Məhkəmə qərarları › İş №2(022)-173/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-173/2023

11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-173/2023 11.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 1300 (min üç yüz) manat maddi, 1700 (min yeddi yüz) mənəvi və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə, yaxud da ona məxsus qızıl əşyalarının geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cəlilabad rayonundakı “Rizvan” şirkətində ona məxsus qızıl-ziynət əşyaları satılır.Biləsuvar rayonu Yuxarı-Cürəli kəndində yaşayan cavabdehlər Cavabdeh və arvadı Sədaqət Hacıyeva onun mağazasından alver məqsədilə qızıl əşyaları alıb, qalan borclarını ödədikcə hər dəfə yeni mallar aparırdılar. xx.xx.2010-cu il tarixdə təkrar mağazaya gələrək öncə götürdükləri qızıl əşyalarından qalan borclarını ödədikdən sonra guya Rusiyada yaşayan qızları üçün hədiyyə verəcəkləri maqsədilə 1450 manat dəyərində 750 əyyarlı 30,6 qram boyunbağı və 750 əyyarlı 14,1 qram qolbağı alıb pulunu bir aya ödəyəcəklərinə söz vermişlər.Davranışları ilə etibarını qazanan cavabdehlər vəd verdikləri vaxtda borclarını qaytarmadılar. O, dəfələrlə cavabdehlərdən pulunu istəsə də, hər dəfə bəhanələr gətirərək pulunu verməmişlər.Lakin, bir-neçə dəfə poçt və Kapitalbank vasitəsilə 50 manat pul göndərmişlər. Nəhayət 2021-ci ilin noyab ayında Biləsuvar rayon məhkəməsində cavabdehlərə qarşı iddia qaldırmış, tərəflər məhkəmə iclasına gəlməmiş və onu inandırmışlar ki, hər ay 50 manat ödəyəcəklər və yayda bütün borclarını bağlayacaqlar. Buna görə o, da cavabdehlərə inanıb iddianın baxılmmış saxlanılmasını xahiş etmişdir. Bundan sonra cavabdehlər 11 aprel 2022-ci il tarixdə cəmi 50 manat ona pul göndərmişlər. Bundan sonra cavabdehlər ona pul ödəməmişlər.Hazırda cavabdehlərin ona 1300 manat əsas borcları vardır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan X2 Biləsuvar rayon PŞ-nə verdiyi izahatından görünür ki, o, iddiaçıdan dörd-beş dəfə qızıl ziynət əşyalar götürmüş və bunların hamısının pulunu hissə-hissə ödəmişdir. Sonuncu dəfə on beş il bundan öncə idiaçıdan qızının toyu üçün 950 manata komplekt qızıl götürmüş, ilkin ödəniş kimi 350 manat ödəmiş, qalan pulu da hissə-hissə ödəmiş, iddiaçıya cəmi 400 manat borcu qalmışdır. Həmin dörd yüz manatı da yaxın vaxtlarda ödəyəcəkdir. İş materiallarında olan Cavabdeh Biləsuvar rayon PŞ-nə verdiyi izahatından görünür ki, iddiaçıdan övladlarının xeyir işləri olan zaman qızıl-ziynət əşyaları almış, borcunu da tam ödəmişdir.Sonuncu dəfə qızının toyu ərəfəsində iddiaçıdan 1350 manat dəyərində komplekt qızıl almış və hissə hissə ödəniş etmişdir.İddiaçıya cəmi 400 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İş materiallarında olan X2 və Cavabdeh Biləsuvar rayon PŞ-nə verdiyi izahatladan görünür ki, hər iki cavabdeh iddiaçıdan qızıl-zinət əşyalarını nisyə olaraq aldıqlarını, nisyə aldıqları qızıl-zinət əşyalarının pulunun bir hissəsini müxtəlif vaxlarda ödədiklərini, lakin cəmi 400 manat borcları qaldıqlarını göstərsələr də, istinad etdikləri halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və X1 İddiaçı xeyrinə 1300 (min üç yüz) manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 manat məbləğlərdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 İddiaçı xeyrinə 1300 (min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 40 (qırx) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mİrzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar