Məhkəmə qərarları › İş №2(022)-1798/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1798/2025

19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1798/2025 19.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2050 (iki min əlli) manat borcun, dövlət rüsumuna görə ödədiyi 41 (qırx bir) manat, poçt qəbzinə görə ödədiyi 1.87 (bir manat səksən yeddi) manat, ümumilikdə 2092.87 (iki min doxsan iki manat səksən yeddi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla hərbi xidmət borcunu yerinə yetirərkən ağır xəsarətlər almış və Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlildir. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur.03 iyul 2025-ci il tarixdə əvvəllər tanıdığı Cavabdeh ondan 2050 (iki min əlli) manat borc pul istəmişdir. O, həmin pulu yaxın vaxtlarda ona qaytaracağına söz vermişdir. Buna görə də şahidlər X2, X1 adlı şahidlərin iştirakları ilə aralarında borc müqaviləsi və ““03” iyul 2025-ci il tarixli, borc müqaviləsinə Əlavə razılaşma № 1 “bağlamışlar. O, Cavabdeh 2050 (iki min əlli) manat borc pul vermişdir. Aralarında bağlanmış borc müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Cavabdeh 2050 (iki min əlli) manat borcu 30 avqust 2025-ci il tarixə kimi tam olaraq ona qaytarmalı idi. Qeyd olunanlara baxmayaraq Cavabdeh hal-hazıra qədər ona olan 2050 (iki min əlli) manat məbləğində borcu qaytarmamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı 2050 (iki min əlli) manat pul vəsaitin alınıb ona verilməsi tələbi ilə bağlı cavabdehlə razılığa gəldiyini, cavabdeh tərəfindən borcun ona tam olaraq ödənildiyinə görə iddiadan imtina etdiyini, ona görə də iddia tələbindən imtina barədə ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu tam şəkildə ödədiyini və buna görə də iddia icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Belə olan halda məhkəmə hesab edirki, iddiaçı iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul olunduğuna görə İddiaçı Cavabdeh qarşı 2050 (iki min əlli) manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 2050 (iki min əlli) manat, dövlət rüsumuna görə ödədiyi 41 (qırx bir) manat, poçt qəbzinə görə ödədiyi 1.87 (bir manat səksən yeddi) manat, ümumilikdə 2092.87 (iki min doxsan iki manat səksən yeddi) manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar