxşəlinin fermasına getmişlər. Fermaya çatmağa az qalmış yolda iki «Qazəlli 53» markalı maşın görmüşdür. Başa düşmüşdür ki, fermadan qoyunları həmin maşına yükləyib Salyan bazarına aparacaqlar. Həmin vaxtı onlara kömək lazım olduğu üçün oğlu Emin İbrahimovu və kürəkəni Əhmədi də özü ilə götürmüşdür. Fermanın həyətində yaşlı qoca kişi, qoca qadın və Rəhmanı görmüşlər. Həmin vaxtı bilmişdir ki, Rəhmanin atası İltifat, qadın isə İltifatın həyat yoldaşı Nənəxanımdır. İltifat və Nənəxanım Baxşəliyə bildirmişlər ki, buradan qoyun-quzu apara bilməzsən, çünki qoyun-quzuların içərisində əmanət qoyun- quzu vardır. Həmin vaxt Baxşəli ilə İltifat və arvadı Nənəxanım arasında sözlə mübahisə yaranmışdır. İltifat və Nənəxanım Baxşəliyə demişlər ki, indi qaranlqdr, səhər açılsın, heyvanlara rəng vuraq gəlib götürərlər. Bundan sonra geri qayıtmışlar. Həmin günü səhər 10 radələrində yenidən o, Baxşəli, oğlu Emin və kürəkəni Əhmədlə birlikdə Baxşəliyə məxsus fermasına getmişlər. Fermada Rəhmanı və onun adını bilmədiyi çobanını görmüşlər. Görmüşdür ki, qoyunquzuların hamısının bel və quyruq hissələrinə qara rəng vurulubdur. Baxşəli qayını Rəhmandan qoyunların hamısının hansı səbəbdən rənglənməsini soruşmuşdur. Rəhman qara rənglə rənglənmiş qoyun-quzuların ona aidiyyətinin olmadığını, həmin qoyunların onun qoyunları olmadığını bildirmişdir. Bundan sonra Rəhman 86 (səksən altı) baş qoyunquzu ayıraraq bildirmişdir ki, həmin qoyun-quzunun 43 (qırx üç) başının Baxşəlinin, yerdə qalan 43 (qırx üç) baş qoyun-quzunun da onun özünün olduğunu bildirmişdir. Həmin vaxtı Baxşəli ilə Rəhmanin arasında sözlə mübahisə düşmüşdür. Baxşəli Rəhamana fermada heyvan saxlamağa başlayanda heyvanları yarıbayarı öz aralarında bölünməsi, fermada olan qoyun-quzunun qazancına şərik olacaqları barədə razılaşdıqlarını bildirmişdir. Bundan sonra Baxşəli qırmızı rəng aldığı üçün 43 (qırx üç) baş qoyun-quzunu baş və bel nahiyələrindən nişanlamışlar. Təxminən 2-3 gün sonra Baxşəli ona həmin qoyunları almaq üçün fermaya alverçi gələcəyini, buna görə də onunla birlikdə fermaya getməyi təklif etmişdir. Həmin günü saat təxminən 15 radələrində fermaya getmişlər. Fermaya rayon sakini Rəfayil adlı şəxs də gəlmişdir, Rəfayili tanıyır və bilir ki, o, qoyun-quzu alveri ilə məşğül olur. Rəfayil 43 (qırx üç) baş qoyun-quzuya baxaraq qoyunların hamısının qoca, quzuların da arıq olduğunu demiş, ona görə də Baxşəliyə qoyun-quzuları ala bilməyəcəyini, aldığı təqdirdə də aşağı qiymətə alacağnı demişdir. Ancaq Baxşəli də həmin heyvanlara görə verilən qiymətlə razılaşmadığı üçün satmaqdan imtina etmişdir. Rəfayil qoyun-quzunu almaqdan imtina elədiyinə görə Baxşəli ilə razılaşmışlar ki, 43 (qırx üç) baş qoyun-quzunun içərisində olan 17-18 baş yanıbalalı qoyunu aparıb rayon bazarında satsınlar. Baxşəli bundan sonra «Qazel» markalı maşın tutaraq fermaya gəlmişlər. Fermada yanıbalalı təxminən 17-18 baş qoyunları o, oğlu Emin və orada çoban işləyən adını bilmədiyi şəxslə birlikdə maşına yükləyərək bazara gəlmişlər. Bazarda 17-18 baş qoyundan təxminən 9 baş yanıbalalı qoyunu tanımadığı adamlara satmışlar. Sata bilmədikləri qoyunları isə Baxşəli yenidən maşına yüklətdirmiş və Rəhmanın çobanına təhvil verib fermaya aparmasını tapşırmışdır. O, həmçinin izahatında göstərmişdir ki, həftə sonunda heyvan bazarına çıxaraq qoyun-quzu alıb-satır. Baxşəli ilə bir neçə dəfə qoyunquzu bazarında rastlaşmışdır. Həmin vaxtı Başxəli qoyun-quzu alırmış. Qoyun-quzu alverindən başı çıxdığı üçün çox vaxt Baxşəlinin yanında olub ona qoyun-quzu almaqda köməklik etmişdir. Baxşəlinin yanında sonradan adını bildiyi Rəhman adlı şəxs də olmuşdur. Rahmanin yanında Baxşəli qoyun-quzu alarkən həmişə aldığı qoyun-quzunun pulunu Baxşəli özü vermişdir. Baxşəli qoyun-quzuları aldıqdan sonra bazarda maşına yüklətdirib Rəhmana təhvil verib fermaya yola salırdı, çox vaxt Baxşəli qoyun-quzunu Rəhmana verdikdən sonra özü bazarda qalırdı. Qoyunların Baxşəli tərəfindən Rəhmana fermada deyil, rayon bazarında bir-iki dəfə verilməsinin şahidi olmuş, lakin həmin qoyunların dəqiq sayları xatirində qalmamışdır. Həmin qərardan görünür ki, X23 izahatında göstərmişdir ki, 2018-ci ilin noyabr ayında rayonun mal bazarında alver edərkən Baxşəli onun yanında İmişli rayonundan olan tanımadığı şəxslərdən 28 (iyirmi səkkiz) baş ana qoyun almışdır. Həmin qoyunların yarısı yanı balalı, yarısı isə boğaz olmuşdur. Baxşəli qoyunların hər birinə nəğd pul verərək almış, ancaq həmin 28 (iyirmi səkkiz) baş qoyun-quzuya nə qədər pul vediyini bilməmişdir, çünki o, həmin vaxtı qoyun-quzunu seçmişdir. Bundan başqa, təxminən 2018-ci ilin dekabr ayında rayonun mal bazarında həmişə olduğu kimi yenə də qoyun-quzu alveri edən zaman Baxşəlinin bazara gəldiyini görmüşdür. Qoyun-quzu alveri ilə məşğul olduğu üçün Baxşəli bazardan qoyun-quzu alanda çox vaxt onun yanında alırdı, qoyunlara baxıb həm qoca olub olmamasını, həm də boğaz olub-olmamasını, həm də qiymətlərinin münasib olub-olmadığını müəyyənləşdirdikdən sonra Baxşəli həmin heyvanları öz pulu ilə alırdı. Çox vaxt Baxşəli bazarda tək olur, lakin bir-iki dəfə adını sonradan bildiyi Rəhman adlı şəxsi də onun yanında görmüşdür. Sonralar Baxşəli özü ona demişdir ki, onun yanında bazara gələn şəxs qayını Cavabdehdur. Yalnız Baxşəli ona deyəndən sonra məlumatı olmuşdur ki, Rəhman həm Baxşəlinin qayın, həm də ki, fermasında çobandır. Həmin qərardan görünür ki, izahatı alınmış X11 izahatında göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında Rəhman ona demişdir ki, onun Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində ferması var, həmin ferma kürəkəni Baxşəliyə məxsusdur. Ona təklif etmişdir ki, gəlib həmin fermada çoban işləsin, aylıq isə Rəhman ona 400 (dörd yüz) manat pul verəcəyini demişdir. Həmin vaxtdan, yəni 2020-ci ilin oktyabr ayından fermaya getmiş və Baxşəli ilə orada tanış olmuşdur. Rəhman fermada ona 140 (yüz qırx) baş qoyun vermiş, həmin qoyunların içərisində bir baş erkək toğlu da olmuşdur. Rəhmandan qoyun-quzuları təhvil alaraq orada çoban işləməyə başlamışdır. Arabir isə Baxşəli fermaya gəlir, onunla hal-əhval tutur, qoyun-quzu ilə maraqlanırdı. Baxşəli ona demişdir ki, bura onun olsa da nəzarəti qayını Rəhman edir, özü bura tez-tez gələ bilmir, ancaq ona nəsə lazım olarsa Rəhman deyər Rahman da onun adından həmin məsələni həll edəcəkdir. Təxminən 2020ci ilin noyabr ayının sonlarından başlayaraq 2021-ci ilin mart ayına kimi Rəhman fermada tanımadığı şəxslərə qoyun-quzu satmış, elə olmuşdur ki, qoyun-quzunu bazara aparıb satmış, hər dəfə ondan satdığı qoyun-quzudan Baxşəlinin xəbəri olub-olmadığını Rəhmandan soruşanda, Rahman ona demişdir ki, Baxşəlinin bundan xəbəri vardır. Ona görə də o, Rəhmanin işlərinə baş qoşmamış və çobanlıq edirmiş. Rəhman cavan qoyunları aparıb sataraq cavan qoyun-quzunun yerinə qoca qoyunlar alıb fermaya gətirirdi. Bir-iki dəfə Rəhmanla buna görə mübahisə edərək ona “belə bir iş tutma, çünki qoyunları mən təhvil almışam, sən isə bura qoca qoyunlar alıb gətirirsən, sabah bu qoyunlar öləcək, mənim boynumda qalacaq” sözlərini demişdir. Rəhman isə ona «sən aylıq maaşını alırsan, sən çobanlıq elə, mənim işimə qarışma» deyə cavab vermişdir. Ona görə də Rəhmana bir söz deməmişdir. Rəhman tanımadığı adamlara ümumilikdə 1150 (min yüz əlli) ədəd yonca kipini Baxşəlidən xəbərsiz satdığının şahidi də olmuşdur. Həmin kiplərin birini Rəhman beş manatdan satmışdır. Görmüdşür ki, Rahmanla onun işi alınmayacaq, ona görə də oradan 2021-ci ilin mart ayından çıxmışdır. Həmin ayın zəhmət haqqısından da 150 (yüz əlli) manat pulunu Rəhman kəsərək ona verməmişdir. Fermadan çıxandan sonra Baxşəli ilə söhbət əsnasında bilmişdir ki, Rəhman Baxşəlidən guya ona hər ay çoban kimi işlədiyi üçün 500 (beş yüz) manat pul almış, lakin ona 400 (dörd yüz) manat pul vermişdir. Rəhmanin bu hərəkətindən yalnız fermadan çıxandan sonra Baxşəli ilə söhbət edən zaman xəbəri olmuşdur. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, İddiaçıla Cavabdeh arasında əvvəlcədən olan razılaşmaya əsasən Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsində xırda buynuzu (qoyun-quzu) heyvanlar saxlamaqla birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. İddiaçı iddia tələbində 6 (altı) hektara yaxın torpaq sahəsini 19000 manat pul verməklə aldığını, lakin cavabdehə etibar etdiyi üçün onun adına sənədləşdirdiyini və bundan əlavə həmin torpaq sahəsində yenidənqurma işləri aparmaqla həmin işlərin görülməsinə (çoban evi tikmək və s.) 2600 manat pul xərclədiyini göstərsə də, qeyd olunan işlərin görülməsinə və çəkilmiş xərclərin ödənilməsinə dair aralarında əvvəlcədən hansı razılaşma əldə edilməsinə dair heç bir sübut təqdim etməmişdir.Bununla yanaşı, Cavabdeh iddiaçının hazırda Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsinın alqısatqısına 19000 manat pulun onun tərəfindən ödənilməsini qəbul etməyərək həmin pulun onun özü tərəfindən ödənildiyini göstərmişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli «cinayət işi başlanmasnn rədd edilməsi haqqında» qərardan görünür ki, X26 izahatında həyat yoldaşı Fəridəyə məxsus Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsinin alqı-satqısı barədə İddiaçı onunla telefon əlaqəsi saxlasa da, 19000 manat pulun notariusun deprzit hesabına Cavabdeh tərəfindən köçürüldüyünü göstərmişdir. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Rəman Abasovla birgə fəaliyyət göstərmək qərarına gələrkən belə razılaşmışlar ki, qoyunların alınmasına dair xərclərin çəkilməsi onun tərəfindən, fermada qoyunların saxlanmasına nəzarət isə Cavabdeh tərəfindən həyata keçiriləcək və qoyunlardan əldə edilmiş bəhər, artım onların arasında bərabər qaydada bölünəcəkdir. İş materiallarında olan Biləsuvar ryon prokurorluğunun böyük köməkçisi X30 tərəfindən qəbul edilmiş 05 avqust 2022-ci il tarixli «cinayət işi başlanmasnn rədd edilməsi haqqında» qərardan görünür ki, İddiaçı şikayəti əsasında aparılmış araşdırma zamanı çox sayda izahatı alınmış şəxslər müxtəlif tarixlərdə və müxtəlif sayda qoyun və quzuların İddiaçı sifarişi əsasında və onun tərəfindən müxtəlif məbləğlərdə pullar ödənilməklə alındığını göstərmişlər. Bu Biləsuvar RİHB-nın Bəydili kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 02 mart 2022-ci il tarixli, 226 saylı arayışı ilə də təsdiq olunur. Həmin arayışa əsasən İddiaçı mülkiyyətində 250 baş davarın olması göstərilmişdir. Bundan əlavə, izahatı alınmış X11 izahatında göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından fermaya getmiş, orada çoban işləməyə başlamışıdır. Baxşəli ilə orada tanış olmuşdur. Rəhman fermada ona 140 (yüz qırx) baş qoyun vermiş, həmin qoyunların içərisində bir baş erkək toğlu da olmuşdur. Təxminən 2020-ci ilin noyabr ayının sonlarından başlayaraq 2021-ci ilin mart ayına kimi Rəhman fermada tanımadığı şəxslərə və bazara qoyun apararaq satdığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh 30.400 (otuz min dörd yüz) manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 30.400 (otuz min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavbadeh Cavabdeh 125 (yüz iyirmi beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X50

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar