Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-207/2024 13.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 30 noyabr 2023-cü il tarixli ******* saylı Aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin akta əsasən yazılmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 040584 saylı 30 noyabr 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin akt əsasında hesablanmış 777 manat 60 qəpik borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərilmişdir ki, o, Biləsuvar şəhəri Azadlıq küçəsində yaşayır. Evinə qanunamüvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2023-cü ilin sentyabr ayında qaz sayğacının vaxtı keçdiyindən qaz idarəsinin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını, evinə qaz buraxmadığından dəyişdirərək yenisi ilə əvəzləşdirmişlər. Onlar köhnə qaz sayğacını çıxartmışlar. Qaz idarəsinin əməkdaşları "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt da tərtib etmişlər. Həmin aktda Qaz idarəsinin əməkdaşları yazmışlar ki, sayğac yararlı halda qəbul edildi. Bu yaxınlarda ona bildirmişlər ki, köhnə qaz sayğacını aparıb baxmışlar və müəyyən edilmişdir ki, qaz sayğacına müdaxilə var və buna görə də cərimə ödəməlidir. Onun heç vaxt qaz sayğacına müdaxiləsi olmamışdır. Bir də ki, istifadə müddəti keçmiş qaz sayğacını qaz idarəsinin işçiləri özləri çıxartmış və aktda da sayğacın yararsız olduğunu göstərmişlər. O, cavabdeh təşkilatın onun cərimə edilməsinə dair aktını əsassız və qanunsuz hesab edir. Qaz sayğacını qaz idarəsinin işçiləri aparmış və sonradan ona sayğaca müdaxilə edildiyini bildirmişlər. Hesab edir bunlar hamısı uydurmadır və yalandır. Ona görə də iddiaçı 040584 saylı 30 noyabr 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin akt əsasında hesablanmış 777 manat 60 qəpik borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Zinner tipli G-4 markalı **********5 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Natrk tipli G-4 markalı 40676031 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X3 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, sayğacdan qaz keçməməsi, hesablanma mexanizmindən keçən qazın həcminin qeyd edilməməsi müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X3 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, on günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) 6480 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X3 İdarəsi tərəfindən tərtib edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner tipli G-4 markalı **********5 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, sayğacdan qaz keçməməsi, hesablanma mexanizmindən keçən qazın həcminin qeyd edilməməsi müəyyən edildiyi göstərilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat on günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik ) manat borc onun abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin, hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altımış qəpik ) manat borc İddiaçının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-207/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-207/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver