Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-196/2023 06.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Brilliant” loteriyasından istifadə etməklə uduşdan əldə etdiyi 10.000 manat pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, “Brilliant” loteriyasından istifadə etməklə uduşdan əldə etdiyi 10.000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh 5 manat verib bir ədəd «Brilliant» «ani poz qazan» loteriyası alaraq həmin loteranın uduş üçün müəyyən edilmiş hissəsini pozmuş, yuxarıda beş ədəd rəqəmin 1 ədəd, 10 rəqəmin aşağıdakı 15 ədəd rəqəmlərin 3-cü sırada ortadakı 10 rəqəmin altında 10.000 manat, küncdəki 10 rəqəmin altında 100 manat qeyd edildiyini görmüşdür. Orada olan Vüqar adlı şəxs ona 10.000 manat udduğunu demişdir. Belə ki, «R» hərifi 10 manatı bildirir. O, lotereyada 10.000 rəqəmini cavabdehə göstərib orada 10.000 manat yazıldığını bildirmişdir. Nurlan isə ona «R» hərfinin 10 manat, «E» hərfinin 100 manatı ifadə etdiyini bildirmişdir. Cavabdeh ona məsləhət görmüşdür ki, ona inanmadığı halda başqa şəxslərdən də soruşa bilər. O, cavabdehə inanmış və loteriyanı verib 10 manat pul almışdır. Bir-neçə gün sonra o, küçədən keçərkən bir şəxsin loteriya alıb pozmaqla ona 75 manat pul verildiyini görmüşdür. Bundan sonra o, bilmişdir ki, cavabdeh onu aldatmışdır. Bununla bağlı 102 xidmətinə zəng vurub şikayət etmişdir. Bundan sonra Biləsuvar RPŞ-də Nahid Hüseynov işi araşdıraraq, qərarın surətini ona verməmişdir.O, bu barədə prokurorluğa müraciət etmiş və rayon prokurorluğu qərarı ləğv edərək yenidən baxılması üçün RPŞ-nə göndərmişdir. Lakin, Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, iddia tələbini dəqiqləşdirərək “Brilliant” loteriyasından istifadə etməklə uduşdan əldə etdiyi 10.000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək iddianın əsassız olduğunu, ona görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Novruzov X1 rayonu Günəşli kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X2 11 mart 2022-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X3nun 04 may 2022-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «Brilliant loteriyasından istifadə etməklə uduşdan əldə etdiyi 10.000 manat pul tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1083.1-ci maddəsinə əsasən oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir. Məhkəmənin Cavabdeh Baratəli oğlunun xx.xx.2022-ci il tarixdə Brilliant 3 ani lotereyasından 10 min manat uduşu alıb almaması barədə sorğusuna Azərbaycan Respublikası Azərlotereya Açıq Səhmdar Cəmiyyətinin 13 mart 2023-cü il tarixli AL-05/09- 6/425 saylı cavab məktubunda xx.xx.2022-ci il tarixində, həmin tarixdən əvvəl və sonra Cavabdeh Şahin oğlu adlı şəxsə "Brilliant" çeşidli ani lotereyalarda 10 min manat məbləğində uduş ödənilmədiyi göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, "Lotereyalar haqqında" Azərbaycan Respublikasmm Qanununun 10.1.6-cı maddəsinə uyğun olaraq uduşlu lotereya biletləri (saxtalaşdırılmış və ya eyniləşdirilməsi mümkün olmayan biletlər istisna olmaqla) üzrə uduşlarm müvafiq bileti təqdim etmiş şəxsə verilməsini (ödənilməsini) təmin etmək "xxxx" ASC-nin vəzifəsidir. Habelə, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.4.13-cü maddəsinin icrasını təmin etmək üçün 3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar "xxxx" ASC tərəfindən bank vasitəsi ilə ödənilir. Yəni əgər qazanılan uduş 3 000 (üç min) manatdan böyükdürsə, həmin uduşu götürmək üçün "xxxx" ASC-nin "Bakı KOB Evi"ndə (ünvan 1 ünvanmda yerləşən ofislərinə müraciət edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı “Brilliant” loteriyasından istifadə etməklə uduşdan əldə etdiyi 10.000 manat pul tələbinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Brilliant” loteriyasından istifadə etməklə uduşdan əldə etdiyi 10.000 manat pul tələbinə barədə iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(022)-196/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-196/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver