Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1954/2025 11.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, maraqlı şəxs Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs qismində Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, xüsusi icraat qaydasımda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxs qismində Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsiilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 19 avqust 2025-ci il tarixə vergi ödəyicisi olan Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri Maraqlı şəxs İcbar Tibbi Sığorta Fonduna 2040.54 (iki min qırx manat əlli dörd qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna 23790.36 (iyirmi üç min yeddi yüz doxsan manat otuz altı qəpik) manat, İşsizlikdən sığorta fonduna 664.37 (altı yüz altmış dörd manat otuz yeddi qəpik) manat, dövlət büdcəsinə 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 39.55 manat) olmaqla, ümumilikdə 26534.82 (iyirmi altı min beş yüz otuz dörd manat səksən iki qəpik) manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 17 aprel 2025-ci il tarixli, **********796800, 17 aprel 2025-ci il tarixli, **********454200, 17 aprel 2025-ci il tarixli, **********640900 və 19 aprel 2023-cü il tarixli, **********870000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri Mehtiyev X1 rayonu, Bağbanlar ərazi dairəsi, Bağbanlar kəndi ünvanında yaşayır. Göstərilənlərə əsasən hüquqi şəxs tərəfindən İcbar Tibbi Sığorta Fonduna 2040.54 (iki min qırx manat əlli dörd qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna 23790.36 (iyirmi üç min yeddi yüz doxsan manat otuz altı qəpik) manat, İşsizlikdən sığorta fonduna 664.37 (altı yüz altmış dörd manat otuz yeddi qəpik) manat, dövlət büdcəsinə 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 39.55 manat) olmaqla, ümumilikdə 26534.82 (iyirmi altı min beş yüz otuz dörd manat səksən iki qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs oğlu barəsində (doğulduğu tarix – xx xxxxxx 1956-cı il, doğulduğu yer – Azərbaycan, Biləsuvar, Bağbanlar kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçinin tələbi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin (VÖEN: **********) İcbar Tibbi Sığorta Fonduna 2040.54 (iki min qırx manat əlli dörd qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna 23790.36 (iyirmi üç min yeddi yüz doxsan manat otuz altı qəpik) manat, İşsizlikdən sığorta fonduna 664.37 (altı yüz altmış dörd manat otuz yeddi qəpik) manat, dövlət büdcəsinə 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 39.55 manat) olmaqla, ümumilikdə 26534.82 (iyirmi altı min beş yüz otuz dörd manat səksən iki qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx xxxxxx 1956-cı il, doğulduğu yer – Azərbaycan, Biləsuvar, Bağbanlar kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəyə qarşı heç bir yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs öz izahatında qeyd etmişdir ki, ərizədə göstərilənlər ilə razı deyil. Belə ki, o, 2025-ci ilin mart ayından fəaliyyətə başlamışdır. İşlədiyi vaxt ərzində 21000 (iyirmi bir min) manata qədər vəsait yığılmış, onun 5000 (beş min) manat məbləğində hissəsini vergi xidmətinə köçürmüşdür. Ərizədə qeyd olunan borc 2000-ci il tarixdən bələdiyyənin adına hesablanmışdır. Həmin borc onun fəaliyyəti dövründə yaranmadığı üçün onun məsuliyyətində deyildir. Həmçinin təhvil-təslim aktında da borc göstərilməmişdir. Odur ki, məhkəmədən onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 21 iyul 2025-ci il tarixli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlığın surətindən görünür ki, Bağbanlar bələdiyyəsinin məcburi dövlət sosial sığorta haqqı üzrə 24345.74 (iyirmi dörd min üç yüz qırx beş manat yetmiş dörd qəpik) manat, işsizlikdən sığorta haqqı üzrə 675.72 (altı yüz yetmiş manat yetmiş iki qəpik) manat, icbari tibbi sığorta haqqı üzrə 2086.25 (iki min səksən altı manat iyirmi beş qəpik) manat, cəmi 27147.26 (iyirmi yeddi min yüz qırx yeddi manat iyirmi altı qəpik) manat borcu mövcuddur. 2025-ci ilin 11 ayı ərzində Bağbanlar bələdiyyəsi tərəfindən ödənilən sosialsığorta haqları barədə məlumatın surətindən görünür ki, ödənilməsi nəzərdə tutulan vergilər:
1. 3.5 % əmək haqqından ödənilməsi nəzərdə tutulmuş pensiya fonduna və işsizlikdən sığorta haqqına- 554.30 (beş yüz əlli dörd manat otuz qəpik) manat,
2. 22 % hesablanmış əmək haqqı fondundan DSMF-na nəzərdə tutulmuş ödəniş- .3675.76 (üç min altı yüz yetmiş beş manat yetmiş altı qəpik) manat,
3. əmək haqqından ödənilməsi nəzərdə tutulmuş 2 % Tibbi sığorta haqqına- 316.74 (üç yüz on altı manat yetmiş dörd qəpik) manat, cəmi 4546.80 (dörd min beş yüz qırx altı manat səksən qəpik) manat təşkil edir. 2025-ci ilin 11 ayı ərzində Bağbanlar bələdiyyəsi tərəfindən ödənilən sosialsığorta haqları barədə məlumatın surətindən görünür ki, ödənilən vergilər:
1. 3.5 % əmək haqqından pensiya fonduna və işsizlikdən sığorta haqqına tutulmuş vəsait- 607 (altı yüz yeddi) manat,
2. 22 % əmək haqqı fondundan DSMF haqqı fondundan tutulmuş vəsait- 4064 (dörd min altmış dörd) manat,
3. əmək haqqından tutulmuş 2 % Tibbi sığorta haqqına- 400 (dörd yüz) manat, cəmi 5074 (beş min yetmiş dörd) manat təşkil edir. Fərq:
1. 3.5 % əmək haqqından pensiya fonduna və işsizlikdən sığorta haqqına tutulmuş vəsait- 52.70 (əlli iki manat yetmiş qəpik) manat,
2. 22 % əmək haqqı fondundan DSMF haqqı fondundan tutulmuş vəsait- 388.24 (üç yüz səksən səkkiz manat iyirmi dörd qəpik) manat,
3. 2 % Tibbi sığorta haqqına tutulmuş vəsait- 388.24 (üç yüz səksən səkkiz manat iyirmi dörd qəpik) manat, cəmi 524.20 (beş yüz iyirmi dörd manat iyirmi qəpik) manat təşkil edir. Biləsuvar Rayonu Bağbanlar Bələdiyyəsinin şəxsi hesab vərəqəsindəm görünür ki, Biləsuvar Rayonu Bağbanlar Bələdiyyəsinin (VÖEN: **********) cəmi ödənilməli olan borcu 39.55 (otuz doqquz manat əlli beş qəpik) təşkil edir. 23 may 2025-ci il tarixli 05 nömrəli ödəniş tapşırığından görünür ki, Bağbanlar bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə X2 40 (qırx) manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyisinin vəzifəsidir: 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir; 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır; 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə maraqlı şəxsin izahatını, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə əsassız oduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə mövcud borcun ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilə bilən, istisna xarakterli və şəxsin konstitusion hüquqlarına ciddi müdaxilə edən hüquqi tədbirdir. Bu səbəbdən belə bir tədbirin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğu məhkəmə tərəfindən xüsusi həssaslıqla qiymətləndirilməli, ərizəçi tərəfindən isə bu əsasları təsdiq edən aydın, dəqiq və mötəbər sübutlar təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu hüquqi normalardan irəli gələrək, məhkəmə tərəflərin əvəzinə sübut toplamaq və ya təqdim olunmamış halları ehtimallar əsasında qəbul etmək hüququna malik deyildir. Hazırkı iş üzrə ərizəçi tərəfindən təqdim olunmuş sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, ərizədə göstərilən ümumi borc məbləği, onun yaranma dövrü, borcun hazırda mövcudluğu, habelə maraqlı şəxsin – hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs həmin borcun ödənilməsindən qəsdən yayınması faktı mötəbər sübutlarla təsdiq edilməmişdir. Ərizəçi tərəfindən: borcun məhz hazırkı tarixə mövcud olduğunu, həmin borcun maraqlı şəxsin səlahiyyət müddətində yarandığını, borcun ödənilməməsinin obyektiv və ya subyektiv səbəblərini, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruri və sonuncu tədbir olduğunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Biləsuvar rayonu Bağbanlar bələdiyyəsinin şəxsi hesab vərəqəsinə əsasən cəmi 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat məbləğində borc mövcud olmuş, 23 may 2025-ci il tarixli ödəniş tapşırığı ilə isə həmin məbləğ faktiki olaraq ödənilmişdir. Bu hal ərizəçinin iddia etdiyi borcun real və aktual olmadığını göstərir. Bununla yanaşı, Maraqlı şəxs izahatlarından və iş materiallarından müəyyən edilmişdir ki, ərizədə göstərilən əsas borc məbləği onun Bağbanlar bələdiyyəsinin sədri vəzifəsinə başlamasından xeyli əvvəl yaranmışdır. Ərizəçi tərəfindən bu borcun maraqlı şəxsin fəaliyyəti dövründə formalaşmasını və ya onun tərəfindən qəsdən ödənilməməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi sərt və istisna xarakterli tədbirin tətbiqi yalnız formal borc məlumatlarına deyil, konkret və sübut olunmuş hüquqi faktlara əsaslanmalıdır. Belə sübutlar isə hazırkı iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ərizəçi tərəfindən tələbin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sübutetmə yükü yerinə yetirilməmiş, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hüquqi əsaslar formalaşmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən qanuni əsaslarla hər-hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər-hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz Bu hüquqi mövqeləri, habelə toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü və 355-7- ci maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova