Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1815/2025 27.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 10 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə ödənilməmiş əsas borcun əvəzi qismində 950 manat, dəbbə pulu qismində 50 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 1.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: 24 oktyabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 10 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə ödənilməmiş əsas borcun əvəzi qismində 950 manat, dəbbə pulu qismində 50 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 1.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, ərizə geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Lakin məhkəməyə daxil olmuş ərizəyə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənədin kserosurəti əlavə edilsə də, həmin sənəddə dövlət rüsumunun ödəniş təyinatı və hansı məhkəmədə baxılan iş üzrə ödənildiyi qeyd olunmamaqla yanaşı, ödəniş barədə həmin sənədin başqa bir iş üzrə dövlət rüsumu kimi artıq istifadə edilibedilmədiyini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 10 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə ödənilməmiş əsas borcun əvəzi qismində 950 manat, dəbbə pulu qismində 50 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 1.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı
Məhkəmə qərarları › İş №2(022)-1815/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1815/2025
27.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver