Məhkəmə qərarları › İş №2(022)-203/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-203/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-203/2023 28.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X5 iştirakları ilə, İddiaçılar İddiaçı və X7 cavabdeh Biləsuvar rayonu Bəydili bələdiyyəsinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və X15 cavabdeh Biləsuvar rayonu Bəydili bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X4 Biləsuvar rayonu Bəydili bələdiyyəsində olan ödənilməmiş 2077 manat pulunun vərəsəlik şəhadətnaməsində göstərilmiş paylara müvafiq olaraq hər birinin payının, yəni onun payına düşən 693 manatın, yetkinlik yaşına çatmayan uşağı X10 payı olan 693 manatın ona, 693 manatın isə X11, mediatorun bank hesabına ödədiyi 55 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 200 manatın Bəydili bələdiyyəsindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı və X7 nümayəndələri və vəkili X12 məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı ilə X2 birgə yaşayış dövründə iki uşaqları doğulmuşdur. Fərhad Əliyev Cavabdehndə mühasib işləmişdir. O, 17 fevral 2018-ci il tarixdə vəfat etmişdir.Vəfat edən vaxta qədər bələdiyyənin ona 3.568.09 manat əmək haqqı borcu olmuşdur. 11 dekabr 2018-ci il tarixdə notarius tərəfindən onlara qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak olan Cavabdeh xx.xx.2018-ci il tarixli, 188 nömrəli məktubuna əsasən 3.568.09 manat əmək haqqında onların, yəni İddiaçı, X10 və X7 1/3 hissə payları vardır. Hazırkı vaxta kimi bələdiyyə tərəfindən onlara mərhumun əmək haqqından 1991 manat ödəniş edilmiş, 1577 manat ödənilməmiş hissə qalmışdır. Odur ki, hər birinə düşən payın, yəni üçdə bir hissədə payı olan 525 manat pulun İddiaçı, üçdə bir hissədə payı olan 525 manat pulun X13 və üçdə bir hissədə payı olan 525 manat pulun X11, mediatorun bank hesabına ödədiyi 55 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 200 manatın Bəydili bələdiyyəsindən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi vəkil X14 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak iddiaçıların nümayəndəsini dinləyərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərova X6 rayonu, Bəydili kəndi, N.Məmmədov küçəsi ev 11-də qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı № 054034 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Esmira Orucəli qızı ilə 03 aprel 2003-cü il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində 69 nömrə ilə nikahlarını qeyd etdirmişlər. İş materiallarında olan AZ-İ seriyalı № 507774 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında X8, ana adı qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı № 685924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında X8, ana adı qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı № 930115 saylı X9 surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞl-01218 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Biləsuvar rayonu, Bəydili bələdiyyəsi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Biləsuvar rayonu, Bəydili bələdiyyəsindən ümumilikdə 1577 manat məbləğdə pul vəsaiti- 525 manat alınaraq İddiaçı və 525 manat alınaraq X10 qanuni nümayəndəsi İddiaçı və 525 manat alınaraq X11 verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin əvəzi qismində 55 manat və vəkilin bank hesabına ödənilmiş 200 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçların xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Biləsuvar rayonu Bəydili bələdiyyəsindən ümumilikdə 1577 (bir min beş yüz yetmiş yeddi) manat - 525 (beş yüz iyirmi beş) manat alınaraq İddiaçı, 525 (beş yüz iyirmi beş) manat alınaraq X11 və 525 (beş yüz iyirmi beş) manat alınaraq X10 qanuni nümayəndəsi İddiaçı verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin əvəzi qismində 55 (əlli beş) manat və vəkilin bank hesabına ödənilmiş 200 (iki yüz) manat məbləğdə pul vəsaiti cavabdeh Biləsuvar rayonu Bəydili bələdiyyəsindən iddiaçılar İddiaçı və X7 xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar