Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-198/2023 23.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə ümumilikdə 2277.40 manat tutulub X1 hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişlər. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri və digər işmateriallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 1(022)-154/2021 saylı hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. İşdə olan 28 fevral 2022-ci il tarixli xx-xx/2022 nömrəli protokoldan görünür ki, Cavabdeh elektron qolbağ, attenti markalı nəzarət qurğusu və onun enerji qəbul etməsi üçün sarj cihazı işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan Probasiya xidmətinin qeydiyyatda olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında elektron qolbağ və mobil enerji qida mənbəyini cihazla birlikdə bir ədədinin qiyməti 1930 manat, ƏDV 347 manat 40 qəpik, cəmi 2277 manat 40 qəpik dəyərində ölçülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 1(022)-154/2021 saylı hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsinin (mobil nəzarət qurğusunun) işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirməmiş və bununla da İddiaçınə cəmi 2277 manat 40 qəpik dəyərində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, elektron nəzarət vasitəsini sındırmış və beləcə, İddiaçınə cəmi 2277 manat 40 qəpik dəyərində ziyan vurmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 2277 manat 40 qəpik ziyan alınıb Azərbaycan Respublikasının X1 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsinə əsasən dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınıb Azərbaycan Respublikasının X1 hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(022)-198/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-198/2023
23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver