Məhkəmə qərarları › İş №2(022)-1901/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1901/2025

04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1901/2025 04.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Biləsuvar rayon X6 rəisinə, Lənkəran şəhər X2 İdarəsinə və Energetika Nazirliyinin Lənkəran filialına qarşı Azəriqaz İB-in qazın verilməsinin dayandırılması və hissəvi ödənişdən imtina etməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və s. tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Biləsuvar rayon Qaz İstismarı sahəsinin rəisinə, Lənkəran şəhər X2 İdarəsinə və Energetika Nazirliyinin Lənkəran filialına qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin qazın verilməsinin dayandırılması və hissəvi ödənişdən imtina etməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, onun ünvanında qaz təchizatının bərpa edilməsini təmin etməsi, qaz borcunun aylıq hissə-hissə ödəniş cədvəli əsasında ödənilməsinə dair öhdəliyin Azəriqaz İB-nin üzərinə qoyulması, onun və ailəsinin 2 il qazsız qalması nəticəsində yaranmış mənəvi zərərə görə təzminatın müəyyən edilməsinin nəzərdən keçirilməsi və qanun pozuntusu yaradan və təqsiri olan hər kəsin cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, abonenti olduğu (**********000260 kod) təbii qaza 461.00 manat borcu olduğu üçün Azəriqaz İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə qazın verlişi dayandırılmışdır. Dəfələrlə Azəriqaz İB-nin Bilısuvar rayon sahə rəisinə və X3 İdarəsinə borcunun aylıq ödənişləri ilə hissə-hissə ödəməsi barədə müraciətlər etsə də, müraciətləri rədd edilmişdir. Odur ki, Azəriqaz İB-nin qaz verilməsinin dayandırılması və hissəvi ödənişdən imtina etməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, onun ünvanında qaz təchizatının bərpa edilməsinin təmin edilməsi, qaz borcunun aylıq hissə-hissə ödəniş cədvəli əsasında ödənilməsinə dair öhdəliyin Azəriqaz İB-nin üzərinə qoyulması, onun və ailəsinin 2 il qazsız qalması nəticəsində yaranmış mənəvi zərərə görə təzminatın müəyyən edilməsinin nəzərdən keçirilməsi və qanun pozuntusu yaradan və təqsiri olan hər kəsin cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi ərizənin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə ərizənin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. Azərbaycan Respublikası MM-nin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdir ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Yuxarıda qeyd olunan maddi hüquq normlarının tələblərindən görünür ki, hüquqi şəxs “X1” olduğundan, “X1” -nin Biləsuvar filialı, Lənkəran şəhər X4 idarəsi və Energetika Nazirliyinin Lənkəran filialı qaz verilməsinin dayandırılması və hissəvi ödənişdən imtina etməsi ilə bağlı məhkəmədə iddiaya cavab verməli olan şəxs hesab edilə bilməz. Ona görə də İddiaçı cavabdehlər Biləsuvar rayon Qaz İstismar sahə rəisinə, Lənkəran şəhər X4 İdarəsi və Energetika Nazirliyinin Lənkəran filialına qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin qaz verilməsinin dayandırılması və hissəvi ödənişdən imtina etməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, onun ünvanında qaz təchizatının bərpa edilməsinin təmin etməsi, qaz borcunun aylıq hissə-hissə ödəniş cədvəli əsasında ödənilməsinə dair öhdəliyin Azəriqaz İB-nin üzərinə qoyulması, onun və ailəsinin 2 il qazsız qalması nəticəsində yaranmış mənəvi zərərə görə təzminatın müəyyən edilməsinin nəzərdən keçirməsi və qanun pozuntusu yaradan və təqsiri olan hər kəsin cəzalandırılması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən görünür ki, iddiaçı «Azəriqaz» İB-nin rəsmi qeydə alındığı yerin məhkməsinə müraciət etməli olduğu halda, Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Biləsuvar rayon X6 rəisinə, Lənkəran şəhər X2 İdarəsinə və Energetika Nazirliyinin Lənkəran filialına qarşı Azəriqaz İB-in qazın verilməsinin dayandırılması və hissəvi ödənişdən imtina etməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar