Məhkəmə qərarları › İş №2(022)-1927/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1927/2025

22.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1927/2025 22.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 Yadulla oğlu və X3 iştirakları ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və X4 qarşı cehiz əmlakı və inək, qoyun tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və X4 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və Cavabdeh3 evində qalan ona məxsus cehiz əşyalarının, həmin əşyalar olmadıqda dəyəri olan 3370 manat, habelə birgə yaşayış dövründə əldə etdikləri iki baş inəkdən birinin,40 baş qoyundan 20 baş qoyunun, ödənilmiş 50 manat dövlət rusumunun və mediyasiya təşkilatına ödənilmiş 60 manat rusumun cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və Cavabdeh3 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh X9 ilə 2003-cü ildə ailə həyatı qurmuş, nikahlarını isə xx.xx.2003-cü il tarixdə rəsmiləşdirmişlər. Onların rəsmi nikahdan övladları olmamışdır. O, cavabdehlə ailə həyatı qurduqdan sonra qaynatası Niyaza məxsus Biləsuvar rayonunun Nrimankənd kəndində olan evinə gəlin köçmüşdür. Bir müddət həmin evdə yaşadıqdan sonra ailə üzvlərinin birgə səyi ilə qaynatasına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş yaşayış evinə köçərək həmin evdə yaşamışlar. Ailə həyatı qurduqları ilk əvvəllər cavabdehlə münasibətləri normal olsa da, sonradan bütün münasibətləri korlanmışdır.Belə ki, evləndikdən sonra 2025-ci il tarixə kimi birlikdə yaşamışlar. Sonra cavabdeh evdə yersiz söz-söhbətlər salmaqla onu təhqir etmiş, döyüb-söyməklə incitmişdir. Sonuncu dəfə 2025-ci il tarixdə Vidat yenə də onu təhqir etdiyinə görə evdən çıxıb getmişdir. Həmin vaxtdan o, Biləsuvar rayonunda valideynlərinə məxsus evdə yaşayır. O, nikahın pozulması tələbi ilə 2025-ci il tarixdə Biləsuvar rayon məhkəməsində iddia qaldırmış və məhkəmə iddia ərizəsinə baxılmasına dair qətnamə qəbul etmişdir. Həmin vaxt cavabdeh ona ərizəsini geri götürməsini bildirmişdir. O, isə ərizəni geri götürmədiyindən nəticə etibarı ilə onun cehiz əmlakı və ona çatan heyvanlarını saxlayıb verməmişlər. Onun ailəsini əsasən Vidatın anası və atası dağıtmışdır. Belə ki, Vidatın valideynləri evdə söz-söhbət yaratdı və Vidat onu evdən qovdu. Vidat onu evdən qovarkan «sənə heç bir cehiz əmlakını və mal heyvan vermiyəcəm» demişdir. Hazırda bütün cehizləri və birgə nikah dövründə əldə etdiyi iki inək, 40 qoyun Vidatın evində qalmışdır. Onların heç birini Vidat ona vermir. O, ərə gedərkən ata evindən apardığı cehiz əşyalarının hal-hazırda çıxarılmasın istəyir, ona çatası əmlak aşağıdakılardan ibarətdir: Kilim-2 ədəd-150 manat, Xalça 2 x 3 bir ədəd- 100 manat,Xalça 4 x 3 bir ədəd-200 manat, Xalça -2 x 2 iki ədəd-200 manat, boşqab dəsti-82 ədəd-100 manat,Viika, qaşıq dəsti-78 ədəd-100 manat, stəkan, nəlbəki-69 ədəd- 50 manat, çaşqa-1 paçka-30 manat, Ləpə qabı-3 ədəd-20 manat,Qənd qabı balaca-10 ədəd-60 manat,Vaz böyük 2ədəd- 30 manat, güldan-1 ədəd-25 manat, qazan dəsti-9 ədəd-100 manat, teşt alminum-1 ədəd-15 manat, dolab paltar yığan 1 ədəd-470 manat, qıravat yük üçün-1 ədəd-130 manat, ədyal böyük-2 ədəd-100 manat, ədiyal balaca-3 ədəd 60 manat, Tefal-1 ədəd-15 manat,Yorğan- 4 ədəd-400 manat, Döşək-3 ədəd-350 manat,balış-4 ədəd-100 manat, Nalça-12 ədəd 60 manat, Çexol prastina-18 ədəd- 100 manat, Çaynik balaca-2 ədəd şüşə-10 manat, Qəfədan çüğun-2 ədəd-10 manat,Tabağ çuğun-1 ədəd-10 manat,Qaz peçi-1 ədəd-30 manat, Su qabı-2 ədəd-20 manat, Qaz balonu 2 ədəd-30 manat, Qazan böyük-1 ədəd 20 manat, Paltaryuyan-1 ədəd-150 manat, Televizor altdığı-1 ədəd-100 manat, Ləpəçəkən maşın-1 ədəd-25 manat, Kurtka 2 ədəd-50 manat, Paltarlar geyim üçün 6 dəst, Tozsoran-1 ədəd 50 manat, Divar saatı-1 ədəd 10 manat, ümumi dəyəri-3370 manat. Odur ki, İddiaçı cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və X2 qeyd olunan cehiz əşyalarının, həmin əşylar olmadıqda onların dəyərinin, habelə birgə nikah dövründə əldə edilmiş iki baş inəkdən birinin və 40 baş qoyunun 20 başının alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Yadulla oğlu izahatında iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərmişdir ki,, iddiaçının tələb etdiyi inək və qoyunlar ona məxsusdur, iddiaçı onun oğlu Vidatla evləndikdən sonra oun evində bir müddət yaşasalar da, daha sonra onlara yaşadığı evin həyətində yaşayış evi tikmiş və oğlu iddiaçı ilə həmin evə köçmüşlər. İddiaçının tələb etdiyi cehiz əmlaklarına gəlincə, iddianı həmin hissədə qismən qəbul edir.Belə ki, iddiaçı toy məclisi keçirilmədən onun oğlu Vidatla ailə həyatı qurmuşdur. Ona görə də iddiaçıya cehiz əmlakları verilməmişdir. Tələb olunan cehiz əmlaklarının bir qismini toydan sonra iddiaçının validenələri ona vermişdir. Yəni sonradan valideynləri bəzi cehiz əşyalarını ona vermişlər. Ona görə də iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 Niyaz Yadulla oğlu ilə eyəni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyərək, işin faktiki hallarını araşdıraraq və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-781/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə X9 arasında bağlanmış 04 iyul 2003-cü il tarixli nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2025-00157 saylı xx.xx.2025-xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı və X9 ilkin müdiasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar RİHB-nin Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 dekabr 2025-ci il tarixli 5-39-13/3-377/2025 saylı təsərrüfatbaşına kitabından çıxarışından görünür ki, X7 2021-2025-ci illər üzrə 10 nömrəli təsərrüfatbaşına kitabın 188-ci səhifəsində 877 nömrəli şəxsi hesabında 01 yanvar 2025-ci il vəziyyətinə mal-qarası (xırda və iri buynuzlu) qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 və 2-ci hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, əmlakın qaytarılması üçün əşyaların mövcud olması, həmin əşyaların iddiaçıya məxsus olması və əşyaların cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh X9 ilə birgə nikah dövründə 2 baş inək və 40 baş qoun əldə etdiklərini, hazırda həmin heyvanların cavabdehlərin qanunsuz sahiblində olduğunu göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə işin yuxarıda qeyd olunan hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Kilim-2 ədəd-150 manat, Xalça 2 x 3 bir ədəd-100 manat, Xalça 4 x 3 bir ədəd-200 manat, Xalça -2 x 2 iki ədəd-200 manat, boşqab dəsti-82 ədəd-100 manat,Viika, qaşıq dəsti-78 ədəd-100 manat, stəkan, nəlbəki-69 ədəd-50 manat, çaşqa-1 paçka-30 manat, Ləpə qabı-3 ədəd-20 manat,Qənd qabı balaca-10 ədəd-60 manat,Vaz böyük 2ədəd- 30 manat, güldan-1 ədəd-25 manat, qazan dəsti-9 ədəd-100 manat, teşt alminum- 1 ədəd-15 manat, dolab paltar yığan 1 ədəd-470 manat, qıravat yük üçün-1 ədəd-130 manat, ədyal böyük-2 ədəd-100 manat, ədiyal balaca-3 ədəd 60 manat, Tefal-1 ədəd- 15 manat,Yorğan- 4 ədəd-400 manat, Döşək-3 ədəd-350 manat,balış-4 ədəd-100 manat, Nalça-12 ədəd 60 manat, Çexol prastina-18 ədəd-100 manat, Çaynik balaca-2 ədəd şüşə-10 manat, Qəfədan çüğun-2 ədəd-10 manat,Tabağ çuğun-1 ədəd-10 manat,Qaz peçi-1 ədəd-30 manat, Su qabı-2 ədəd-20 manat, Qaz balonu 2 ədəd-30 manat, Qazan böyük-1 ədəd 20 manat, Paltaryuyan-1 ədəd-150 manat, Televizor altdığı-1 ədəd-100 manat, Ləpəçəkən maşın-1 ədəd-25 manat, Kurtka 2 ədəd-50 manat, Paltarlar geyim üçün 6 dəst, Tozsoran-1 ədəd 50 manat, Divar saatı-1 ədəd 10 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların ümumi dəyəri 3370 manat pul cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və X2 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Kilim-2 ədəd-150 manat, Xalça 2 x 3 bir ədəd-100 manat, Xalça 4 x 3 bir ədəd-200 manat, Xalça -2 x 2 iki ədəd-200 manat, boşqab dəsti-82 ədəd-100 manat,Viika, qaşıq dəsti-78 ədəd-100 manat, stəkan, nəlbəki-69 ədəd-50 manat, çaşqa-1 paçka-30 manat, Ləpə qabı-3 ədəd-20 manat,Qənd qabı balaca-10 ədəd-60 manat,Vaz böyük 2ədəd- 30 manat, güldan-1 ədəd-25 manat, qazan dəsti-9 ədəd-100 manat, teşt alminum- 1 ədəd-15 manat, dolab paltar yığan 1 ədəd-470 manat, qıravat yük üçün-1 ədəd-130 manat, ədyal böyük-2 ədəd-100 manat, ədiyal balaca-3 ədəd 60 manat, Tefal-1 ədəd- 15 manat,Yorğan- 4 ədəd-400 manat, Döşək-3 ədəd-350 manat,balış-4 ədəd-100 manat, Nalça-12 ədəd 60 manat, Çexol prastina-18 ədəd-100 manat, Çaynik balaca-2 ədəd şüşə-10 manat, Qəfədan çüğun-2 ədəd-10 manat,Tabağ çuğun-1 ədəd-10 manat,Qaz peçi-1 ədəd-30 manat, Su qabı-2 ədəd-20 manat, Qaz balonu 2 ədəd-30 manat, Qazan böyük-1 ədəd 20 manat, Paltaryuyan-1 ədəd-150 manat, Televizor altdığı-1 ədəd-100 manat, Ləpəçəkən maşın-1 ədəd-25 manat, Kurtka 2 ədəd-50 manat, Paltarlar geyim üçün 6 dəst, Tozsoran-1 ədəd 50 manat, Divar saatı-1 ədəd 10 manat dəyərində cehiz əmlakları, həmin əmlaklar olmadıqda onların ümumi dəyəri 3370 manat pul cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və X2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pul vəsaiti cavabdehlər X9, Cavabdeh2 Yadulla oğlu və X2 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar