Məhkəmə qərarları › İş №2(022)-247/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-247/2024

18.01.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-247/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş idarəsinin Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 102,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 28350,81 manat, İşsizlikdən Sığorta Fonduna olan 749,2 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1602,72 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (Doğulduğu tarix - 25 dekabr 1952-ci il, Doğulduğu yer - Azərbaycan, Biləsuvar; Xırmandalı K., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 47DT8DR, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş idarəsi ərizəsini əsaslandıraraq göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Biləsuvar Rayon Xırmandalı Bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1602,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 28350,81 manat, İşsizlikdən Sığorta Fonduna 749,2 manat, dövlət büdcəsinə 102,25 manat məbləğində (o cümləden, vergilər üzrə 1,65 manat, faizlər üzrə,6 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 30804,98 manat borcu vardır.Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********894600, xx.xx.2023-cü il tarixli **********895300, xx.xx.2023-cü il tarixli **********893900, xx.xx.2021-ci il tarixli **********850200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Departamentinin səlahiyyətli nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılaraq ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Biləsuvar Rayonu Xırmandalı Bələdiyyəsinin (VÖEN **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq haqqında məlumatdan görünür ki, vergi ödəyicisi olan Azərbaycan Respublikası Biləsuvar Rayonu Xırmandalı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixədək olan dövr üzrə cəmi 32350.64 manat məbləğində vergi borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli **********850200, xx.xx.2023-cü il tarixli **********893900 saylı, xx.xx.2023-cü il tarixli **********895300 saylı və xx.xx.2023-cü il tarixli **********894600 saylı bildirişlərdən görünür ki, maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunu 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (VM) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə iclasında sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün rəhbəri olan hazırki iş üzrə maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin ərizəsi əsaslıdır və təmin edilməlidir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 25 dekabr 1952-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, şəxsiyyət sənədinin FİN nömrəsi 47DT8DR, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 04782482 olan Cavabdeh ğlkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar