Məhkəmə qərarları › İş №2(022)-221/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-221/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-221/2024 04.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 893 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş 237574 saylı aktın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışıdır ki, Biləsuvar şəhərində yaşamaqla yaşadığı həyət və oradakı ev onun mülkiyyətindədir. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 20-30 manatlıq elektrik enerjisindən iştifadə edir və pulunu ödəyir. Bu günlərdə ona məlum olmuşdur ki, 10 yanvar 2022-ci ildə işıq idarəsi 237574 saylı akt yazaraq onu cərimə etmişdir. Bu günə kimi həmin akt ona bildirilməmiş və bu yaxınlarda işıq pulunu ödəyərkən bəlli olmuşdur. Həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli Qərarı ilə təsdiq edimiş " Elektrik enerjisindən istifadə Qaydalarının" 8.33-cü bəndinə görə-mənişət abonenti tərəfindən elektrik enerjisindən istifadə pozuntusuna yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi , məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır.Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.O sayğacı naqildən dəyişməmişdir. Bunu istəsəydi belə edə bilməzdi. Ona görə də "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 893 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş 237574 saylı aktın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, iddiaçının verilən “0” xətti vasitəsi ilə sayğacı idarə etməklə sayğacı sxemdən kənarlaşdırdığını, ona görə də sayğacın keçən yükü qeyd etmədiyini əsas gətirməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saykı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyeva X1 şəhəri M.Müşfiq küçəsi ev 15-də qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 yanvar 2022-ci il tarixli AKT R № 237574 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********01271 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent verilən “0” xətti vasitəsi ilə sayğacı idarə etməklə sayğacı sxemdən kənarlaşdərmışdır.Sayğacın şəbəkəyə qoşulma ardıcıllığı pozulmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə texniki sahələr üzrə tələblərdən görünür ki, İddiaçı ümumilikdə 808.03 manat borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli abunə haqqında qeydiyyatdan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə 830.99 manat borcu olmuş, ondan 102 manat borc ödənilməklə, cəmi 728.99 manat borcu qalmışdır. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 893 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş 237574 saylı aktın etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərişıq" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə barəsində hesablanmış 893 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş 237574 saylı aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar