Məhkəmə qərarları › İş №2(022)-251/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-251/2024

05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-251/2024 05.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 29 sentyabr 2023-ci il tarixli aktın qanunsuz hesab edərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, X5 Biləsuvar rayonunun xidmət sahəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş 29 sentyabr 2023-ci il tarixli aktının qanunsuz hesab edilərək 777 manat 0.65 qəpik cərmənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə ərizəsi verərək izahatında göstərilmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonunun Əsgərabad kəndində yaşayır. Onun yaşadığı evin məişət qaz sayğacı vardır. Məişət qaz sayğacı heç bir müdaxilə olmadan işləmədiyi üçün dayanmışdır. 29 sentyabr 2023-ci il tarixdə Biləsuvar rayon qaz xidməti idarəsinin əməkdaşları qaz sayğacına baxış keçirərək sayğaca müdaxilə aşkar etməmişlər. Lakin qaz sayğacının dəyişdirilməli olmasını ona bildirmişlər. Ona görə də Biləsuvar rayon xidmət sahəsi tərəfindən onun qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Ancaq qaz sayğacına müdaxilə olunması barədə yerində akt tərtib etməmişlər. Buna baxmayaraq onu 777 manat 0.65 qəpik cərimə etmişlər. Odur ki, X1 barəsində tərtib etdikləri 29 sentyabr 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 777 manat 60 qəpik borcun onun hüsabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 dekabr 20223-cü il tarixli № 5-39-18/2-1060/2023 saylı arayışından görünür ki, Əzizov X6 rayonu Əsgərabad kəndində yaşayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01 sentyabr 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Zinner tipli G-4 markalı **********8 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zinner tipli G-4 markalı **********4 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X4 X7 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı sayğacın çıxış plastmas borusu deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın nominal və minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyi göstərilmişdir. Hesablama mexanizminin nominal və minimal sətfiyyatda keçın qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X4 X7 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 sentyabr 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) 6480 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X4 X7 İdarəsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner tipli G-4 markalı **********8 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X2 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı sayğacdan qazın keçməsi, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, hesablanmış 777 manat 60 qəpik borc onun abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin, hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc İddiaçının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar