Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-18/2024 28.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Qəhrəman qızının cavabdeh X2 qarşı payın müəyyən edilməsi tələbinə barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qəhrəman qızı cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında **********01-05101-093012 Çıxarışı olan mənzildə payının naturada, yəni mənzilə girişdən sağdakı otaqların ½ hissəsi, yəni 35.59 kv.metr hissəsinin ona verilməsi və yaxud həmin otaqların dəyəri olan 20.000 (iyirmi min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarıni Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan (reyestr nömrəsi **********01-05101-093012, qeydiyyat nömrəsi **********) görünür ki, ünvan 1 ünvanında olan mənzil ½ hissədə İddiaçı Qəhrəman qızının və ½ hissədə X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(022)-202/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat ekspert rəyi alınanadək dayandırlmışdır. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-202/2023 saylı qərardadı ilə İddiaçı Qəhrəman qızının cavabdeh X2 qarşı payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallanıdan görünür ki, cavabdeh X3 xx.xx.2024-cü il tarixdə öldüyü üçün Biləsuvar Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(022)-18/2024 saylı qərardadı ilə cavabdeh X1 hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı Qəhrəman qızı məhkəməyə ərizə göndərərək, cavabdeh X3 hazırda vəfat etdiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Qəhrəman qızının cavabdeh X2 qarşı payın müəyyən edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(022)-18/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-18/2024
28.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver